İrəvan ermənilərə verilməsəydi...
10.01.2023 [10:34]
Ermənistan işğalçılıq siyasətini davam etdirə bilməzdi
Musa Qasımlı: Azərbaycan İrəvanın verilməsi məsələsini bütün təzyiqlərə baxmayaraq uzada bilərdi, mübahisəli edərdi, danışıqların obyektinə çevirə bilərdi
Ermənilərin son 200 il ərzində xalqımıza və ərazilərimizə qarşı terror siyasəti səngiməyib. Zaman-zaman daha da artan, fərqli xarici güclərin əli ilə aktivləşən bu siyasət nəticəsində isə torpaqlarımız işğala, xalqımız isə terrora məruz qalıb.
Digər tərəfdən, bəzi hallarda ermənilərin böyük iddialar səsləndirməsinə də özümüz günahkar olmuşuq. Məsələn, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının İrəvanın Ermənistana verilməsi ilə bağlı qərarı kimi səhv addımlar sonradan daha böyük faciələrə yol açıb. Azərbaycan tarixində çox vaxt bu epizodun üstündən sükutla keçilsə də, əslində, İrəvanın Ermənistana verilməsinin düzgün qərar olmadığı bəllidir. Həmin dövrdə Milli Şura bu qərardan sonra ermənilərin tələblərinin, iddialarının sona çatacağını düşünsə də, zaman göstərdi ki, onlar səhv ediblər.
Yeri gəlmişkən, ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Prezident İlham Əliyev də bildirdi ki, o vaxt bu qərarı müxtəlif səbəblərlə izah etməyə çalışanlar da olub, bu gün də var. Ancaq hesab edirəm ki, heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər: “Əgər kimsə hesab edirdi ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistan və ermənilər kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idilər. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi”.
Bəs həmin dövrdə İrəvanı Ermənistana verməmək olardımı?
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən AMEA-nın müxbir üzvü, professor, Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyevin İrəvanın Ermənistana verilməsi və ya güzəştə gedilməsi ilə bağlı söylədiyi fikirlər tarixi gerçəkliyi əks etdirir. Millət vəkili deyib ki, Milli Şuranın 1918-ci il 29 may tarixində keçirilən iclasında İrəvanın paytaxt olaraq Ararat respublikasına və ya Ermənistana verilməsi barədə qərarına Milli Şuranın İrəvandan olan üzvləri etiraz etsələr də, onların fikirləri nəzərə alınmayıb: “İrəvanı güzəştə gedərkən Milli Şura Ermənistanın sülhə gələcəyini və ərazi iddialarını genişləndirməyəcəyini düşünürdü. Lakin bu düşüncələr özünü doğrultmadı. Əgər Ararat respublikası elan olunarkən ərazisi təxminən 9 min kv.kilometr idisə, bir ay sonra Ermənistanın ərazisi 12 min kv. kilometrə çatdırıldı. Bu barədə ABŞ-ın Tiflisdəki konsulu Smitin 1918-ci il 15 iyul tarixli teleqramında açıq şəkildə yazılır. O deyirdi ki, Ermənistanın ərazisi cənub qərbdə Dilicandan Alagözə qədər, oradan cənubda Eçmiədzinə və şərqdə İrəvana qədər, oradan da Sevan gölünə qədərdir. Bu onu göstərir ki, İrəvan güzəştə gedilərkən gözlənilən ümidlər özünü doğrultmadı. Ermənistan ərazilərini genişləndirdi. Bolşeviklərin hazırladıqları belə bir sənəd var - “Azərbaycanda bizim siyasətimiz (may-iyun)” - orada açıq şəkildə yazılır ki, Ermənistan respublikası yaradılan zaman onun ərazisindəki 250 müsəlman kəndi dağıdıldı. Bütün bunlar bir daha göstərir ki, İrəvan verilərkən bəslənən ümidlər özünü doğrultmayıb. Sonrakı dövrlərdə də Ermənistan hissə-hissə Azərbaycan ərazilərini mərkəzin əli ilə əvvəlcə mübahisəli elan edib, sonradan alıb. Və nəticədə indi təxminən 29 min kv. kilometrlik əraziyə malikdir. Bu ərazi başdan-başa türk -Azərbaycan torpaqlarıdır”.
İrəvanın verilməmək imkanlarına gəldikdə isə, millət vəkili bildirib ki, həmin dövrün bəlli beynəlxalq şərtləri olub və bununla bağlı arxiv sənədləri də var. “Təbiidir ki, tarixi dəyişmək mümkün deyil. İrəvan Milli Şuranın bəlli qərarı ilə verilib. O dövrün şərtləri var idi. Həmin şərtlərdən biri bundan ibarət idi ki, ermənilər İrəvanı paytaxt kimi istəmirdilər. Onlar Gümrünü istəyirdilər. Gümrüdə isə türk ordusu yerləşmişdi. İkincisi, daşnaklarla aparılan danışıqlarda belə bir fikir bildirilmişdi ki, Bakı boşaldılsın, İrəvan paytaxt veriləcək. Bu məsələ Osmanlı arxivlərində də öz əksini tapıb. İngilis arxivlərində oxuduğum bir sənəd var ki, həmin sənəddə də belə bir fikir var - bu sənəd Ermənistana İrəvan paytaxt kimi veriləndən bir neçə ay sonra yazılıb. 1918-ci il oktyabrın 28-də Böyük Britaniyanın Cənubi Qafqazda olan rəsmi şəxsləri Böyük Britaniya xarici işlər nazirliyinə yazırdılar ki, qaçqın ermənilərin son on illər ərzində Türkiyədən Qafqaza gəlməsi “erməni məsələsi”nin həllini tələb edir. Yəni, Ermənistanın paytaxtının Kiçik Asiyanın cənub hissəsinə keçirilməsi məsələsini gündəliyə gətirir. Hesab edirəm ki, Azərbaycan İrəvanı Ermənistana verməsəydi, ən azı mübahisə obyektinə çevirsəydi, sonralar Ermənistan işğalçılıq siyasətini davam etdirə bilməzdi və digər iddialara da əl atmazdı. Amma tarixi dəyişmək mümkün deyil, tarix olduğu kimidir. Cənab Prezidentimizin dedikləri də tarixi gerçəkliyi əks etdirir. Azərbaycan hər halda İrəvanın verilməsi məsələsinin bütün təzyiqlərə baxmayaraq uzada bilərdi, mübahisəli edərdi, danışıqların obyektinə çevirərdi. Beləliklə də Ermənistanı digər iddialarından təbii yolla çəkindirə bilərdi”, - deyə M.Qasımlı əlavə edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39

