Prezident tapşırıq verdi, dövlət qurumları hərəkətə keçdi, növbə cəmiyyətindir
08.02.2011 [10:04]
Hazırda öz inkişafına görə regionun liderinə çevrilən respublikamız, eyni zamanda, bir sıra qlobal əhəmiyyətli layihələrdə aparıcı rola malikdir. Avropanın enerji təhlükəsizliyinin təminatında əsas ölkələrdən biri kimi önə çıxan Azərbaycan öz növbəsində, iqtisadi inkişafla bağlı beynəlxalq qurumların hesabatlarında ön sıralarda dayanır. Təbii ki, bütün bunlara əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində nail olunub.
Bu bir həqiqətdir ki, ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayan yerli və xarici sahibkarlar daima dövlət rəhbərliyi tərəfindən hərtərəfli şəkildə dəstəklənir. Eyni zamanda, Prezident İlham Əliyev hər zaman ölkəmizdə liberal bazar iqtisadiyyatının, azad sahibkarlığın inkişafına impuls verən addımlar atıb və bütün dövlət qurumlarına özəl biznesə müdaxilə edilməməsinə dair göstəriş verib. Göründüyü kimi, dövlət başçısı tərəfindən azad sahibkarlığa, özəl sektora ən böyük siyasi dəstək verilib. Bu tendensiya isə öz növbəsində korrupsiyaya və rüşvətxorluğa qarşı ən sərt və amansız mübarizə tədbirlərinin həyata keçirilməsi üçün güclü mexanizm yaradır. Yəni, qeyd olunan neqativ halların qarşısının alınmasında birbaşa dövlət başçısı öz güclü dəstəyini nümayiş etdirməklə bütün aidiyyəti orqanları mübarizə tədbirlərində səfərbər olmağa çağırır. Əksər ekspertlərin vurğuladıqları kimi, bu, eyni zamanda, ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlərinin prinsipial xarakter daşıdığını və dövlət siyasətinin ən prioritet sahələrindən birini təşkil etdiyini təsdiqləyir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bu məsələyə bir daha toxunub: “2011-ci ildə qarşıda duran vəzifələr aydındır. Biz bu ildə də iqtisadiyyatımızın inkişafını təmin etməliyik. Əminəm ki, iqtisadiyyatımız daha da artacaqdır. Makroiqtisadi sabitlik qorunmalıdır və əminəm ki, inflyasiya birrəqəmli olacaqdır. Biz xüsusilə istehlak bazarına nəzarətimizi gücləndirməliyik. Bu sahədə böyük işlər görülüb və davam etdirilməlidir. Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyillərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə, hüquq-mühafizə orqanları tərəfindən lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığı daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək”.
Dövlət başçısının həmin iclasda müvafiq orqanlara ölkəmizdə liberal bazar iqtisadiyyatı prinsiplərinin qorunması, azad biznesin inkişafı və bütün fəaliyyət sahələrində şəffaflığın təmin edilməsi barədə tapşırığından sonra aidiyyəti dövlət strukturları ciddi tədbirlər görməyə başlayıb. Eyni zamanda, Prezidentin tapşırığına əsasən yanvarın 27-də Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib. Komissiyanın sədri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən iclasda dövlət başçısının müvafiq tapşırıq və göstərişləri müzakirə edilib, mərkəzi və yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və sair sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barədə Prezident Administrasiyasına və Komissiyaya çoxsaylı müraciətlərin daxil olduğu bildirilib, sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması, əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı bir çox fikir və mülahizələr səslənib, icra orqanları qarşısında mühüm vəzifələr qoyulub, həmçinin, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi təklif olunub.
Tapşırıq və göstərişlərə əməl edilir
Beləliklə, dövlət başçısının tapşırığına uyğun olaraq keçirilən həmin iclasdan dərhal sonra müvafiq dövlət qurumlarında kollegiya iclasları, yaxud da toplantılar keçirilib. İqtisadi İnkişaf, Ekologiya, Vergilər, Maliyyə, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində, Dövlət Əmlak Məsələləri Komitəsində, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində, Dövlət Gömrük Komitəsində, Baş Prokurorluqda və digər qurumlarda keçirilən iclaslarda iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısının alınması, azad rəqabət mühitinin yaradılmasının təmin edilməsi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməsi, əsassız yoxlamalara son qoyulması, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizənin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Həmin toplantılarda korrupsiyaya qarşı mübarizə üzrə həyata keçirilən tədbirlərə baxmayaraq, mənfi halların da mövcud olduğu bildirilib. Bir sıra qurumlarda isə neqativ hallara yol verən şəxslər vəzifələrindən uzaqlaşdırılıb, digərləri barədə ciddi tədbirlərin görülməsi tövsiyə olunub.
Məsələn, maliyyə naziri S.Şərifov maliyyə orqanlarında süründürməçilik, əsassız yoxlamalar, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması, həmçinin, qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı bir sıra qurumlara konkret tapşırıqlar verib.
