Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Serj Sarkisyanın 9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsini inkar etməsi mənəviyyatsızlıqdır

Serj Sarkisyanın 9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsini inkar etməsi mənəviyyatsızlıqdır

18.03.2011 [09:12]

“Hamının gözünün qarşısında snayperlə vurulmuş 9 yaşında uşağın öldürülməsini inkar etmək üçün nə dərəcədə mənəviyyatsızlığa malik olmalısan. Onun “erməni ordusu uşağa əl qaldırmır” söyləməsi tamamilə biabırçı bir bəyanatdır. Bilirsiniz ki, Xocalı soyqırımı zamanı nəinki yüzlərlə günahsız uşaq, hətta, yeriməyə çətinlik çəkən ağsaqqal, ağbirçək qocalar və yaşlı insanlar qətlə yetirilmişdi”. Trend-in məlumatına görə, bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə.Həsənov deyib ki, Serj Sarkisyanın erməni ordusunun bu biabırçı cinayətini, bu qeyri-insani addımlarını təkzib etmək cəhdi bu gün yalnız Sarkisyanın özündən başqa heç kəsi inandıra bilməz. PA rəsmisi deyib ki, beynəlxalq təşkilatlar prinsipcə bu hadisəyə susmadılar: “Bilirsiniz ki, ATƏT-in Minsk qrupunun həmsədrləri buna münasibət bildirdilər və bununla bağlı xüsusi araşdırıcı fəaliyyətin başlamasını da öz işçilərinə həvalə etdilər. Düşünürük ki, istər-istəməz bu faktın özünün beynəlxalq təşkilatlara çatdırılması və onların bu faktdan hali olmasının özü artıq erməni ordusuna müəyyən qiymətin verilməsi deməkdir. Əlbəttə, faktaraşdırıcı missiya, ATƏT-in həmsədrlər institutu və digər beynəlxalq təşkilatlar erməni ordusunun hansısa zabitini bu fəaliyyətinə görə dərhal cəzalandıra bilməz, amma istər-istəməz bu, erməni ordusunun, işğalçı ordunun əsgərinin nə qədər qeyri-insani bir simaya malik olduğunun göstəricisidir. Bunu da biz beynəlxalq təşkilatlara çatdırırıq”.

Paylaş:
Baxılıb: 839 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30