Əli Kərimli növbəti dəfə özünü ifşa etdi
13.02.2012 [22:48]
Bu gün dünyanın siyasi palitrasında özünün inkişaf göstəricilərinə, qət etdiyi yola görə mühüm yerlərdən birini tutan Azərbaycan dövləti bu uğuru cəmisi 20 illik qısa bir zaman kəsiyində əldə edib. Cəmisi 20 il ərzində iqtisadi cəhətdən regionun ən inkişaf etmiş lider dövlətinə çevrilmək, BMT Təhlükəsizlik Şurası kimi mühüm siyasi təşkilatın qeyri-daimi üzvü seçilmək, yüksək iqtisadi inkişaf tempi əldə etmək kimi nailiyyətlərə imza atan Azərbaycan dövləti buna davamlı, qətiyyətli, milli maraqlara xidmət edən və yalnız inkişafı hədəfləyən siyasi kursun uğurlu icrası nəticəsində nail olub. Bu inkişaf isə ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsi, ölkəmizdə yüzminlərlə yeni iş yerlərinin açılması, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının artması ilə müşayiət olunub. Təbii ki, hər bir dövlətin iqtisadi inkişafının əsasında vətəndaşlarının sosial vəziyyətinin daha da yüksəldilməsi dayanır. Bu mənada da son illərdə ölkəmizdə orta aylıq əməkhaqqının, təqaüdlərin artırılması, sosialyönümlü layihələrin, o cümlədən, vətəndaşların rifahına xidmət edən infrastrukturların genişləndirilməsi yönündə əhəmiyyətli addımlar atılıb. Prezident İlham Əliyevin sədrliyi ilə 2011-ci ilin sosial-iqtisadi yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş müşavirədə səslənən fikirlər, ölkəmizin iqtisadi-siyasi inkişafını özündə əks etdirən faktlar, rəqəmlər Azərbaycanın düz yolda olduğunu və milli maraqlar müstəvisində yalnız inkişafı hədəfləyən siyasət həyata keçirdiyini göstərir.
Təəssüf ki, bəzi bədxahlar ölkəmizin inkişafına qısqanclıqla yanaşmaqla yanaşı, Azərbaycanın xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yaxın tərəfdaş qismində qəbul edilməsini həzm edə bilmirlər. Bunun nəticəsidir ki, həmin bədxahlar daim ölkəmizin imicinə zərbə vurmaq, qara yaxmaq üçün fürsət gözləyirlər. Azərbaycanın Münhen Təhlükəsizlik Konfransında iştirakı, Azərbaycan Prezidentinin konfransda çıxışı, ən əsası isə Azərbaycanın inkişaf konsepsiyasının dünya praktikasında nümunə olaraq göstərilməsinə dözə bilməyənlər yenidən öz amplualarına “sadiq qalaraq” Azərbaycan dövlətinə, qazanılan uğurlara qara yaxmağa başlayıb. AXCP sədri Əli Kərimlinin bu günlərdə öz manopoliyasında olan və onun diktəsi ilə fəaliyyət göstərən mətbuat orqanındakı sicilləməsi də buna misaldır. Onun hər bir ifadəsi həqiqətdən uzaq olmaqla yanaşı, Əli Kərimlinin məntiqinin də nə qədər dayaz olduğunu bir daha nümayiş etdirir.
