Mübariz Qurbanlı: 2010-cu ildə Azərbaycan beynəlxalq müstəvidə ciddi uğurlar qazanıb
06.01.2011 [12:26]
M.Qurbanlı bildirib ki, 2010-cu il beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin daha da gücləndirilməsi baxımdan əhəmiyyətlidir. Onun sözlərinə görə, ötən il ərzində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Prezidentimizin uğurlu siyasəti davam edib.
“Diplomatik müstəvidə bir sıra sənədlərin Azərbaycanın xeyrinə qəbul edilməsinə nail olmuşuq. ATƏT, Avropa Şurası, BMT, İslam Konfransı Təşkilatı, EKO, MDB və digər beynəlxalq və regional qurumlarda Ermənistanın Azərbaycana təcavüzünü ittiham edən və işğal olunmuş ərazilərin azad edilməsinə çağırış edən sənədlər qəbul edilib. Bu sənədlər sırasında NATO-nun Lissabon sammiti zamanı qəbul olunmuş qətnaməni xüsusi qeyd etmək lazımdır. NATO-nun müasir dünyamızda yeri və rolu hamıya bəllidir. Bu təşkilatın beynəlxalq münasibətlər sistemində hadisələrə də təsiri böyükdür. Həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünün müdafiə olunması 2010-cu il ərzində diplomatik sahədə ən ciddi uğurlardan biridir. Bu sənədin qəbul edilməsi Ermənistanda təşvişlə qarşılandı” deyə M.Qurbanlı vurğulayıb.
YAP İcra katibinin müavini bildirib ki, ATƏT-in Astana sammitində də ölkəmizin maraqlarına uyğun bəyanatlar verilib. Onun sözlərinə görə, Azərbaycan ötən il BMT-nin Baş Məclisinə də Ermənistanın təcavüzü ilə bağlı sənədlər təqdim edib. Bu fakt diplomatik baxımdan ölkəmizin manevr imkanlarının genişliyini nümayiş etdirib. “Prezident İlham Əliyevin 2010-cu il ərzində bir sıra ölkələrə səfərləri, eləcə də Azərbaycana bəzi dövlət başçılarının səfərləri, ikitərəfli və çoxtərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli rol oynayıb. Eyni zamanda, qeyd etmək istəyirəm ki, inkişaf baxımından Azərbaycan Ermənistanı dəfələrlə üstələyib. Hazırda Ermənistanda 1,8 milyon insan qalıb. İşğalçı ordu ilə birlikdə Dağlıq Qarabağda 45-50 min əhali yaşayır. Bir sözlə, Ermənistanla müqayisədə üstünlüyümüz 10 dəfə çoxdur” deyən M.Qurbanlı vurğulayıb ki, 2011-ci ildə də Azərbaycanın Ermənistana qarşı təzyiq siyasəti davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31

