Ermənistan gəncləri - ümidsiz nəsil
11.04.2012 [00:07]
Ermənistanda mayın 6-da keçiriləcək parlament seçkisinə çox az zaman qalıb. Başda hakim Respublikaçılar Partiyası olmaqla parlamentdə yer qazanmağa çalışan partiyalar əhalini ölkədə nələrisə yaxşıya doğru dəyişə biləcəklərinə inandırmağa, bu yolla seçicilərdən səs qoparmağa çalışırlar. Elə Ermənistan prezidenti Serj Sarkisyan da sədri olduğu partiyanı təbliğ etmək, ölkə gənclərinin rəğbətini qazanmaq üçün İrəvan Dövlət Universitetinin tələbələri ilə görüşüb. Ermənistan mətbuatının yaydığı məlumata görə, Sarkisyan parlament seçkiləri ərəfəsində tələbələrlə təşviqat aparmaq üçün görüşmədiyini iddia etsə də, söhbət əsasən seçkidən gedib.
Qeyd edək ki, Respublikaçılar Partiyası seçkilərə “Dəyişmək üçün inanaq” şüarı ilə yollanıb. Bu səbəbdən də Sarkisyanla görüşdə gənclər dəyişikliklərin nədən ibarət olacağını, hansı gələcəyə inanmalı olduqlarını müəyyənləşdirmək üçün prezidentə suallar ünvanlayıblar. Onlar, həmçinin, Sarkisyandan Ermənistanda aktual olan mövzular - ordudakı vəziyyət, miqrasiya problemləri və seçki siyahılarındakı saxtakarlıqlar barədə soruşublar.
Təbii olaraq, əksər erməni gəncləri, onların valideynlərini ən çox narahat edən problemlərdən biri kimi ordudakı vəziyyət, eləcə də, Ermənistanda ciddi sosial-demoqrafik böhrana gətirib çıxaran emiqrasiya məsələləri diqqət mərkəzində olub. Qeyd edək ki, işğalçı ölkənin ordusunda hər il onlarla hərbçi intihar, qəsd, xəstəlik və digər qeyri-döyüş səbəblərindən həlak olur və ölənlərin sayı ildən-ilə artmaqda davam edir. Mövcud vəziyyətə aydınlıq gətirməyə çalışan Sarkisyan isə problemi “xeyirə” yozub. Belə ki, onun sözlərinə görə, 2011-ci ildə Ermənistan ordusunda ölüm halları ən aşağı səviyyədə olub, sadəcə olaraq, indi ordunun fəaliyyəti çox şəffaf olduğundan cəmiyyət neqativ hallardan xəbərdar olur, ona görə də əks təəssürat yaranır. Lakin elə bu sözlərin ardınca, Sarkisyan özünü təkzib edən başqa fikir səsləndirib. Əhalinin, xüsusən də gənc nəslin xarici ölkələrə axın etməsi məsələsi ilə bağlı Ermənistan prezidenti təsdiq edib ki, bir çox insanlar evlərini tərk edərək uzaq ölkələrdə işçi kimi çalışır: “Lakin çoxları orduda xidmətdən yayınmaq üçün ölkəni tərk edir”.
Elə isə ortaya sual çıxır: Əgər həqiqətən də Sarkisyanın iddia etdiyi kimi, Ermənistan ordusunda zorakılıqlar, cinayətlər azalır, vəziyyət yaxşılaşırsa, onda nə üçün gənclər hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk edir və üstəlik, belələrinin sayı ildən-ilə artır? Məsələ ondadır ki, hərbi xidmət Ermənistan gəncləri üçün ən arzuolunmaz mükəlləfiyyət olaraq qalmaqdadır və çoxları ordudan yayınmaq üçün hər bir yola baş vurur.
Lakin Ermənistan gənclərinin ölkəni tərk etməsi yalnız ordudakı problemlərlə bağlı deyil. İşğalçı ölkədə dərin sosial, iqtisadi böhran hökm sürməkdədir. Ermənistan əhalisinin, o cümlədən, gənc nəslin fiziki-psixoloji sağlamlığı qənaətbəxş deyil. Gənclər arasında müxtəlif psixoloji xəstəliklərdən əziyyət çəkənlərin, intiharların sayı artmaqdadır. Bu ölkədə işsizlik problemi ən yüksək həddə çatıb. Əməkhaqqının aşağı səviyyəsi, bahalaşma qarşısında özünün və ailəsinin yaşayışını təmin edə bilmək üçün əmək qabiliyyətli əhali xaricə iş tapmaq üçün yollanır. Bir çoxları isə ümumiyyətlə, mövcud vəziyyətə dözməyərək, ailəsi və yaxınları ilə birlikdə ölkəni tərk edir. çünki Ermənistan gəncləri anlayır ki, onların bu ölkədə öz potensiallarını reallaşdırmaq imkanları olduqca məhdud səviyyədədir. Ermənistanda aparılan sosioloji sorğuların nəticələri gənclərin 70 faizə qədərinin başqa ölkədə yaşamaq arzusunda olduğunu göstərir.
ümumiyyətlə, Ermənistanda da etiraf olunur ki, əhali ölkəni tərk etmək üçün istənilən yola əl atır. Belə ki, “Qrapark” qəzetinin yazdığına görə, Ermənistan vətəndaşları Avropa ölkələrində məskunlaşmaq üçün siyasi mühacir statusu almağa çalışır. Qəzetin yazdığına əsasən, seçkilər dövrü Avropada siyasi sığınacaq tapmaq üçün əlverişli fürsət kimi dəyərləndirilir. Bu məqsədlə, vətəndaşlar müxalifət cərgəsinə keçərək fəallıq nümayiş etdirir. Seçki günü səsvermə məntəqəsində hər hansı insidentin iştirakçısı olanların isə Avropada yaşamaq şansı daha da artır.
Bütün bunlar onu göstərir ki, bu gün Ermənistan cəmiyyətində dərin psixoloji böhran hökm sürür. Xüsusən də, gələcəyə ümidini itirən gənc nəsildə ölkədə siyasi, iqtisadi vəziyyətin yaxşılaşacağına inam qalmayıb. Bu səbəbdən də, Ermənistan ictimaiyyəti qarşıdan gələn parlament seçkisinin nəticələrindən heç də müsbətə doğru ciddi dəyişiklik gözləmir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23