Əli Kərimlinin nəinki siyasi fəhmi, heç primitiv məntiqi də yoxdur
Azərbaycan dövləti haqqında bir kəlmə müsbət fikir səslənəndə, hansısa yüksək tribunadan ölkəmizin adı çəkiləndə Ə.Kərimli mütləq şəkildə bu uğura atmağa “palçıq” axtarır. Primitiv məntiqi ilə yalnız öz xülyalarını, düşüncələrini qələmə almağı bacaran, məntiqsiz arqumentlərlə heç özünün də inana bilməyəcəyi yalanları bəzəyib-düzəyən Ə.Kərimli reallıqları arxa plana keçirməklə, guya həqiqətin üstünə kölgə saldığını düşünür. öz “siyasi karyerasını” məhz “arzuların” üzərində quran Ə.Kərimli axı nə bilsin ki, dövlətin inkişafı nə deməkdir? Bunu dərk etmək üçün siyasi fəhmə malik olmaq lazımdır ki, Ə.Kərimlidə bundan söhbət gedə bilməz. Hətta partiyadaxili dartışmaları belə həll etmək iqtidarında olmayan Ə.Kərimli “kor tutduğunu buraxmır” prinsipinə əsaslanıb hər zaman səsləndirdiyi yalanlarını Münhen konfransına da şamil etmək istəyir. Amma onun məntiqsiz, uyğunsuz fikirlərini bir-birinin ardına qoşmaq arzusu gülməli bir mənzərəni meydana çıxarır. Daha doğrusu, Ə.Kərimli məntiqsiz, məzmunsuz yalanlarını, əsassız iddialarını çox uğursuz şəkildə tirajlayır və öz siyasi “qabiliyyətini” nümayiş etdirir. Həqiqət isə Ə.Kərimlidən çox uzaqdadır. Ən azından onun primitiv məntiqi də bunu deyir...
Münhen Təhlükəsizlik Konfransında baş verənləri və Prezident İlham Əliyevin çıxışını Əli Kərimli başa düşüb qavraya bilmir
Sirr deyil ki, Ə.Kərimli yalnız “əmr icraçısı” və puldan ötrü özünü bu yola salan birisi olduğu üçün ondan siyasi fəhm və ya siyasi məntiq gözləməyə dəyməz. Sadəcə, verilən “tapşırıqları” səssiz-səmirsiz şəkildə həyata keçirən Ə.Kərimlinin Münhen Təhlükəsizlik Konfransı haqqında danışması belə gülüncdür. çünki onun idrakı hələ o dərəcədə deyil. İkinci bir tərəfdən, Əli Kərimlinin nə siyasi, nə də dövlətçilik təcrübəsi yoxdur ki, o, dövlət idarəçiliyi, inkişaf konsepsiyası haqqında, dövlətin uzunmüddətli inkişaf planları, bu istiqamətdə həyata keçirilən layihələrdən danışsın. Ə.Kərimlinin qavrayışı yalnız qara yaxmağa və yalan danışmağa kodlaşdırılıb. O, “dövlətçilik”, “idarəçilik” anlayışını yalnız dövləti parçalamaq, onu uçuruma yuvarlamaq və ən yaxşı halda dövlətin maraqlarını xarici qüvvələrə satmaq kimi başa düşür. çünki onun üçün millət və dövlət marağı adlı anlayış ümumiyytlə yoxdur. Ən xırda bir detala nəzər salaq ki, bu gün istər iqtisadi böhranın məngənəsində olan, istərsə də siyasi sabitsizliklə od-alova bürünən dünyanın əksər dövlətləri-bu sırada, hətta ən inkişaf etmş dövlətlər də var, Azərbaycan haqqında, dövlətimizin inkişaf konsepsiyası haqqında ağızdolusu danışır, Azərbaycan təcrübəsini örnək göstərirlər. Görəsən, Ə.Kərimli düşünürmü ki, Azərbaycan nə üçün maliyyə böhranı ilə üz-üzə qalmadı? Bunun bir cavabı var. Əsası Ulu öndər Heydər Əliyevin qoyduğu, 2003-cü ildən isə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən və modernləşdirilən dövlət siyasəti, iqtisadi-siyasi kurs Azərbaycanın inkişaf hədəflərini, risklərdən qorunmasını təmin edir. Görəsən, Ə.Kərimli düşünürmü ki, niyə hətta bəzi böyük dövlətlərin rəhbərləri yox, məhz Azərbaycan dövləti bu konfransda yüksək səviyyədə iştirakçı oldu? Təbii ki, Ə.Kərimli bunu düşünsə belə cavab tapa bilməyəcək. çünki siyasəti yalnız yalan danışmaq və ya ləkə atmaq, xalqını, dövlətini aşağılamaq kimi dərk edənlərin Münhen konfransı və ya Prezident İlham Əliyevin Azərbaycanın inkişafını özündə əks etdirən real faktlara söykənən çıxışını qavraması mümkün deyil.
