Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Kərimlinin xəyanətlər və ləkələrlə dolu tərcümeyi-halı

Əli Kərimlinin xəyanətlər və ləkələrlə dolu tərcümeyi-halı

19.03.2011 [11:58]

Fəaliyyətindəki nöqsanlar Ə.Kərimlinin bir şəxsiyyət kimi yetkin olmadığını, xarakter cəhətdən çox ciddi problemlər yaşadığını göstərir
Son dövrlər bir sıra ərəb dövlətlərində baş verən dağıdıcı hadisələrdən ruhlanan xaricdəki qüvvələrin maliyyə dəstəyi ilə mövcudluğunu qoruyan və onların təlimatları ilə hərəkət edən radikal müxalifət partiyaları ölkə daxilində təxribatlar törətməyə səy göstərirlər. Hətta bir sıra hallarda onların əməllərinə etiraz edən ictimaiyyət nümayəndələrinə qarşı aqressiya göstərərək, Azərbaycan cəmiyyətinə ünvanlanan absurd tənqidlər səsləndirirlər. ümumiyyətlə isə, bu kimi faktlar radikal müxalifət liderlərinin xarakteristikasında və fəaliyyətindəki nöqsanların yenidən gündəmə gəlməsini və müzakirə olunmasını şərtləndirir. Görəsən, bu gün Azərbaycan cəmiyyətinə, xalqımıza siyasət, əxlaq dərsi keçməyə çalışan bu insanlar - radikal müxalifətin liderləri özləri hansı əxlaq keyfiyyətlərinin daşıyıcılarıdır?
Xəyanət Əli Kərimlinin başlıca siyasi məqsədidir
Əli Kərimlinin tərcümeyi-halının ləkəli məqamlarından biri onun siyasətdə xəyanətkar imicinə sahib olmasıdır. Əslində, Ə.Kərimli bu imici qazanana qədər xeyli “əziyyət çəkib”. Bura AXCP-nin parçalanmasından tutmuş, müxalifətdaxili birliyin əridilməsinə kimi o qədər “xidmətlər” daxil edilib ki, artıq özünə hörmət qoyan heç bir siyasətçi onunla bir yerdə qərar tutmaq istəmir. Əli Kərimli Əbülfəz Elçibəyə xəyanət edəndə çoxları safcasına onun bu qədər aşağı səviyyəyə enəcəyinə inanmırdılar. Baxmayaraq ki, Ə.Kərimli, hətta ən çirkin üsullara əl ataraq öz liderinin səhhətindəki problemləri mətbuatda lağa qoymuşdu. özünə yaxın mətbuat orqanlarına Elçibəylə bağlı kompromatlar ötürən Kərimli, hətta Elçibəyi gözdən salmaq, onun haqqında böhtan kampaniyası aparmaq üçün xarici fondlardan külli miqdarda pul almışdı.
Elçibəyin ölümündən dərhal sonra digər partiyadaşlarını siyasi “dələduzluq”la aldadan Ə.Kərimli AXCP-nin parçalanmasına nail oldu, onun sədrliyini qəbul etməyənləri partiyadan uzaqlaşdırdı. Lakin bu da son deyildi.
2000-ci ildə AXCP və Müsavat arasında parlament seçkiləri ərəfəsində yaradılan siyasi blok yenə də məhz Əli Kərimlinin “sayıqlığı” nəticəsində iflasa uğradı. Hətta AXCP sədri Müsavatın parlamentdə təmsil olunmayacağı ilə bağlı bu partiyadan təminat aldıqdan və bunu mətbuatda gündəmə gətirdikdən sonra özü Milli Məclis iclaslarında boy göstərdi. 2003, 2008 və 2010-cu il seçkiləri dövründə yaranmış blokların ömrünün qısa olmasını da blokda təmsil olunan digər partiya rəhbərləri Əli Kərimlinin ayağına yazırlar. Göründüyü kimi, Əli Kərimlinin siyasi fəaliyyəti və müxalifətçiliyi yalnız xəyanət üzərində qurulub. Onun Azərbaycan xalqına xəyanətlərini isə sadalamağa başlasaq, bir yazı yetməyəcək. Təkcə, ermənilərlə və bir sıra digər ölkələrin xüsusi xidmət orqanları ilə qurduğu işbirliklərini qeyd etmək bu məqamda yetərlidir.
“Azadlıq”a ayrılan yardımları Əli Kərimli oğurlayır
