/ / Kənan Yavuz: Azərbaycanın qondarma "erməni soyqırımı" məsələsində gördüyü işlər Türkiyənin gördüyü işə bərabərdir
Kənan Yavuz: Azərbaycanın qondarma "erməni soyqırımı" məsələsində gördüyü işlər Türkiyənin gördüyü işə bərabərdir
31.01.2012 [10:37]
Azərbaycanın Türkiyədəki enerji nəhəngi “SOCAR-Türkiyə A.Ş”-nin rəhbəri Kənan Yavuz verilişdə Fransa parlamentinin qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanununa Azərbaycanın reaksiyası və Türkiyəyə təbii qazın satılması məsələsində ölkəmizin rolu ilə bağlı maraqlı fikirlər söyləyib.
Kənan Yavuz deyib ki, Fransa parlamentinin qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu ilə əlaqədar Türkiyə Prezidenti Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəsmi məlumatları yayılıb. Bu məsələ ilə bağlı qardaş Azərbaycanın rəsmi mövqeyi də Türkiyənin mövqeyi ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Milli Məclisində 125 deputatın iştirakı ilə iki gün xüsusi iclas keçirilib. Milli Məclis 125 deputatın imzası ilə Fransa parlamentinin bu addımına etiraz bildirən müraciət qəbul edib və Senata göndərib. Fransanın Azərbaycandakı səfiri qardaş ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və xəbərdarlıq edilib. Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb.
Azərbaycan Fransadakı səfirinə həmin qanunla bağlı Türkiyənin bu ölkədəki səfiri ilə birgə fəaliyyət göstərmək haqqında tapşırıq verib. Dünyada belə bir həmrəylik mövcuddurmu? Bakıda bu məsələ ilə bağlı Fransa səfirliyi qarşısında etiraz nümayişləri keçirilir. Fransadakı nümayişləri göz önünə gətirin. Bu nümayişlərdə də Azərbaycanın və Türkiyənin bayraqları birgə dalğalanırdı. Azərbaycan rəsmiləri kəskin bəyanatlarla çıxış ediblər.
Bunlar qardaş ölkənin bu məsələyə necə həssas yanaşmasının göstəricisidir. Azərbaycan dövləti bu məsələdə bundan artıq daha nə etməlidir ki?!
Fransa parlamentinin qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qərarı ilə bağlı Türkiyənin gördüyü işlərlə Azərbaycanın gördüyü işləri yan-yana qoysaq, ən azından bərabər olar.
Bu günlərdə Azərbaycanda Ermənistana qarşı, erməni iddialarına qarşı etirazlar Türkiyədən beşqat çoxdur.
Verilişdə K.Yavuz Azərbaycan ilə Türkiyənin enerji sahəsində birgə layihələrindən də danışıb.
“SOCAR-Türkiyə A.Ş”-nin rəhbəri deyib ki, ötən əsrin 90-cı illərində Bakıda “Əsrin müqaviləsi” imzalanıb, Bakı- Tbilisi-Ceyhan neft kəməri çəkilib. Bilirsiniz ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəlin bu layihənin həyata keçməsi üçün çox böyük xidmətləri olub. O zaman beynəlxalq aləmdə bu layihənin əleyhinə olanlar çox idi.
Azərbaycan Türkiyənin kimya sənayesinə ən böyük sərmayəni yatırıb.
ötən il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Petkim” neft-kimya holdinqinin inkişaf konsepsiyası çərçivəsində şirkətin yerləşdiyi ərazidə 5 milyard ABŞ dolları dəyərində yeni neft emalı zavodunun inşa edilməsi üçün qoyulmuş investisiya Türkiyənin özəl sektor tarixində ən böyük sərmayədir. Bu da Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin bəhrəsidir. Əgər bu kəmərlər olmasaydı, belə böyük nəticələr də olmazdı.
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 50 milyon tona yaxın neftin nəqli dünyada enerji mərkəzi adlandırdığımız Ceyhan limanını nəhəng bir struktura çevirib.
