QALİB ÖLKƏNİN QALİB MEDİASI
16.02.2023 [10:28]
Heydər Əliyev əsrinin 23-cü ili
Heydər Əliyev dühasının Azərbaycanın həyatında köklü, əsaslı və tarixi izlər buraxması ümummilli və ümumdövlətçlik amilində danılmaz faktdır və eyni zamanda, bu amil özündə bütün sahələri əhatə edən tərəqqi, inkişaf trayektoriyası olaraq söz yox ki, media sahəsini də əhatə edir.
Ümummilli Lider Heydər Əliyev daim kütləvi-informasiya vasitələrinə, xüsusilə çap mediasına həssaslıqla yanaşıb. Bu gün bir çox arxivlərdə Dahi Şəxsiyyətin jurnalistlərlə müzakirələr aparması, diskussiyalara qoşulması, hətta sosial həyatları və iş xüsusiyyətləri barədə dərindən maraqlanmasını əks etdirən çox sayda materiallar yer almaqdadır. Jurnalistlərin dostu olaraq media cameəsi ilə davamlı ünsiyyətlərdə olan Heydər Əliyev sonradan mətbuatın daha rentabelli fəaliyyət göstərməsi yönündə qərarlar verir, bu sahənin həm də strateji cəhətdən nə qədər əhəmiyyət kəsb etdiyini vurğulayırdı.
Daha bir mühüm məqam bu idi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişinə qədər ölkə mediası olduqca acınacaqlı vəziyyətdə idi. Daha dəqiq desək, ictimai-siyasi durumun son dərəcə gərgin olduğu, xaosun, özbaşınalığın, anarxiyanın hökm sürdüyü bir zamanda mətbuatın inkişafından, azad sözə, fikrə dəyər verilməsindən danışmaq mümkün deyildi. Məhz 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizdə bütün sahələrdə, o cümlədən mətbuat sahəsində yeni mərhələnin başlanmasının, inkişaf erasının əsasını qoydu. Fakt budur ki, Ulu Öndərimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində söz və mətbuat azadlığını, plüralizmi məhdudlaşdıran maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Bütün bunlar isə hələ ilkin addımlar idi və qarşıda daha nəhəng işlərin görülməsi planları dayanırdı...
Ulu Öndər Heydər Əliyev milli mətbuatımızın inkişafı yolunda qərar və tövsiyələri həm də qalib medianın əsasını qoymuş oldu!
Beləliklə, geridə qalan 30 ilə yaxın müddət ərzində demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərdən biri hesab edilən azad mətbuatın inkişafı dövlətimizin siyasətinin prioritet istiqaməti kimi öndə tutulub və həmin gerçəkliləri əks etdirən ilk faktorlar aşağıdakılardır:
Ulu Öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Nazirlər Kabinetinin nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi. Bununla da mətbuatda tətbiq edilən senzura aradan qaldırıldı, azad mətbuatın inkişaf yolunda yeni perspektivlər açıldı.
2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu və bu cəsarətli addım nəticəsində dövlətin mətbuat üzərində nəzarəti aradan götürüldü.
2003-cü ildə Azərbaycan jurnalistlərinin birinci qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yaradıldı.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Milli Konstitusiyamızda da azad mətbuatın inkişafına xidmət edən müddəalar öz əksini tapdı. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” qanun qəbul edilərək söz və mətbuat azadlığına, medianın və jurnalistlərin müstəqil fəaliyyətinə geniş imkanlar yaradıldı.
Və beləliklə, medianın iqtisadi müstəqilliyinin təmin edilməsi istiqamətində də biri-birindən mühüm addımlar atıldı. Ancaq qarşıda növbəti tələblər və çağırışla dayanırdı və Ulu Öndər Heydər Əliyev digər sahələrlə yanaşı, milli mətbuatımızın inkişafına doğru atdığı bu addımları ilə həm də qalib medianın əsasını qoymuş oldu!