Əli Kərimli siyasətçi olmadığı kimi, heç ibtidai səviyyədə iqtisadçı da deyilmiş
Dövlətimizin başçısının da vurğuladığı kimi, bu gün Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər ölkəmizdə düzgün və realist iqtisadi siyasətin həyata keçirildiyini bir daha təsdiqləyir. 2011-ci ilin sosial-iqtisadi nəticələri Azərbaycanın nə qədər düzgün yolda olduğunu göstərir. Qeyd etməliyik ki, ötən il ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz, sənaye istehsalı 5 faiz, əhalinin pul gəlirləri 19,6 faiz artıb. Azərbaycan 2011-ci ildə investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail ola bilib. ölkəmizə qoyulan investisiyalar 20 milyard dollara bərabərdir. Təkcə 2 il ərzində ölkə iqtisadiyyatına 37 milyard dollar vəsait qoyulub. İlk dəfə olaraq, Azərbaycanın bütün valyuta ehtiyatları 40 milyard dollar səviyyəsinə çatıb. ötən il maaşlar, pensiyalar artırılıb. 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artıb. üstəlik, nəzərə almaq lazımdır ki, bütün bunlar dünyada neftə olan tələbatın azaldığı və qlobal iqtisadi-maliyyə böhranı şəraitində baş verib. Ona görədir ki, Azərbaycan dövləti bu uğurları ilə fəxr edir. Adi ibtidai səviyyədə belə iqtisadi biliklərə malik olmayan Əli Kərimlinin bunu başa düşməməsi isə tam anlaşılandır. Azərbaycan dövləti iqtisadi siyasətini və hədəflərini müəyyənləşdirərkən populizmə deyil, real əsaslara istinad edir. çünki dövlət idarəçiliyi çox ciddi bir işdir və ən xırda səhvin belə fəsadlarını aradan qaldırmaq illərlə vaxt tələb edir. Necə ki, müstəqilliyin ilk illərində hakimiyyət başında olanlar dövlətin bütün sütunlarını çökdürmüşdülər və Azərbaycan sonrakı 10 ili bu çöküntüləri aradan qaldırmaqla məşğul oldu.
Əli Kərimliyə qısa bir xatırlatma verməyi lazım bildik. Görünür, nə onun özünün məlumatı var, nə də ətrafındakılar onu məlumatlandırmaq niyyətindədirlər. Bu gün dünyanın bütün dövlətlərinin iqtisadiyyatını iflic edən iqtisadi böhranın təsirləri konkret dövlət və coğrafi arealla kifayətlənmir. Yunanıstan, Portuqaliya, İspaniya, Böyük Britaniya və Avropanın digər dövlətlərinin, eləcə də, dünyanın ən güclü iqtisadiyyatına sahib olan dövləti - ABŞ-ın bu böhranda nə qədər “qurbanlar” verdiyini sadalamaq fikrindən uzaqıq. Sadəcə, onu vurğulamaq istərdik ki, Azərbaycan bu böhrandan ən az itki ilə çıxın azsaylı ölkələrdən biridir. Zənnimizcə, bu faktın özü belə Əli Kərimlinin absurd arqumentlərini alt-üst edir.
Əli Kərimli ölkədəki və dünyadakı nə siyasi, nə də iqtisadi prosesləri izləyib dərk edə bilir
Yuxarıda qeyd etdiyimiz fikrə bir daha qayıtmaq istərdik. Ə.Kərimli və onun kimiləri o səbəbdən bütün bunları qavramaq imkanından xaricdirlər ki, Azərbaycanda və dünyada gedən prosesləri diqqətlə izləyə bilmirlər. Bu gün Azərbaycanda çox böyük iqtisadi inkişaf var. İstər neft sektorunda, istərsə də qeyri-neft sektorunda əldə olunan naliyyətlər, siyasi sabitlik ölkəmizin dünyanın diqqət mərkəzinə düşməsinə yol açır. Prezident İlham Əliyevin apardığı siyasət qısa zaman kəsiyində Azərbaycanın bütün dünyada bir model kimi qəbul olunmasına yol açır. Ara-sıra səslənən qərəzli bəyanatlar, ikili standartlara əsaslanan “siyahılar” da məhz bu inkişafa qarşı edilən hücumlardır. Bu gün dünyanın aparıcı dövlətləri özünün maliyyə durumunu iflic olmaqdan xilas etmək üçün dövlət büdcəsini azaldır, vətəndaşların sosial müavinətlərini aşağı salır, əməkhaqları azaldılır. Amma Azərbaycanda bunun əksi müşahidə olunur. Hətta Azərbaycan dövləti maliyyə böhranının tüğyan etdiyi illərdə belə sosialyönümlü layihələrin həyata keçirilməsini dayandırmadı. Əksinə, ölkəmizin dövlət büdcəsi ildən-ilə artaraq indiki rəqəmə gəlib çatdı.
