TDT-nin Səmərqənd Zirvəsi nələri vəd edir?
11.11.2022 [10:06]
Sammitdə Naxçıvan Sazişinə dəyişiklik nəzərdə tutulur...
Noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşü keçiriləcək. TDT-nin yaydığı məlumata görə, sammitə Özbəkistan prezidenti Şövkət Mirzyoyev ev sahibliyi edəcək. “Türk sivilizasiyasının yeni dövrü: Birgə inkişaf və tərəqqiyə doğru”“ mövzusu ilə keçiriləcək toplantı TDT-nin gündəminin müzakirə ediləcəyi, liderlərin bir sıra qərarlar alacağı, iqtisadi, ticarət, nəqliyyat və gömrük sahələrindəki TDT layihələrilə bağlı razılaşmaların və rəsmi sənədlərin qərara alınacağı bir platforma təşkil edəcək. TDT-nin ən yüksək səviyyəli platforması olan Türk Dövlətləri Təşkilatı liderlərinin Zirvə görüşündə liderlər üzv və müşahidəçi dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas məsələlərini müzakirə edəcək, regionda və onun hüdudlarından kənarda baş verən siyasi və iqtisadi hadisələrlə bağlı fikir mübadiləsi aparacaqlar.
Təşkilatın sədrliyinin Türkiyədən Özbəkistana keçəcəyi sammit proqramının sonunda liderlər TDT Katibliyində rəhbər təyinatları da daxil olmaqla bir sıra qərarlarla Səmərqənd Bəyannaməsini imzalayacaqlar.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə ovaxtkı TDƏŞ-ə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdu. 2021-ci ilin noyabrın 12-də Türkiyənin İstanbul şəhərində baş tutan Sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsinə qərar verilib.
Macarıstan və Türkmənistan isə qurumda müşahidəçi dövlət statusunda çıxış edirlər və yaxın zamanda TDT-yə tam üzvlük tələbini etmələri gözlənilir.
Səmərqənd sammiti yeni hədəfləri müəyyənləşdirəcək
Dünən sammitöncəsi gündəliyi təyin etmək və dövlət başçılarının imzalayacağı sənədlərlə bağlı TDT Xarici İşlər Nazirləri Şurasının Səmərqənddə toplantısı keçirilib. Toplantıda çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünyada baş verən proseslərin yeni imkanlar yaratdığını ifadə edərək, “Asiya bir daha önə çıxır. Biz öz aramızda əlaqələri və nəqliyyat dəhlizlərini inkişaf etdirməliyik”, - deyə bildirib. Nazir Çavuşoğlu bu konyukturanın bizə yeni imkanlar təqdim etdiyini vurğulayıb: “Bu hədəf həm vizional, həm də strategiya sənədinin mühüm elementidir. Sabah (bu gün -red) qəbul ediləcək Ticarətin Asanlaşdırılması Strategiya Sənədi, Sadələşdirilmiş Gömrük Dəhlizi və Beynəlxalq Kombinə Yük Daşımalarına dair sazişlər sevindiricidir. Biz Azərbaycan, Qazaxıstan və Özbəkistanla üçtərəfli proseslərimizə də önəm veririk və davam etdirəcəyik”.
Nazir Çavuşoğlu, orta və uzunmüddətli perspektiv üçün əlaqələrin daha da davamlı olması üçün strategiyaların hazırlanmasının vacibliyini də vurğulayıb. Bildirib ki, İstanbul Zirvə Toplantısında qəbul edilən “Türk Dünyası 2040 Vizyonu” sənədi uzunmüddətli perspektiv üçün əhəmiyyətli bir addım idi. “Türk Şurasının institusionallaşması və Türk Dövlətləri Təşkilatına çevrilməsi uzaqgörən addımlar atmağı tələb edir. TDT-dəki sədrliyimiz dövründə bu məsələ ilə bağlı mühüm araşdırmalar aparılıb. Naxçıvan Sazişinə dəyişikliyi nəzərdə tutan protokolun rəhbərlərimiz tərəfindən qəbul edilməsi ilə biz hüquqi infrastrukturu tamamlamış olacağıq. Təşkilatımıza kimin müşahidəçi ola biləcəyi ilə bağlı protokolun təmini üzərində işlənilib. Türkiyə İnvestisiya Fondunun yaradılması ilə bağlı qərar bizim sədrlik dövrümüzün mühüm addımlarından biri idi. Təbii ki, biz bir çox üzv ölkələrin və qardaş ölkələrin təklifi ilə fonda ev sahibliyi etməyə hazırıq və bu mənada qəbul edilərsə, Bişkekdə də böyük filial açmağı təklif etdik. Aktivlərin idarə edilməsi şirkəti modelinin seçilməsi həm fond resurslarının daha səmərəli idarə olunması, həm də beynəlxalq maliyyələşdirmə baxımından düzgün seçim olar”, - deyə türkiyəli nazir vurğulayıb.
Naxçıvan sazişi - TDT-yə gedən yol
Qeyd edək ki, nazir Çavuşoğlunun vurğuladığı Naxçıvan müqaviləsi 2009-cü ilin 3 oktyabrında IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran müqavilədir. Müqavilənin əsas məqsədi iştirakçı dövlətlər arasında əməkdaşlığın artırılmasıdır. Bu müqavilə ilə Türk Şurası adında beynəlxalq təşkilatın qurulmasına qərar verilmişdir. TDT-nin əsas fəaliyyət məqsədləri və vəzifələri də Naxçıvan Sazişi ilə müəyyən edilib. Sazişdə tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi istiqamətində addımların atılması nəzərdə tutulur. Bundan başqa, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması da sənəddə öz əksini tapıb. Eləcə də, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi, hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi də Naxçıvan sazişinin müddəaları sırasında yer alır.
P.İsmayılov
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32