Əli Kərimlini tanıyanlar heç vaxt onun haqqında xoş sözlər söyləməyiblər. Əksinə, müxtəlif insanlar onun fəaliyyətinin qaranlıq məqamları haqqında fərqli fikirlər səsləndiriblər. Məsələn, bir müddət öncə Rusiyada yaşayan azərbaycanlı iş adamı Sakit Allahverdiyev 2005-ci ildə “Azadlıq” qəzetinə yardım məqsədi ilə Əli Kərimliyə pul verdiyini söyləyib. Sonradan isə bu puldan qəzetə bir qəpik də verilmədiyi bəlli olub. Belə ki, S.Allahverdiyevin qəzetin borclarının ödənilməsi, işçilərin maaşlarının verilməsi üçün ayırdığı məbləğ Ə.Kərimli tərəfindən mənimsənilib.
Maraqlıdır ki, iş adamının bu açıqlamasından sonra gedən müzakirələrdən məlum oldu ki, bu, Əli Kərimlinin ilk mənimsəmə işi deyilmiş. Buna qədər o, bu sahədə çoxlu “qəhrəmanlıqlar” edibmiş. Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu deyib ki, dürüstlükdən, ləyaqətdən, vətəni sevməkdən, guya xalqın marağının təəssübünü çəkməkdən danışan Ə.Kərimlinin arxa planda elə dələduzluqları var ki, aşkara çıxdıqca cəmiyyət özü heyrətə gələcək ki, bu adamlar hansı üzlə başqalarına böhtan atır, irad bildirirlər, hətta tənqid edirlər? “Ona görə də, məncə, bu çox ciddi informasiyadır və tam məsuliyyətimlə deyirəm ki, həqiqətə uyğundur. Bu mətbəxdə belə olay çox adi bir şeydir. O vaxtlar Xalq Cəbhəsinin də vəsaitlərinin bu cür dağıdılması, çirkin əməllərin baş verməsi göz qabağındaydı”.
Vaxtilə Əli Kərimli ilə çiyin-çiyinə çalışmış Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Mikayıl Rəhimov da AXCP sədrinin çoxlu sayda belə addımlarının şahidi olduğunu söyləyib.
Ağası gülüm olanın...
Təbii ki, bu faktlar Əli Kərimlinin bir şəxsiyyət kimi yetkin olmadığını, onun xarakter cəhətdən çox ciddi problemlər yaşadığını göstərir. Bunu sübuta yetirən başqa iddialar da var ki, biz bu gün onları yenidən gündəmə gətirmək istəmirik (Məsələn, Əhəd Abıyevin, Hafiz Hacıyevin və digərlərinin Əli Kərimlinin seksual kimliyi ilə bağlı səsləndirdiyi ifadələr də xeyli səs-səda doğurmuşdu və maraqlıdır ki, AXCP sədri bu cür ittihamlara cavab verməmişdi - red.). Amma Əli Kərimlinin ətrafında toplaşan silahdaşlarında müşahidə olunan Azərbaycan cəmiyyətinə zidd keyfiyyətləri gördükdə isə “Ağası gülüm olanın...” deməkdən başqa bizə heç nə qalmır.
Bu gün cəmiyyətimizə əxlaq dərsi keçməyə çalışan, siyasi əxlaqdan dəm vuran Əli Kərimli özünün mətbu “ruporu” Azər Əhmədovun öz qohumu olan azyaşlı qızla sosial şəbəkələrdə yayılan videokadrlarını, həmin şəxsin bir neçə il öncə Xocalı soyqırımının ildönümü günü “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə birgə “3 palma” əyləncə məkanında yaşanmış sərgüzəştlərini, AXCP Gənclər Birliyinin sədri Ruslan Bəşirlinin Gürcüstanda erməni qulduru ilə badə toqquşdurub Azərbaycanda təxribatlar törətmək haqqında razılaşma imzalamasını, bu gün dəmir barmaqlıqlar arasında oğurluqda təqsirli bilinərək həbs olunan və 10 il azadlıqdan məhrumetmə cəzası alan müşaviri Qabil Məmmədrzayevin əməllərini necə qiymətləndirir və bunlara nə ad vermək olar? Yəqin ki, bu faktların əlavə şərhə ehtiyacı yoxdur.
P.S. Növbəti yazılarımızda bu mövzuya yenidən qayıdacaq, bu gün Azərbaycan cəmiyyətinə əxlaq dərsi keçməyə çalışan bu insanların, əslində, hansı əxlaqa sahib olduqları ilə bağlı yeni nüanslara toxunacağıq.

Paylaş:
Baxılıb: 955 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30