Ermənistanda ən fəal seçicilər qəbiristanlıq əhlidir
09.04.2012 [23:31]
ölülər Sarkisyan hakimiyyətinin ümid yeridir
Erməni KİV-nin məlumatlarına görə, ölkə müxalifəti bir müddət öncə xaricdə yaşayan ermənilərin, həmçinin, ölülərin seçici siyahılarına salındığına dair faktlar aşkar edib. Bu barədə narahatlığını dilə gətirən Ermənistan müxalifətinin lideri, Milli Konqresin başçısı Levon Ter-Petrosyan bəyan edib ki, ölkədə yaşamayan 700 min şəxsin adı seçici siyahılarına salınıb. öz növbəsində, “Daşnaksütyun” partiyası və “İrs” siyasi fraksiyası da seçici siyahısının süni şişirdilməsinin tezliklə aradan qaldırılmasının vacibliyini bildiriblər.
Siyahı saxtakarlığı ilə bağlı 37 saylı seçki dairəsindən müstəqil namizədliyini irəli sürmüş Samvel Arutyunyanın mətbuat konfransında səsləndirdikləri isə ölülərin Sarkiyan hakimiyyətinin ümid yeri olduğundan xəbər verir. Belə ki, S.Arutyunyan seçkiqabağı təbliğat kampaniyası rəsmən hələ başlamasa da, Sünik qubernatoru Suren Xaçatryanın artıq qeyri-qanuni metodlarla vətəndaşları Ermənistan Respublika Partiyasının namizədi Ayik Qriqoryana səs verməyə çağırdığını deyib. Onun sözlərinə görə, ötən seçkidə olduğu kimi, Suren Xaçatryan yenə də özbaşınalığını həyata keçirməyə başlayıb. Bir müddət əvvəl o, bütün dövlət məmurlarını Gorus Dram Teatrının böyük zalına toplayıb və öz manerasına xas olan tərzdə hamını ERP-dən olan namizədin xeyrinə işləməyə çağırıb. S.Arutyunyan, həmçinin, qeyd edib ki, son illər Suren Xaçatryanın fəal müdaxiləsi ilə hakimiyyət Sünikdə yüksək göstəricilər qeydə alıb: “Seçicilərin sayı gedən, olmayan və ölənlərin hesabına artır. Belə çıxır ki, onlar bizim ölkəmizdə ən fəal seçicilərdir”.
Seçki saxtakarlıqları və qanun pozuntuları davam edir
Bu arada, Ermənistanda seçkiöncəsi proseslərin fonunda pozuntu halları ilə bağlı artıq 42 məlumat xüsusi yaradılan yeni www.iditord.org saytına daxil olub. Bunu saytın təqdimatı zamanı informasiya təhlükəsizliyi üzrə ekspert, Ermənistan KİV Müxtəlifliyi İnstitutunun nümayəndəsi Samuel Martirosyan bildirib: “Pozuntularla bağlı əsas məlumatlardan 23-ü seçkiqabağı rüşvət və təzyiq, 14 məlumat isə seçici siyahıları ilə bağlıdı”.
O əlavə edib ki, nisbətən daha çox sayda məlumat (28) Yerevana aiddir, ikinci yeri ölkədə böyüklüyünə görə ikinci şəhər olan Gümrü (6) tutur.
Ermənistanda “seçki inflyasiyası”: bir səs üçün 100 dollar
Bunlarla yanaşı, ölkə KİV-ləri yazırlar ki, “Armekonombank”ın şura sədri Saribek Sukiasyan deputat mandatı uğrunda amansız mübarizə aparır. “Jamanak” qəzetinin yazdığına əsasən, habelə bu zaman o, müxtəlif seçki texnologiyalarından istifadə edir. Qəzetin yazdığına görə, Sukiasyan öz dairəsindəki seçicilərdən ona səs verən hər kəsə 100 dollar verəcəyini vəd edir.
“Hakimiyyət mübarizə metodlarını dəyişib, açıq metod gizli şəraitə keçirilib, indi onlar qapalı, gizli metodlarla mübarizə aparırlar”
Digər tərəfdən, Ermənistan ümummilli Hərəkatı Partiyasının İdarə Heyətinin sədri, birmandatlı 4 saylı seçki məntəqəsindən deputatlığa namizədliyini irəli sürmüş Aram Manukyan “Azatutyun” radiostansiyasına müsahibəsində deyib ki, hazırda onun bu seçki dairəsində heç bir qərargahı yoxdur.
“Artıq bir aydır ki, mən bina axtarıram. Eləcə də, internetdə bununla bağlı 30 elan yerləşdirmişəm. Adamlar əvvəlcə razılaşırlar. Lakin bir gündən sonra gəlirsən, razılaşırsan, soruşurlar ki, nə üçün və kim (icarəyə götürmək istəyir), sonra şikayət etməyə başlayırlar ki, onlara mane olurlar, icazə vermirlər, əgər onlar buna razılaşsalar, onlara nəsə edəcəklər. Və nəticədə bizim binamız yoxdur” - Manukyan deyib.
Beləliklə, Aram Manukyanın fikrincə, hakimiyyət mübarizə metodlarını dəyişib. “Açıq metod gizli şəraitə keçirilib, indi onlar qapalı, gizli metodlarla mübarizə aparırlar. Bilmirəm, onlar nə üçün mənim qərargahımın olmasından bu cür qorxurlar? Düzünü desəm, qorxmağı düzgün edirlər, lakin bunun bu dərəcədə olacağını mən təsəvvür etmirdim” - deyə, müxalifətyönlü namizəd deyib.
Seçkiöncəsi təşviqat qalmaqalı...
Ermənistanın baş naziri, parlamentin spikeri və hakim Respublika Partiyasının proporsional seçki siyahısına daxil olan digər nazirlər seçki kampaniyası dövründə məzuniyyətə getmək niyyətində deyillər.
“Armenia Today” saytı xəbər verir ki, Ermənistan qanunvericiliyi siyasi vəzifə tutan şəxslərin (prezident, baş nazir, nazirlər, parlament sədri və deputatlar) deputatlığa namizəd olduğu dövrdə vəzifə başında ola-ola təbliğat aparmalarını qadağan edir.
Hakim partiyanın namizədlər siyahısına başçılıq edən Ermənistan prezidenti Serj Sarkisyanın da məzuniyyətə çıxıb-çıxmayacağı bəlli deyil. “Azadlıq” radiosunun Ermənistan bürosunun “baş nazir məzuniyyətə getmədən necə təbliğat aparacaq?” sualına onun mətbuat katibi Aram Ananyanın cavabı belə olub: “Baş nazir qanunvericilik çərçivəsində fəaliyyət göstərəcək”.
Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü, müxalifətçi Erməni Milli Konqresinin (EMK) təmsilçisi Zoya Tadevosyan xatırladır ki, qanunda sözügedən vəzifə sahiblərinin iş vaxtı təbliğatla məşğul olmaları birmənalı şəkildə qadağan olunur.
Z.Tadevosyan hesab edir ki, hakim partiyanın namizəd olan vəzifəli şəxslərinin təbliğat dövründə məzuniyyət götürməmələrinə səbəb onların proses boyunca vəzifə rıçaqlarından istifadə etmək istəyidir.
üMİDƏ İSAYEVA
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37

