Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Azərbaycan danışıqların ermənilər tərəfindən münaqişənin həllinin uzadılması üçün bir vasitə kimi istifadə edilməsini məqbul saymır

Əli Əhmədov: Azərbaycan danışıqların ermənilər tərəfindən münaqişənin həllinin uzadılması üçün bir vasitə kimi istifadə edilməsini məqbul saymır

23.04.2011 [12:01]

“Nə qədər ki, münaqişə aradan qaldırılmayıb, həmin münaqişəni həll etməyin vasitələrindən biri də danışıqlardır. Təəssüflər olsun ki, indiyə qədər aparılan danışıqlar nəticəsiz qalıb, münaqişə həllini tapmayıb”. Bu fikirləri YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov dünən Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşünü şərh edərkən deyib. Əli Əhmədov təəssüflə bildirib ki, Ermənistan tərəfi qeyri-konstuktiv mövqeyindən əl çəkmək niyyətində deyil. “Amma bir halda ki, Azərbaycan tərəfi olaraq biz danışıqların münaqişənin nizamlanmasına kömək göstərə biləcəyini bu gün də bir amil olaraq qəbul edirik, onda bu danışıqlarda iştirak etmək lazımdır. Bununla belə, Azərbaycan mövqeyini dəfələrlə ortaya qoyub. ölkəmiz danışıqların ermənilər tərəfindən münaqişənin həllinin uzadılması üçün bir vasitə kimi istifadə edilməsini məqbul saymır”, - deyə YAP Sədrinin müavini vurğulayıb.

Paylaş:
Baxılıb: 809 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30