O ki qaldı dünyada gedən siyasi proseslərə, Azərbaycanın bu gün dünya birliyi tərəfindən yaxın əməkdaş, etibarlı tərəfdaş kimi qəbul olunması ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və digər nailiyyətlərimiz dövlətimizin apardığı siyasi kursun uğurudur. Azərbaycan bu gün yerləşdiyi regionla çərçivələnməyib, dövlətimiz Şərqi Avropa məkanının dünyanın ən aparıcı təşkilatındakı sözçüsüdür. Bu faktları görməzdən gəlmək Ə.Kərimli kimi birtərəfli düşünən insanların ölkəmizə qarşı qərəzindən xəbər verir. Bu qərəz isə şəxsi maraqlara söykənməklə yanaşı, bir daha vurğulamaq lazımdır ki, dünyada gedən prosesləri düzgün dərk və qavramaq qabiliyyətlərindən uzaq olmasından irəli gəlir.
Azərbaycanda legitim olmayan hakimiyyət AXC-Müsavat hakimiyyəti idi və o, çox qısa zaman ərzində sona çatdı
Əli Kərimlinin başqa bir absurd iddiası isə mövcud hakimiyyətin legitim olmadığı ilə əlaqədardır. Əmin olmaq lazımdır ki, bu iddiaya Əli Kərimlinin özü də inanmır. çünki siyasətdə hələ birinci addımlarını atanda hər bir siyasətçi ilk olaraq, təmsil olunduğu cəmiyyətin əsas xarakterik xüsusiyyətlərini anlamağa çalışır. Azərbaycan xalqının sahib olduğu dəyərlər də qeyri-legitim qüvvələrin hakimiyyətini qəbul etmir. Biz bu örnəyi elə də uzun olmayan dövlətçilik tariximizdə dəfələrlə yaşamışıq. İstər Moskvanın dəstəyi ilə hakimiyyəti qəsb edən Ayaz Mütəllibovun örnəyində, istərsə də, elə Əli Kərimlinin özünün də təmsil olunduğu AXC-Müsavat hakimiyyətinin timsalında tarix bunları bizə yaşadıb. Hər ikisi qeyri-legitim olduğu üçün onların hakimiyyətinin ömrü bir “bahar çiçəyi” qədər oldu. Amma Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra Azərbaycanda legitim hakimiyyət quruldu və məhz bu məqam sabitliyin, dinamik inkişafın qarantı qismində çıxış etməyə başladı. Bu gün Azərbaycanda hakimiyyətdə olan qüvvələr ölkədə keçirilən demokratik seçkilərlə bu missiyaya layiq görülüblər. Xalqın böyük dəstəyi və iradəsi olmasaydı, bugünkü siyasi kursun 18 ildən artıqdır davam edən hakimiyyəti olmazdı. Və onu da unutmaq lazım deyil ki, hansısa hakimiyyətin legitimliyinə və ya legitim olmadığına müəyyən maraqlardan çıxış edən hər hansı bir siyasətçi qiymət verə bilməz. İstənilən hakimiyyətin legitimliyini təsdiq edən başlıca faktor onun seçkilərdə əldə etdiyi göstəricilərdir. Azərbaycanda keçirilən və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan bu göstəricilər isə kimin legitim, kimin qeyri-legitim olduğunu nümayiş etdirir.
