Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gənclər növbəti dəfə Əli Kərimlinin evinin qarşısında aksiya keçirib

Gənclər növbəti dəfə Əli Kərimlinin evinin qarşısında aksiya keçirib

14.04.2011 [11:21]

Aksiya polisin müdaxiləsi ilə dağıdılıb, bir neçə aksiya iştirakçısı polis əməkdaşları tərəfindən saxlanılıb
Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi-siyasi uğurları həzm edə bilməyən və xalq tərəfindən seçkilərdə dəstəklənməyən radikal müxalifət ölkədə xaos və qarışıqlıq yaratmaq üçün cəhdlər göstərir. Maddiyyat qarşılığında bəzi xarici maraqlı qüvvələrin alətinə çevrilmiş, özünü “siyasətçi” adlandıran belələri xalqına, dövlətinə qarşı xəyanətkar mövqe tutmaqdan çəkinmirlər. Hətta xalqımızın ümummilli problemi olan Dağlıq Qarabağ münaqişəsini özlərinin siyasi alver predmetinə çevirən, danışıqlar prosesində Azərbaycan hakimiyyətinə təzyiq göstərilməsi üçün xarici dairələrdən əmrlər alan radikal müxalifət partiyaları ölkənin milli mənafeyini satmaqdan çəkinmirlər. Açıq siyasi mübarizə müstəvisində onların hansısa bir uğura imza atmasının mümkünsüzlüyünü dərk edən, xalqın birmənalı şəkildə bu qüvvələrdən üz döndərdiyini görən həmin partiyalar Azərbaycan dövlətindən və millətindən bu yolla qisas alırlar. Onlar ölkədə qarışıqlıq yaratmağa, insanlar arasına çaşqınlıq salmağa çalışırlar.
Bu cür antimilli siyasətə etiraz edən xalq, ən əsası isə gənclər radikal müxalifət rəhbərlərindən belə siyasətdən əl çəkməyi tələb edirlər. Dünən bir qrup gənc AXCP sədri Əli Kərimlinin yaşadığı evin qarşısında növbəti dəfə etiraz aksiyası keçirib. Əksəriyyət YAP Gənclər Birliyinin üzvü olan aksiya iştirakçıları Ə.Kərimlini Azərbaycanda xaos yaratmaqda, bu işdə gənclərdən istifadə etməkdə günahlandırıb. İştirakçılar Azərbaycanda radikal müxalifətə yer olmadığını deyərək “Əli Kərimliyə yox deyirik!”, “Azərbaycan gəncləri Əli Kərimli kimi təxribatçılara yox deyir!”, “Əli Kərimli, Azərbaycandan rədd ol get!” və başqa şüarlar səsləndiriblər. çıxış edən gənclər bildiriblər ki, Azərbaycanın iqtisadi-sosial inkişafının qarşısını almaq üçün xarici dairələrə qulluq etmək dövlətə və xalqa xəyanətdir: “Biz - Azərbaycan gəncliyi ölkəmizdə bərqərar olan siyasi sabitliyə, iqtisadi inkişafa qarşı olan Əli Kərimli və o xislətli insanlara “yox” deyirik. Azərbaycanı xarici maraqların təminatı ünvanına çevirmək istəyən Əli Kərimliyə bildiririk ki, Azərbaycan gəncliyi heç zaman buna imkan verməyəcək. Biz müstəqil Azərbaycanın inkişafının tərəfdarıyıq”.
Aksiya iştirakçıları ölkə gəncliyinin birmənalı şəkildə Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar Prezident İlham Əliyevin apardığı düzgün iqtisadi-siyasi fəaliyyətin bəhrəsidir. Bu inkişafın qarşısını almaq istəyənlər isə Azərbaycan xalqına qarşı olan qüvvələrdir: “Dövlətimizin suverenliyinə kölgə salmağa çalışan Əli Kərimli və İsa Qəmbərlər bir faktı anlamalıdırlar ki, onlar Azərbaycan xalqının iradəsinə qarşı addım atırlar. Xarici güclərlə, radikal təşkilatlarla əməkdaşlıq edən Əli Kərimli 1992-ci ildə olduğu kimi vətəndaş qarşıdurması, xaos yaratmaq fikrindədir. Azərbaycan gəncliyi buna “yox” deyir və biz öz dövlətimizin inkişafını istəyirik”.
çıxış edənlər 1992-ci ildə Əli Kərimlinin və İsa Qəmbərin də rəhbər vəzifə tutduqları iqtidar dövründə ölkəmizin başına gələn müsibətləri xatırladıblar: “Həmin illərdə insanları bir parça çörəyə möhtac etmişdilər, xalqın malını talayırdılar, özlərinə qoçu dəstələri düzəldərək Qarabağı siyasi oyunlarının qurbanına çevirdilər. Azərbaycan xalqı tarixində bir dəfə onların ölkəni uçuruma apardıqlarının şahidi olub. Azərbaycan xalqı bir daha buna yol verməyəcək. Xalqına qarşı xarici güclərlə birləşənlərə bu ölkədə yer yoxdur”.
Aksiya polisin müdaxiləsi ilə dağıdılıb. Bu zaman bir neçə aksiya iştirakçısı polis əməkdaşları tərəfindən saxlanılıb.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 843 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30