Bölgənin təhlükəsizliyi kimləri narahat edir?
13.01.2023 [10:09]
Azərbaycanın yürütdüyü xarici siyasət kursu qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanır. Ümumiyyətlə, Azərbaycan Respublikası beynəlxalq miqyasda hər zaman qarşılıqlı maraqlar çərçivəsində əməkdaşlığa üstünlük verməkdədir. Bunun nəticəsidir ki, dünya ölkələri Azərbaycanı birmənalı şəkildə layiqli tərəfdaş qismində qəbul edir, dövlətlərarası münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edirlər. Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələr mövcuddur.
Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında ötən ilin noyabrın 26-da Sərəncam imzalayıb. Eyni zamanda, Azərbaycanın İsraildə səfirlik açmaq qərarı çoxsaylı beynəlxalq qurumlar tərəfindən dəstəklənib. İsrail hökuməti Azərbaycanın Təl-Əvivdə səfirlik açmasını strateji müttəfiqlik kimi qiymətləndirib. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Beləliklə, iki ölkə arasında olan və dostluğa, əməkdaşlığa əsaslanan əlaqələr artıq yeni inkişaf mərhələsinə qədəm qoyur.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə bildirib ki, Azərbaycanla İsrail arasında çoxşaxəli, strateji əlaqələrə söykənən əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq isə bir sıra strateji sahələri özündə birləşdirir: “Əməkdaşlıq əlaqələri əsasən təhlükəsizlik, iqtisadi sahələr, o cümlədən, ətraf mühitin qorunması və kənd təsərrüfatı sahələrini əhatə edir. Azərbaycan bu sahələr üzrə İsrailin yeni texnologiyalarından istifadə edir. Ölkələr arasında ən böyük ticarət dövriyyəsi isə enerji sahəsi ilə bağlıdır. Eyni zamanda, artıq yaşıl enerjinin inkişafı istiqamətində də əməkdaşlığa başlanılıb. Azərbaycan ilə İsrail arasında humanitar sahədə də əməkdaşlığın inkişafında böyük potensial mövcuddur. Burada söhbət təhsildən və mədəniyyət sahələrindən gedir. Bir sözlə, iki ölkə arasında uzun illərə söykənən ortaq tarixi əlaqələr var və bu tarixi əlaqələr qardaşlıq, əməkdaşlıq və qarşılıqlı mübadiləni özündə ehtiva edir. İsraildə Azərbaycan səfirliyinin açılması isə bu əlaqələrin daha da dinamiklik qazanmasına, intensivləşməsinə yol açacaq. İnanıram ki, Azərbaycan-İsrail münasibətlərinin daha da yaxınlaşması bölgəyə sülh və əməkdaşlıq gətirəcək”.
Bu əməkdaşlığın daha da güclənməsinin regionda təhlükəsizliyin daha yüksək səviyyədə təmininə də yaxından kömək göstərəcəyini bildirən A.Mollazadə xatırladıb ki, İsrail 44 günlük müharibə dövründə Azərbaycanın müasir silahlarla təchiz edilməsinə dəstək göstərib. İsrail bu gün də beynəlxalq terrorun aradan qaldırılması istiqamətində Azərbaycanla yaxından əməkdaşlıq edir. “Əminəm ki, bu əməkdaşlıq daha da güclənəcək. Hazırda Azərbaycan öz silahlı qüvvələrini inkişaf etdirməkdə davam edir. Silahlı Qüvvələrimiz müasir silahlarla təchiz olunur. Bu istiqamətdə iki ölkə arasındakı dostluq və qardaşlıq qarşıdakı dövrdə daha da güclənəcək”, - deyən A.Mollazadə bu əməkdaşlıqdan regionda narahat olan dövlətlərin də varlığını istisna etməyib. İranın Ermənistanla əməkdaşlığına toxunan millət vəkilinin fikrincə, rəsmi Tehran Ermənistanla “bir millət iki dövlət” düsturuna istinadən əməkdaşlıq edir. Bunu dəfələrlə İran parlamentində ifadə də ediblər: “Ermənistanla İranın əməkdaşlığı, ortaq maraqları tək bizim bölgəni əhatə etmir, həm də Orta Şərq regionunu əhatə edir. Erməni diasporu həm Suriyada, həm Livanda İranla birgə əməliyyatlar keçirir, fəaliyyət göstərir. Beynəlxalq terroru dəstəkləyən İran kimi bir ölkənin ən yaxın müttəfiqi olması ilə Ermənistan da öz kimliyini ortaya qoyur. Azərbaycan İsrail yaxınlaşmasına qarşı İrandan hər hansı bir təhlükənin gözlənilməsinə gəldikdə isə, İran çox gözəl bilir ki, Azərbaycanın Türkiyə, İsrail kimi dostları, eyni zamanda, regionda sabitliyin və əmin-amanlığın qorunmasında maraqlı olan digər güclər İranın hansısa şıltaqlıqlarına imkan verməyəcək. İran Ermənistanla birgə hansısa xoşagəlməz addımlar atmaq qərarına gəlsə, böyük zərbələr ala bilər”.
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19

