Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir
07.01.2011 [08:38]
Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır. Təsadüfi deyil ki, bu gün ölkəmizdə həyata keçirilən sosial siyasətin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. ümumiyyətlə, Azərbaycanda gənclər dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Bu bir həqiqətdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Hesabat dövründə “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, həmçinin, “Gənc ailə”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı” və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində çox böyük işlər görülüb.
Qeyd etmək lazımdır ki, geridə qoyduğumuz 2010-cu il də Azərbaycanda gənclər siyasəti sahəsində görülən irimiqyaslı işlər, əldə olunan uğurlarla yadda qalıb. Məsələn, gənc nəslin dünyagörüşünün inkişafında çox vacib amil olan təhsil sahəsində kəmiyyət və keyfiyyət dəyişiklikləri son bir ildə də davam etdirilib. Əvvəlki illərdə olduğu kimi, ötən ildə də respublikanın hər yerində yeni məktəblərin, eləcə də, olimpiya komplekslərinin tikintisi davam etdirilib. Belə ki, 2010-cu ildə 70-dən çox məktəb tikilib və təmir edilib. Bununla da minlərlə şagirdin təhsil şəraitinin tələb olunan standartlara cavab verməsi təmin olunub. Bütün bunlar isə yetişməkdə olan nəslin hərtərəfli inkişafı üçün yaradılan əlverişli şəraitdən xəbər verir. Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar təhsilin keyfiyyətinin yaxşılaşması və peşəkarlıq səviyyəsinin yüksəlməsinə töhfə verib. Digər tərəfdən, azərbaycanlı gənclərin dövlət hesabına xarici ölkələrdə təhsilini nəzərdə tutan dövlət proqramının icrası da uğurla davam edib. Hazırda xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı 10 mindən artıqdır. Təhsilini başa vuran gənclərimiz isə ölkəyə qayıdaraq müxtəlif sahələrdə peşəkar fəaliyyətlərilə respublikanın inkişafına töhfələrini verir.
Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Hər il olduğu kimi, ötən ildə də gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
Yeri gəlmişkən, dövlətin bu istiqamətdə gördüyü tədbirlər bundan sonra da davam etdiriləcək. Belə ki, artıq gənclər siyasəti sahəsində yeni Dövlət Proqramı layihəsinin hazırlanmasına başlanılıb. Azərbaycan gənclərinin əsas tələb və rəylərinin nəzərə alınacağı yeni Proqram 4-6 il üçün nəzərdə tutulub. Xatırladaq ki, gənclər siyasəti sahəsində reallaşdırılan bundan əvvəlki Proqrama (2005-2009-cu illər) uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, eləcə də, onların milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan gəncləri ölkədə gedən ictimai-siyasi proseslərə şüurlu şəkildə yanaşır və qiymətləndirir. Azərbaycan gəncləri ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasını və onu uğurla həyata keçirən Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Hər il Yeni Azərbaycan Partiyası sıralarına daxil olanların böyük hissəsinin məhz gənclərdən ibarət olması da deyilənləri təsdiqləyir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

