2011-ci ilin birinci rübündə iqtisadiyyatın bütün sahələrində inkişaf müşahidə olunub
14.04.2011 [11:23]
Respublikamızda həyata keçirilən mükəmməl iqtisadi siyasət ölkəmizin 2011-ci ilin birinci rübünü bütün makroiqtisadi parametrlər üzrə yüksək inkişaf templəri ilə başa vurmasına səbəb olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar bu ilin birinci rübündə ölkəmizin dinamik inkişafını daha da sürətləndirib və bütün iqtisadi sektorlarda yüksək artım indikatorları əldə olunub. Həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını da şərtləndirib. ötən dövr ərzində əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafının təmin edilməsini özündə ehtiva etmiş olur.
2011-ci ilin ötən 3 ayı ərzində Azərbaycanda liberal iqtisadi sistemin daha da dərinləşdirilməsi, diversifikasiya siyasətinin genişləndirilməsi, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə edilməsi, həmçinin, qeyri-neft sektorunun inkişafını sürətləndirən məqsədyönlü tədbirlərin həyata keçirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafını təmin edib. Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirib ki, ölkə iqtisadiyyatı uğurla inkişaf edir, sosial məsələlər öz həllini tapır, hər bir sahə üzrə müəyyən olunmuş konkret proqramlar icra edilir: “2011-ci ilin birinci rübündə iqtisadiyyatımız uğurla inkişaf edib. Əlbəttə ki, bu ilin əvvəlində əldə edilmiş nəticələri düzgün təhlil etmək üçün biz bundan əvvəlki illərdə Azərbaycanda mövcud olan iqtisadi inkişafı mütləq nəzərə almalıyıq. çünki son illər ərzində iqtisadiyyatımız durmadan artmışdır. Son 7 il ərzində ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır, hətta böhranlı 2009 və 2010-cu illərdə iqtisadiyyatımız 14 faiz artmışdır. Ona görə də bu yüksək təməl, yüksək baza üzərində birinci rübdə yenə də müşahidə olunan artım, əlbəttə ki, bizi çox sevindirir”.
Qeyd edək ki, ilin ilk rübündə iqtisadi artım 1,6 faiz olub və növbəti aylar üzrə inkişaf indikatorlarının daha da artması proqnozlaşdırılır. İlin əvvəllərindən başlayaraq əhalinin pul gəlirləri, orta aylıq əməkhaqqı, banklara qoyulan əmanətlərin həcmi artıb, digər sosial göstəricilərdə mühüm inkişaf meyilləri qeydə alınıb. Dövlət başçısının qeyd etdiyi kimi iqtisadi və sosial sahədə nəzərdə tutulan bütün hədəflərə nail olunur: “Bütövlükdə iqtisadi sahədə bütün tapşırıqlar yerinə yetirilir. Birinci rübün yekunları deməyə əsas verir ki, ilin sonuna qədər də bu müsbət meyillər özünü göstərəcəkdir. Sosial sahədə bütün proqramlar həyata keçirilir. Bütün sosial məsələlər öz həllini tapır. Sosial infrastrukturun yaradılması istiqamətində proqram üzrə işlər aparılır... Birinci rübün yekunlarına görə ölkəmizdə orta əməkhaqqı 340 manat səviyyəsindədir. Əgər biz dollarla hesablasaq, bu, haradasa 430 dollara yaxındır. Bu, yaxşı göstəricidir. Orta əməkhaqqının artımı ölkədə həm iqtisadi, həm də sosial sahədə aparılan siyasətin əlamətidir. Biz bazar iqtisadiyyatına sadiq olan ölkəyik. Eyni zamanda, sosial məsələlər də Azərbaycanda uğurla öz həllini tapır”.
