İran hansı sərhəd dəyişikliklərindən danışır?
22.10.2022 [10:51]
Nardar BAYRAMLI
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullohian Ermənistana səfəri zamanı təhdid xarakterli bəyanatlar verib. Nazir İran rəsmilərinin əvvəllər səsləndirdiyi bəyanatları bir daha xatırladaraq deyib ki, rəsmi Tehran regionda tarixi sərhədlərin dəyişdirilməsini qətiyyən qəbul etmir, bu, onların “qırmızı xəttidir”. “Biz belə bir niyyətin qarşısını almaq üçün hər addımı atacağıq”, - deyə Abdullohian söyləyib. “Bizim Cənubi Qafqazda ümumi maraqlarımız, fikirlərimiz və narahatlıqlarımız var”, - deyən iranlı nazir ölkəsinin bölgəyə xarici qüvvələrin gətirilməsinin əleyhinə də olduğunu deyib. O hesab edir ki, region ölkələrinin bir-biriləri arasında fəal əməkdaşlıq lazımdır və buna nümunə kimi “3+3” platformasını göstərmək olar.
Maraqlıdır ki, İranın xarici işlər naziri bu bəyanatı niyə məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın işğaldan azad olunmuş Zəngilan bölgəsinə səfəri zamanı səsləndirib? Abdullohian hansı sərhədlərdən danışır? Bu gün Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq özünün dövlət sərhədlərini bərpa edir. Bütün bunların fonunda İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi də narahatlıq doğurur.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi anti-Azərbaycan xarakteri daşıyır və ölkəmizə qarşı yönəlib. O, xatırladıb ki, 2021-ci ildə də analoji addımlar atılmışdı və hərbi təlimlərin ünvanı ölkəmizə yönəlmişdi. Lakin budəfəki hərbi təlimlərdə pantonlar vasitəsilə Araz çayının üzərindən ağır hərbi texnikaların keçirilməsinin nümayişi İranın açıq təhdidlərindən xəbər verir. Politoloqun sözlərinə görə, İranın siyasi və dini rəhbərliyi müxtəlif vaxtlarda “qırmızı xəttin keçilməzliyi”, yeni geosiyasi dəyişikliklərin olmaması ilə bağlı fikirlər irəli sürürlər: “Nəzərə almaq lazımdır ki, oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizdə səfərdə oldu. Bu səfər zamanı Zəngilan Beynəlxalq Hava Limanının açılışı oldu, eləcə də bir sıra digər tədbirlər keçirildi, Cəbrayıl şəhərində önəmli bəyanatlar verildi. Məhz həmin gün İranın xarici işlər nazirinin İrəvandan həmin bəyanatları səsləndirməsi Azərbaycan-Türkiyə birliyinə qarşı yönəlib Ermənistan 30 illik işğal dövründə İranla olan 132 kilometrlik sərhədimizi də nəzarətdə saxlayırdı. Buradan narkotik vasitələrin daşınması, insan orqanlarının alveri və digər mütəşəkkil cinayətkarlıq üçün istifadə olunurdu. Amma nədənsə o vaxtlar İran sərhədlərin pozulmasına qarşı sərt mövqe ortaya qoymurdu, geosiyasi dəyişikliklərlə bağlı bəyanatlar vermirdi. 2020-ci ildə isə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququndan istifadə edərək ərazilərini işğaldan azad etdi. 44 günlük Zəfər tariximizin ikinci ildönümü ərəfəsində isə İran Araz çayı boyunca hərbi təlimlər keçirərək yenidən Azərbaycana əzələ nümayiş etdirir. Hərbi təlimlər vasitəsilə Azərbaycana mesajlar vermək, şantaj və hədə dolu bəyanatlar səsləndirmək qəbuledilməzdir. İran hansı sərhədlərin dəyişdirilməsindən danışır? Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz sərhədlərini bərpa edib və burada möhkəmlənir. Biz artıq Araz çayı boyunca 132 kilometrlik sərhədi və Murovdağdan Araz çayına qədər olan sərhədlərimizi bərpa etmişik”.
İ.Hüseynov qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri zamanı İran tərəfindən ortaya qoyulan mövqe rəsmi Tehranın özü üçün məqsədəuyğun deyil: “Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qaldırılıb. Türkiyə öz gücü, hərbi potensialı ilə Azərbaycanın yanındadır və istənilən təxribatların qarşısını almaqda qətiyyətlə qərarlıdır”.
Həmsöhbətimizin fikrincə, İran daha çox Ermənistanın davranışlarına diqqət yetirməlidir. Çünki Paşinyan hakimiyyəti xarici qüvvələrin regiona gətirilməsində maraqlıdır. Bu səbəbdən hərbi təlimlər Ermənistanla sərhəddə keçirilməli idi. Həmsöhbətimiz xatırladıb ki, Nikol Paşinyan 10 noyabr bəyanatından sonra əvvəlcə ATƏT və BMT-yə müraciət ünvanlayaraq, onların silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşdirilməsini istəyirdi. Sonrakı mərhələdə isə Fransa və ABŞ-ın regiona gəlişi İrəvanın əsas arzusuna çevrildi. Eləcə də, Avropa Siyasi Birliyinin Praqada keçirilən sammiti çərçivəsində dördtərəfli görüş zamanı əldə olunan razılığa görə, Avropa İttifaqının mülki missiyası Ermənistana gəlməli idi və bu proses gedir. “Amma Azərbaycan qətiyyətlə kənar güc mərkəzlərinin regiona gəlməsinə qarşı çıxır. Bu, ölkəmizin müstəqilliyindən, suverenliyindən və rasional qərar verməsindən xəbər verir. Ermənistan isə öz suverenliyini çoxdan itirib, yalnız kənar qüvvələrə ehtiyac duyur”,-deyən İ.Hüseynovun fikrincə, ermənilər bu yolla öz təhlükəsizliyini təmin etmək niyyətindədir.
İranın uzun müddətdir Qərblə kəskin konfrantasiyada olduğunu xatırladan politoloq burada Qərb-İsrail, Qərb-İran münasibətlərini əsas faktor kimi səciyyələndirib. “Düşünürəm ki, rəsmi Tehran öz xarici siyasətini və təhlükəsizlik doktrinasını quranda Ermənistana münasibəti diqqətlə nəzərdən keçirməlidir. Çünki məhz regional prosesləri və təhlükəsizlik balansını pozan Ermənistandır. Rəsmi İrəvan hazırda müxtəlif geosiyasi vektorlar üzərinə reveranslar edir və birbaşa olaraq, Fransanı, ABŞ-ı, Aİ-ni regiona cəlb etməkdə maraqlıdır. Ona görə də, rəsmi Tehran bununla bağlı Ermənistana münasibətdə öz siyasətini formalaşdırmalıdır. Bir sıra hallarda biz İranın Ermənistanı müdafiə xarakterli bəyanatlarını görürük. Bu da İran-Azərbaycan münasibətlərinə mənfi təsir göstərir. Lakin İran regionda baş verən prosesləri diqqətlə analiz etməlidir. Müşahidələrimiz bundan ibarətdir ki, məhz Ermənistan regional təhlükəsizlik arxitekturasına mənfi təsir göstərir, bu yöndə ardıcıl addımlar atır. Ona görə də, İran-Ermənistan münasibətlərinin formalaşmasında İrəvana iradlar olmalıdır ki, nə üçün Qərb güclərini mülki qiyafədə olsa da belə, regiona cəlb edir, öz ərazisində yerləşdirir. Bu baxımdan, İran-Ermənistan münasibətləri yenidən nəzərdən keçirilməlidir”, - deyə politoloq vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35