Verilişdə K.Yavuz Azərbaycan ilə Türkiyə arasındakı təbii qaz alğı-satqısının bəzi detalları haqqında da məlumat verərək deyib: “Türkiyənin üç təbii qaz tədarükçüsü var - Azərbaycan, Rusiya və İran. Türkiyə ildə 40 milyard kubmetr təbii qaz istehlak edir. Bunun 6,6 milyard kubmetri Azərbaycanın təbii qazıdır. Azərbaycandan alınan “mavi yanacaq” həm keyfiyyətlidir, həm də qiymət baxımından Rusiya və İran qazından daha ucuz olub və bu gün də ucuzdur. Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qazın əsas hissəsi Türkiyəyə ixrac olunur. ARDNŞ-in də iştirak etdiyi “Şahdəniz” konsorsiumunda xarici şirkətlər də var. Konsorsium təbii qazın qiymətini bazarla uyğunlaşdırmağa çalışsa da, ARDNŞ Türkiyəyə təbii qazı ucuz satır. Türkiyənin Azərbaycandan idxal etdiyi təbii qaz digər iki mənbədən 30 faiz ucuzdur. Hazırda İran qazının qiyməti daha yüksəkdir, Rusiya ikinci yerdədir. Bir daha təkrar edirəm, qardaş Azərbaycan Türkiyəyə təbii qazı ucuz qiymətə satır”.
Qış mövsümündə Türkiyədə təbii qazla bağlı problem yaranarsa, Azərbaycanın hər zaman Türkiyənin yanında olacağını vurğulayan K.Yavuz deyib: “Hər il qışda Türkiyədə təbii qaz böhranı yaşanır, təbii qaza ehtiyac çoxalır. Belə vaxtlarda Azərbaycan Türkiyəyə göndərdiyi qazın həcmini 2,5 dəfə artırır. Qardaş ölkə bunu daxili ehtiyatlara qənaət hesabına edir. Azərbaycan Türkiyə üçün belə bir fədakarlıq göstərir. Qardaş ölkə Türkiyəyə nəql etdiyi gündəlik qazın həcmini 3 qat artırıb”.
Azərbaycan ilə Türkiyənin “Botaş” şirkətinin işgüzar əlaqələrinə də aydınlıq gətirən K.Yavuz deyib: “Qardaş ölkələrimiz arasında münasibətlərin korlanmasında maraqlı olan bəzi dairələr, Azərbaycandan alınan təbii qazın qiymətinin baha olması səbəbindən guya Türkiyənin 150 milyon ABŞ dolları məbləğində zərər çəkməsini yazırlar. Mən bu məlumatları qətiyyətlə təkzib edirəm. “Botaş” və onun tabeliyindəki qurumlar heç bir ziyan çəkməmişlər. Əksinə, ARDNŞ “Bill” şirkətinin ziyana düşməsinin qarşısını almışdır. Beləliklə, Türkiyənin heç bir şirkəti zərərə düşməmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin İzmir şəhərinə səfəri çərçivəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə birlikdə imzaladıqları müqavilə isə daha strateji hədəflərə yol açmışdır. Bir daha təkrar edirəm, ötən il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan “Petkim”in inkişafı konsepsiyası çərçivəsində şirkətin yerləşdiyi ərazidə 5 milyard ABŞ dolları dəyərində yeni neft emalı zavodunun təməlini qoydular. Bu səfər çərçivəsində Azərbaycan ilə Türkiyə arasında Transanadolu təbii qaz boru kəmərinin çəkilməsinə dair 6 milyard ABŞ dolları dəyərində müqavilə də imzalandı. Bu böyük layihənin reallaşdırılması Türkiyədən keçməklə Avropanı Bakı ilə bağlayacaqdır. Bu da Azərbaycan və Türkiyə üçün yeni strateji hədəflərə yol açacaqdır. Azərbaycan indiyədək Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi nəhəng layihələri reallaşdırmışdır. Türkiyə İran və Rusiya qazının sadəcə alıcısıdır. Ancaq Azərbaycanın reallaşdırdığı layihələrdə isə Türkiyə tərəfdaşdır. Bu tərəfdaşlıq Transanadolu təbii qaz boru kəməri layihəsində digər layihələrdəkindən daha yüksək səviyyədə olacaq”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