Ulu öndər Heydər Əliyev 2003-cü ilə qədər sizin dağıtdığınız ölkəni kərpic-kərpic yenidən tikib
Bu gün istər orta yaşlı nəslin, istərsə də 1990-cı illərin əvvəlini görmüş gənc nəslin yaddaşındadır ki, Ə.Kərimlinin də təmsil olunduğu AXC-Müsavat hakimiyyəti 1992-ci ildə silah zoru ilə hakimiyyəti zəbt etdiyi zaman Azərbaycan hansı duruma düşmüşdü. İllərlə, on illərlə qurulan sənaye müəssisələri dağıdılır, bəzi təsadüfi insanların əlinə keçərək özününküləşdirilirdi. AXC-Müsavat hakimiyyətində təmsil olunanların isə başı kürsü savaşına qarışdığı üçün bütün bunlara nəzər belə salmırdı. ölkədə kriminogen durum, özbaşınalıq hökm sürürdü. Hər yerdə silahlı birləşmələr sadə vətəndaşlara təhlükə yaradır, oğurluq, qətl hadisələri adi hala çevrilirdi. İqtisadi tənəzzüllə, siyasi xaosla yanaşı, faktiki olaraq ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Ayrı-ayrı qruplaşmalar hakimiyyəti zəbt etmək üçün açıq silahlı mübarizəyə başlamışdı. Məhz belə bir zamanda Ə.Kərimlinin təmsil olunduğu komanda Azərbaycanı bu acınacaqlı tablo ilə qarşı-qarşıya qoyub qaçdı. Görəsən, Ə.Kərimli niyə bu illərlə bağlı danışmır?! Axı, bu ölkəni həmin vaxtı işğala, tənəzzülə, dağılmaya onlar məruz qoymuşdular!? 1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi zaman Azərbaycanda dövlətçiliyə aid bir komponent belə qalmamışdı. Məhz Ə.Kərimlinin təmsil olunduğu hakimiyyət komandasının “səyi” nəticəsində ordu silahlı, başıpozuq hərbi birləşmə halında, iqtisadi göstəricilər sıfır dərəcəsində idi. Ulu öndər Heydər Əliyev 1993-cü ildən 2003-cü ilə qədər bu dağılmış, Ə.Kərimlinin və onun “dostlarının” əməyi nəticəsində məhv olmuş Azərbaycanı kərpic-kərpic qurmağa başladı. Məhz, 1993-ci ildən sonra Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv olundu, ölkədə hüquqi dövlət quruculuğuna start verildi. Nizami ordu yaradıldı, Azərbaycan qanunlarla idarə olunan dövlət vəziyyətinə gəldi, inqilabların qarşısı alındı. 1994-cü ildə bağlanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının əsas təməl prinsipinə çevrildi. 1993-cü ildən 2003-cü ilə qədər Ulu öndər Heydər Əliyev bugünkü, inkişaf etmiş, qüdrətli Azərbaycanın təməlini qoydu, bu inkişafa zəmin yaratdı. Azərbaycan dünyada özünü tanıtdırdı, aparıcı investorlar Azərbaycana sərmayə yatırmağa başladılar. Qısa zamanda dövlətin uzunmüddətli inkişaf konsepsiyası hazırlandı. Bugünkü uğurlar həmin konsepsiyanın uğurla həyata keçirildiyini bir daha təsdiq edir.
2003-cü ildə isə dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən sonra bəyan etdiyi çox önəmli bir məqam həm də Azərbaycan dövlətinin gələcək inkişaf strategiyasını da göstərirdi. Cənab Prezident dedi ki, O, Heydər Əliyev siyasətinə sadiq qalacaq və dövlətimiz bu yolda addımlayacaq. Məhz bu strateji seçim Azərbaycanı bu gün bütün dünyanın diqqətlə izlədiyi, BMT TŞ-nin üzvü seçilən, mühüm beynəlxalq tədbirlərin ev sahibi, dinlərarası və sivilizasiyalararası dialoqun mühüm ünvanı olan Azərbaycana gətirib çıxardı.
Bu vəziyyətdə Əli Kərimli kimiləri nə qədər böhtan atsa da, nə qədər qara yaxmağa çalışsalar da, Azərbaycan daha da güclənəcək və inkişaf edəcəkdir.
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

