“Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda tədbir keçirilib
05.10.2022 [16:54]
Oktyabrın 5-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Nəsimi rayon təşkilatının birgə təşəbbüsü ilə “Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Bakı Slavyan Universitetində keçirilən tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, narkomaniya ilə mübarizə hər bir cəmiyyətin əsas vəzifələrindəndir. Onun sözlərinə görə, ölkəmizdə narkomaniyaya qarşı ciddi mübarizə aparılır. Azərbaycanın bu istiqamətdə müvafiq beynəlxalq konvensiyalara qoşulduğunu deyən təşkilat sədri qeyd edib ki, bu tədbir Azərbaycan Prezidentinin təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq keçirilir.
Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə müvafiq proqramların qəbul edilməsi sağlam gələcəyimiz üçün önəmlidir. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirmə kampaniyaları daxildir. Z.Musayeva gənclərin də bu prosesdə fəal iştirakının önəmini vurğulayıb.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxışında bildirib ki, müasir dövrdə gənclərin zərərli vərdişlərdən qorunması olduqca aktualdır. Gənclər daha çox biliklər qazanmağa, sağlam həyat tərzinə üstünlük verməlidirlər.
Çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon üzrə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Zahid Xəlilov narkomaniya ilə mübarizədə milli qanunvericiliyin əhəmiyyətindən bəhs edib. Z.Xəlilov qeyd edib ki, hələ 1996-cı ildə ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş fərman imzalayıb. 1999-cu ildə isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olunub. Azərbaycan Prezidenti İlham Əliyev isə bu istiqamətdə bir neçə dövlət proqramı təsdiq edib.
Tədbirdə, həmçinin YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Məhərrəmov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Şahin Verdiyev, Nəsimi rayon Polis İdarəsinin narkomaniyaya qarşı mübarizə şöbəsinin rəisi Valeh Əliyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı Şahin İsmayılov və Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Pirəli Əliyev çıxış edərək narkomaniyaya qarşı mübarizədə sosial fəallığın önəmindən bəhs ediblər.
Daha sonra tədbirdə iştirak edən tələbələrin sualları cavablandırılıb. Tədbir zamanı iştirakçılara Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər, bukletlər paylanılıb.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31