Ata vəsiyyətinə sadiq oğuldan Azərbaycan mediasına verilən növbəti yeni nəfəs!
Artıq 20 ilə yaxındır ki, Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev mətbuatın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, potensialının gücləndirilməsinə və qlobal informasiya məkanında layiqli yer tutmasına hərtərəfli dəstəklər göstərir. Bu reallığa paralel olmaqla özündə digər mühüm faktorları da əks etdirən həmin addımların xronologiyasına diqqət yetirdikdə mətbuat sahəsində qazanılan uğurların daha əhatəli miqyası aydın şəkildə ortaya çıxır. Və həmin şərhə keçmədən öncə bir vacib məqamı da vurğulamaq yerinə düşərdi - Azərbaycan Prezidenti cənab
İlham Əliyev ilk növbədə Ata vəsiyyətini həyata keçirən Liderdir və bu vəsiyyətin təməl prisnipində bütövlükdə Azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiyada isə çoxşaxəlilik mövcuddur: iqtisadiyyatın, sənayenin, hərbi sahənin, təhsilin səhiyyənin, mədəniyyətin tərəqqisindən başlayaraq artıq bu gün işğaldan azad edilmiş torpaqlarımıza qədər dayanan hər bir incə məqam yuxarıda qeyd edilən məsələləri ehtiva etməkdədir. Təbii ki, haqqında bəhs etdiyimiz, eyni zamanda, qalib və tərəqqi yolunu tutan mediamız da bu çoxşaxəlilik prinsiplərinə aid olan faktorlardandır. Yəni, Ümummilli Lider Heydər Əliyevin başlatdığı işləri tamamlamaq və yeni addımlara doğru irəliləmək siyasəti daim öz qüvvəsindədir. İdeyaların inkişaf etdirilməsi isə onun yaşaması və əbədiliyi olaraq tərənnüm edilir. Bu, həmçinin Azərbaycan mediasına verilən yeni nəfəs olaraq dəyərləndirilə bilər. Bəs onlar hansı meyarlardır?
Azad mediadan qalib mediaya doğru!
Danılmaz faktıdr ki, azad medianın inkişafının, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinin, jurnalist peşəkarlığının artırılmasının, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasının prioritetliyi atılan davamlı addımlarda özünün aydın ifadəsini tapıb. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi kimi mühüm addımlar mətbuata göstərilən diqqətin tərkib hissələridir. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin dövlət səviyyəsində təntənə ilə qeyd olunması artıq bir ənənəyə çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri ilə bağlı sərəncamları da ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır və dünyada analoqu olmayan hadisə kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, hüquqi cəmiyyəti azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Ölkə Prezidenti “Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir” fikirləri ilə Azərbaycan mətbuatının qarşısında dayanan vəzifələri diqqətə çatdırır. Bu mühüm məqam da xüsusi qeyd edilir ki, azad medianın səviyyəsi hər bir ölkənin inkişaf səviyyəsini göstərir. Bu gün Azərbaycanda yüzlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb, xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir, internet istifadəçilərinin sayı 85%-dən artıqdır. Təkcə bu statistikanın özü mətbuatda sağlam rəqabətin gücləndirilməsini, jurnalist peşəkarlığının artırılmasını, ən əsası məsuliyyət amilini peşə fəaliyyətinin əsas prinsipi kimi öndə saxlanılmasını bir tələb kimi qarşıya qoyur.
Azərbaycan jurnalistikasının doğrudan da böyük yol keçdiyini xüsusi vurğulayan dövlət başçısı İlham Əliyev bu məqamı da diqqətə çatdırır ki, bu, sadəcə, xoş sözlər deyil, həqiqətdir. Məsuliyyət və peşəkarlıq, dəqiq informasiya hər bir medianın imicini formalaşdıran başlıca keyfiyyətlərdir. Habelə, ölkə mətbuatının ciddiyyəti onun sərhədlərdən kənarlardakı nüfuzunun da artmasına öz müsbət təsirlərini göstərir.
Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bütün bu məqamlara aydınlıq gətirir. Fərmanda da qeyd edildiyi kimi, ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır. Medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan məlum Fərman bir daha bu reallığı ortaya qoyur ki, Azərbaycan mediası hər dövrün, zamanın tələblərini yüksək səviyyədə cavablandırır, eyni zamanda, özünün gündəlik fəaliyyətində yeniləşməni, təkmilləşməni daim diqqət mərkəzində saxlayır.
Bu gün ölkəmizdə Medianın İnkişafı Agentliyi kimi mühüm qurumun fəaliyyəti də məhz dövlət-media münasibətlərinin münbit təşəkkülünün bariz sübutudur. Artıq qarşıda dayanan müasir çağırışlar da məhz bu cür qənaətə gəlməyə kifayət qədər zəminlər yaradır. Belə ki, onun fəaliyyətə başlamasından ötən qısa müddətdə çap mediası ilə yanaşı, onlayn mediaya (informasiya agentlikləri, xəbər saytları) dövlət dəstəyindən bəhrələnmək üçün imkanlar yaradılması bu qurumların iqtisadi müstəqilliklərini stimullaşdırır.
O da əbəs deyil ki, qeyd edilən meyarlar sonda özünü 44 günlük Vətən müharibəsində gedən Zəfər yolunda da göstərdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin davam etdiyi 44 günün hər günündə xalqımıza müraciətlər edir, hər günün Qələbə müjdəsini ictimaiyyətə çatdırırdı. Bütün bunların nəticəsində Azərbaycan dövlətinin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın yumruq kimi birliyi, torpaq, Vətən sevgimiz mətbu orqanların manşetlərində bir çağırışa çevrildi. “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” ifadəsi Vətən müharibəsinin rəmzinə çevrilərək mediamız vasitəsilə tarixi həqiqətlər, faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırıldı. Azərbaycan tarixi Zəfəri ilə həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü təsdiqlədi. Ölkəmizin münaqişənin həlli ilə bağlı yaratdığı möhkəm hüquqi baza döyüş meydanında da öz sözünü dedi. Bütün dünyaya göstərdik ki, bu torpaqlar bizimdir, biz öz ərazilərimizdə müharibə apararaq tarixi torpaqlarımızı düşmən tapdağından azad edirik və etdik.
Daha yeni Zəfərlərə doğru!
Müzəffər Ali Baş Komandan informasiya cəbhəsində də üstünlüyümüzü qorumaq istiqamətində səylər göstərdi. Bu gün dövlət başçısının həmin dövrdə verdiyi müsahibələrinin hər biri Vətən müharibəsi ilə bağlı həqiqətlərin öyrənilməsində, erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında zəngin mənbə rolunu oynayır. Təbii ki, bu informasiyaların dünyanın bir çox xarici KİV-lərində də yer almasında mətbuatımız öz sözünü dedi və bu baxımdan, əminliklə qeyd edə bilərik ki, qalib ölkəmizin qalib mediası var və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli mətbuatımızın inkişafının Prezident İlham Əliyev tərəfindən inkişaf etdirməsi yaxın gələcəkdə daha nəhəng layihələrin reallaşdırılması müjdəsini də verməkdədir. Eyni zamanda, məqalənin əvvəlində də qeyd olunduğu kimi, mətbuatımız bu reallıqlara sahib olmaq üçün çətin, eyni zamanda, şərəfli yol keçib. Bu qalibiyyət yolunun uğurlu davamı üçün isə qarşımızda növbəti geniş imkanlar yaranır - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İDEOLOGİYASININ ƏSASINDA QALİB ÖLKƏNİN QALİB MEDİASI YENİ-YENİ ZƏFƏRLƏRƏ DOĞRU!
Bəhruz QULİYEV,
“SƏS” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

