"ÜNS" adlı möcüzə
23.04.2011 [12:02]
“üNS” yaradıcılıq səhnəsi həqiqətən Nərgiz xanımın sevimli övladıdır. Təsadüfi deyildir ki, teatrın, hətta, daxili və xarici tərtibatı ideyası da Nərgiz xanım Paşayevaya məxsusdur. Mütəxəssislərin böyük rəğbətini qazanmış bu ideya stereotipləri dağıdaraq ümumbəşəri dəyərləri, Şərqlə Qərbi birləşdirib. Başqa cür ola da bilməzdi, çünki bu layihənin leytmotivi məhz mədəniyyətlərin dialoqu, bütün mütərəqqi dünyaya eyni dərəcədə məxsus olan mənəvi dəyərlərin üzvi vəhdətidir. Bütün bu ideyalar xarici teatr truppalarının tamaşalarında, milli və qərb musiqisi gecələrində gerçəkləşib, həqiqi sənətlə ünsiyyəti əsl bayrama çevirib.
Nərgiz xanım Paşayevanın sözlərinə görə, teatrın əsas məqsədlərindən biri Azərbaycanda teatr sənətinin zəngin qaynaqlarına əsaslanaraq onu indiki müasir səviyyəyə çatdırmaq, ənənələrlə novatorluğu əlaqələndirməyə nail olmaq, teatrın ideya istiqamətlərindən biri isə şərq və qərb mədəniyyətlərinin sintezinin incəsənətdə və mədəniyyətdə bədii təcəssümünü nümayiş etdirməkdir.
O vaxt, teatrın açılış mərasimində ilk səhnə əsəri - Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri tərəfindən hazırlanmış “Bakı” musiqili tamaşası göstərilmişdi. Tamaşada unudulmaz bəstəkar Tofiq Quliyevin mahnıları ilə yanaşı geniş dinləyici auditoriyasına məlum olmayan, uzun axtarışlardan sonra Moskva arxivlərində aşkar edilmiş melodiyalar da səslənib.
Qısa müddətdə bakılı tamaşaçıların rəğbətini qazanmış “üNS” yaradıcılıq səhnəsi teatrsevərlər üçün sözün həqiqi mənasında bir udum hava kimi zərurətə çevrilib. ötən beş ildə bakılılar bu səhnədə Azərbaycanın və xarici ölkələrin teatr sənətinin bir sıra ən tanınmış nümayəndələri ilə, o cümlədən, bakılıların yaxşı tanıdığı və sevdiyi rusiyalı aktyorlar Sergey Yurski, Aleksandr Şirvind, Mixail Derjavin, Gennadi Xazanov və başqaları ilə görüşüblər.
Elçinin “Şekspir” pyesi və Maqsud İbrahimbəyovun “Final” restoranı” əsəri əsasında hazırlanmış ilk antrepriz tamaşaların premyeraları, dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” müziklinin tamaşaları (bu tamaşanı müşayiət edən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayevdir) böyük uğurla keçib. Dahi Lev Tolstoyun eyni adlı povesti əsasında P.Fomenkonun Moskva teatr-emalatxanasının “Ailə səadəti” adlı səhnələşdirilmiş kompozisiyası, Fransanın “Ofiletta” musiqi qrupunun konserti və digər tədbirlər də rəğbətlə qarşılanıb.
Moskvanın “Helikon-opera” teatrının “üNS” yaradıcılıq səhnəsində çıxışı isə Azərbaycanın əməkdar incəsənət xadimi, dirijor Yalçın Adıgözəlovun təbirincə desək, Azərbaycanın mədəni həyatında çox böyük əhəmiyyət kəsb edən bir hadisə, yaradıcı ünsiyyət üçün daha bir imkan olub. “Helikon-opera” musiqili teatrının bakılı tamaşaçılara təqdim etdiyi iki məşhur opera - Cüzeppe Verdinin “Traviata” və Jorj Bizenin “Karmen” əsərləri professor Nərgiz Paşayevanın bakılılara çox dəyərli hədiyyəsi idi.
Hər bir yaradıcı kollektivin dünyaya gəlməsi həmişə əlamətdar hadisə, möcüzə, bayram sayılır. Ən başlıcası isə bu bayram ab-havasını tamaşaçılara çatdırmaq bacarığıdır. Bu baxımdan, “üNS” yaradıcılıq səhnəsi hələ çox gənc olmasına baxmayaraq, elə bir məkana çevrilə bilib ki, orada hər kəs əbədi, yüksək, insanı ruhən saflaşdıran həqiqi sənətlə təmasda olur.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13