Hesabat dövründə özəl sektorda və neftdən kənar sahələrdə pozitivlik daha çox nəzərə çarpıb. Qeyri-neft sektorunda artım 5,6 faiz təşkil edib ki, bu da hökumətin iqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmağa xidmət edən strateji məqsədlərinə nail olduğunu şərtləndirmiş olur. Eyni zamanda, neftdən kənar sahələrin yüksək artım dinamikası, xüsusilə də, sənayenin qeyri-neft bölməsindəki aktivlik ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm effektiv nəticələr verdiyini təsdiqləyir.
Prezident İlham Əliyev tərəfindən irimiqyaslı, məqsədyönlü islahatların ardıcıllıq və peşəkarlıqla həyata keçirilməsi ölkəmizin maliyyə qüdrətinin daha da yüksəlməsinə, valyuta rezervlərinin artmasına da əhəmiyyətli zəmin yaradıb. Artıq respublikamızın strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artaraq 34 milyard dolları ötüb. Xatırladaq ki, Avropanın və Amerikanın inkişaf etmiş əksər ölkələrində valyuta ehtiyatları aşağı düşüb. Azərbaycanın böyük həcmdə strateji valyuta ehtiyatları qarşıya qoyulan bütün proqramların - iqtisadi, sosial, hərbi, ekoloji, infrastruktur, investisiya və digər sahələr üzrə mühüm dövlət proqramlarının icra olunmasına dərin əsaslar yaradır. Eyni zamanda, valyuta rezervlərinin artması hesabına qeyd olunan sahələrə əlavə maliyyə mənbələrinin yönəldilməsi üçün güclü imkanlar mövcuddur.
Azərbaycan hökuməti ölkəmizin maliyyə imkanlarının artması müqabilində insanların daha yaxşı yaşaması və onların hər cür sosial qayğılarla əhatə olunmaları üçün əlavə tədbirlər görmək niyyətindədir. Dövlət başçısının qeyd etdiyi kimi, başlıca prioritetlər sırasında sosial məsələlər əsas yer tutur: “Ancaq o da həqiqətdir ki, əgər güclü iqtisadi imkanlarımız olmasa, heç bir sosial məsələ öz həllini tapa bilməz. Ona görə dürüstləşmə zamanı mütləq geniş sosial paket nəzərdə tutulmalıdır, əməkhaqlarının, pensiyaların artırılması məsələləri öz həllini tapmalıdır və tapacaqdır. Xüsusilə, 2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyaları artırılmalıdır. çünki bu sahədə müəyyən ədalətsizlik vardır... Ona görə, ilk növbədə onların pensiya təminatı yaxşılaşdırılmalıdır ki, bu sahədə heç bir ayrı-seçkilik olmasın və yaşlı insanlar lazımi səviyyədə pensiya ilə təmin olunsunlar. Bu, bizim borcumuzdur, onlar işləyiblər, çalışıblar, bu ölkəni yaradıblar, ölkənin inkişafında çox böyük rol oynayıblar. Bizim borcumuz onların maddi təminatını yaxşılaşdırmaqdır”.
Onu da qeyd edək ki, hesabat dövründə iqtisadiyyata sərmayə qoyuluşları da artmaqda davam edib. İstər daxili, istərsə də xarici sərmayələrin artım tempi infrastruktur və investisiya layihələrinin icrasının sürətlənməsinə, yeni-yeni layihələrin reallaşmasına imkan verir. Bunun nəticəsidir ki, son dövrlər Bakının qəsəbə və kəndlərinin, regionlardakı bütün yaşayış məntəqələrinin infrastruktur və kommunal xidmət növləri ilə təminatı daha da yaxşılaşır, həmin sahələrdə əlavə tədbirlər görülür. Eləcə də, dövlət tərəfindən sahibkarlığın inkişafına ayrılan vəsaitlərin və güzəştli kreditlərin, subsidiyaların həcmi də çoxaldılır. ümumilikdə, hökumət 2011-ci ilin qarşıdakı aylarında qeyd olunan sahələrə və bütün iqtisadi, sosial bölmələrə əlavə maliyyə vəsaitlərinin ayrılmasını təmin edəcək, yeni layihələrin icrasına başlayacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53

