Nüvə qarşıdurmasına start verilir
05.10.2022 [10:36]
Rusiyanın “Poseydon”la təchiz edilmiş “Belqorod” sualtı qayığı Atlantik sularına yol alır
İtaliyanın “La Repubblica” qəzeti NATO kəşfiyyatının Şimali Atlantika Alyansının komandanlığına Rusiyanın “Poseydon” pilotsuz sualtı aparatının mümkün sınaqları barədə xəbərdarlıq edib. Xüsusi xidmət orqanlarının hesabatında “Belqorod” çoxməqsədli nüvə sualtı qayığının (NPS) Qara dənizdəki hərəkətlərindən bəhs edilir. Qayığın Arktikaya yola düşdüyü ehtimal olunur. Həmçinin bildirilir ki, sınaqlar torpedonun su altında 10 000 kilometr məsafə qət etmə gücünün yoxlanması məqsədi daşıya bilər. Bu torpedo bəzən “apokalipsisin cəngavəri” də adlandırılır.
Mütəxəssislər əraziyə nüvə dronunun buraxıla biləcəyindən ehtiyat edirlər. Vurğulanır ki, ABŞ-ın ixtiyarında olan infraqırmızı peyklər dənizin dərinliklərində baş verənləri görə bilmir. “Poseydon” tərtibatçıları bu aparatın səssiz hərəkətini təmin ediblər. O, az istilik yayır və saatda 100 kilometrdən çox sürətlə hərəkət edir. Qeyd edilir ki, “Poseydon” radioaktiv sunami yarada bilər ki, bu da Nyu-York və ya Los-Anceles kimi böyük şəhərləri belə məhv etmək gücünə malikdir.
“Belqorod” - “qiyamət silahı”nın daşıyıcısı
“Belgorod” çoxməqsədli nüvə sualtı qayığı isə “Kursk”un analoqudur. Xüsusilə Poseydon sistemi üçün layihəyə 09852 adı verilib. Sualtı qayıq 2019-cu ilin aprelində suya buraxılıb. K-329 “Belqorod” unikal dizayna malikdir. Dibinin altında nüvə dərin dəniz stansiyalarını yerləşdirmək üçün xüsusi bir dok bölməsi - yalnız Rusiya donanmasında olan bir növ sualtı qayıq mövcuddur. Bundan əlavə, bu lyuk vasitəsilə dibində “yatmış” “Poseydon” qitələrarası torpedalarına xidmət edən maşınlar da işə salına bilər. Əsrarəngiz hesab edilən sualtı qayıq ultra uzun mənzilli nüvə torpedoları sayəsində nüvə müharibəsi zamanı cavab, son zərbə vurmaq üçün platforma kimi inşa edilib. “Belqorod” qayığı “qiyamət silahı” sayılan və ABŞ-ın demək olar ki, bütün sahil ərazilərini vurmağa qadir olan altı “Poseydon”la təchiz oluna bilir. “Belqorod” nüvə sualtı qayığı bu il iyulun 8-də Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil verilib. Bildirilib ki, sualtı qayıq elmi problemlərin həlli və axtarış-xilasetmə əməliyyatlarının aparılması üçün nəzərdə tutulsa da, K-329, xilasetmə xarakterli, dərin dəniz və avtonom yaşayış olmayan sualtı maşınları da daşıya bilər.
Sualtı qayığın istismar dərinliyi 520 m, maksimum daldırma dərinliyi 600 m-dir. Naviqasiyanın davamlılığı 120 gün müddətinə hesablanan gəminin ekipaj sayı 120 nəfərdən ibarətdir. Ölçülərinə gəldikdə isə, səthi yerdəyişmə 14,700 ton, sualtı yerdəyişmə isə 30.000 ton təşkil edir. Qayığın ümumi uzunluğu 184 m, korpusun eni maks. 18,2 m-dir. Silahlanmasına gəldikdə isə, 2 ədəd 650 mm-lik, 4 ədəd isə 533 mm-lik çaplı mina və torpedo hər an buraxılışı gözləyir. Bundan başqa, gəmi “Poseydon” nüvə torpedosu, “Külək”, “Şəlalə”, “Kalibr” tipli raket silahları, MANPADS “Igla-S”, “Verba” Hava Hücumundan Müdafiə sisteminə malikdir.
“Poseydon” NATO-nu planlarını dəyişməyə məcbur edir
NATO-nu “qorxuya salan” “Poseydon”un isə daimi daşıyıcısı “Xabarovsk” nüvə sualtı qayığıdır. “Poseydon” pilotsuz sualtı aparatı həm adi, həm də nüvə silahı ilə təchiz oluna bilər. Bu, müxtəlif hədəfləri, o cümlədən təyyarədaşıyan qrupları, sahil istehkamlarını və infrastrukturu vurmağa qadirdir.
Hərbi ekspertlərin fikrincə, bu silah NATO müttəfiqlərini Alyans ölkələrinin Hərbi Dəniz Qüvvələrinin planlaşdırılmış konsepsiyasını yenidən nəzərdən keçirməyə vadar edəcək. “Bu, tamamilə yeni silah kateqoriyasıdır. Yeni silah Qərbin Hərbi Dəniz Qüvvələri əməliyyatlarının planlaşdırılması ilə bağlı dəyişikliklər etməsinə səbəb olacaq. Bu da yeni tələblərin və əks-hərəkət vasitələrinin yaradılmasına gətirib çıxaracaq”, - deyə amerikalı hərbi ekspert H.İ.Satton qeyd edib.
Göründüyü kimi, Ukrayna-Rusiya müharibəsi başlanan gündən start götürmüş “atom ritorikası” artıq həqiqət platformasına qədəm qoymaqdadır. Bu isə bəşəriyyət üçün olduqca mühüm təhlükələrdən xəbər verir.
SADİQ
Xəbər lenti
Hamısına baxHadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18