Vergilər Nazirliyində keçirilən kollegiya iclasında korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizədə qətiyyətlilik və ardıcıllıq nümayiş etdirilməsinin vacibliyini struktur rəhbərlərinin nəzərinə çatdıran nazir F.Məmmədov Vergilər Nazirliyinin “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə 2007-2011-ci illər üçün Tədbirlər Planı”nın icrasının bütün parametrlər üzrə təmin edilməsinin vergi orqanlarının rəhbərlərinin ən mühüm vəzifələrindən biri olduğunu vurğulayıb.
Cəmiyyət də fəal olmalıdır...
“Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. ümummilli lider Heydər Əliyevin bu məşhur kəlamını təsadüfən yada salmadıq. Məsələ burasındadır ki, ölkəmizin daha qüdrətli olmasını istəyən hər bir Azərbaycan vətəndaşı istənilən sahədə, o cümlədən, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində atılan addımlarda dövlətə, dövlət qurumlarına yaxından dəstək olmalıdıdır. Halbuki, sonuncu məqamla bağlı hələlik cəmiyyətin fəallığı hiss edilmir.
Belə ki, Prezident İlham Əliyevin azad sahibkarlığa, özəl sektora verdiyi böyük siyasi dəstək korrupsiyaya və rüşvətxorluğa qarşı ən sərt, amansız mübarizə tədbirlərinin həyata keçirilməsi üçün güclü mexanizm yaradır. Yəni, dövlətin başçısı neqativ halların qarşısının alınmasında öz güclü dəstəyini nümayiş etdirməklə, bütün aidiyyəti orqanları mübarizə tədbirlərinə səfərbər olmağa çağırır. öz növbəsində, Prezidentin tapşırığına əsasən keçirilən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasında qarşıya qoyulan vəzifələrin dövlət qurumları tərəfindən yerinə yetirilməsi məqamını da diqqətdən qaçırmaq olmaz. Yəni, görünən odur ki, dövlət başçısının korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəyə dair tapşırıqlarının təxirəsalınmaz şəkildə yerinə yetirilməsi istiqamətində əməli addımlar atılır.
Lakin bir daha təəssüflə qeyd etmək yerinə düşər ki, bu istiqamətdə vətəndaş cəmiyyətinin lazım olan fəallığı hələlik hiss edilmir. Halbuki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə cəmiyyətin dəstəyi olmadan dövlətin gördüyü işlər istənilən effekti verməz, yaxud əldə olunan nəticələr davamlı ola bilməz. Yəni, hər bir kəs bu məsələdə öz qəti mövqeyini ortaya qoymalı, ölkə qanunlarına hörmətlə yanaşmalı, neqativ hallarla rastlaşdıqda qanun çərçivəsində öz haqqını tələb etməlidir.
Onu da bildirmək yerinə düşər ki, hər bir vətəndaşın rastlaşdığı qanun pozuntuları ilə fərdi qaydada mübarizə aparması, bu məqsədlə müvafiq orqanlara rahat bir şəkildə müraciət edə bilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Eyni zamanda, korrupsiya ilə mübarizə qurumları nəzdində yaradılan “Qaynar xətt” vətəndaşlara korrupsiya halı ilə rastlaşdıqları istənilən vaxt müraciət etməyə imkan yaradır.
Yeri gəlmişkən, son günlər bəzi ticarət mərkəzlərində və mağazalarda işbazlar tərəfindən yenə də süni qiymət artımlarına yol verilir. Həmin işbazlar qiymətləri əsassız şəkildə artırmaqla inhisarçılıq əməllərini davam etdirirlər. Təbii ki, vətəndaşlar bu cür hallarla rastlaşarkən dərhal müvafiq qurumlara müraciət etməlidirlər.
Maarifləndirmə işləri gücləndirilməlidir
Heç şübhəsiz cəmiyyətin bu məsələdə fəallıq göstərməsinin vacib şərtlərindən biri də vətəndaşların öz hüquqlarını bilməsi və qanun pozuntularına ayıq yanaşmağı bacarmasıdır. Yəni, bundan öncəki yazılarımızda da vurğuladığımız kimi vətəndaşların maariflənməsi və onların cəmiyyətdə gedən proseslərə münasibətinin formalaşması, həmçinin, dövlət strukturlarının fəaliyyətinə ictimai nəzarətin təmin olunmasında ictimai birliklərin, xüsusilə də qeyri-hökumət təşkilatlarının üzərinə böyük vəzifə düşür. Daha doğrusu, korrupsiya və rüşvətxorluqla mübarizədə vətəndaşların öz hüquqlarından xəbərdar olması və dövlətin bu sahədə yaratdığı imkanlardan yararlana bilməsi üçün cəmiyyətin maarifləndirilməsinə ehtiyac var ki, bu istiqamətdə də QHT-lər və KİV üzərinə düşən məsuliyyəti dərk edərək, bu işdə fəal rol oynamalıdırlar.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

