Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə Azərbaycana qarşı aparılan kampaniyalar kəskin tənqid olundu

Milli Məclisdə Azərbaycana qarşı aparılan kampaniyalar kəskin tənqid olundu

02.05.2012 [00:14]

vəkilləri Almaniyanın bəzi dairələrinin fəaliyyətinə etiraz etdilər
Milli Məclisin dünən keçirilən iclasında millət vəkilləri Almaniyanın bəzi dairələri tərəfindən ölkəmizə qarşı aparılan qərəzli kampaniyaya etiraz ediblər. Millət vəkili Azay Quliyev bildirib ki,  bəzi dairələr Azərbaycanla Almaniya dövləti arasında problemli məsələlərin olduğunu iddia edir. Onun sözlərinə görə, dövlətlər arasında problem yoxdur: “Fikir səsləndirilir ki, Azərbaycan mediasında məsləhətli şəkildə Almaniyaya qarşı yazılar dərc olunur. Bu da belə deyil. Bu yaxınlarda millət vəkili Rövşən Rzayev, çingiz Qənizadə, Aydın Abbasov və mən Almaniya Bundestaqında olduq. Almaniya Bundestaqı Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Orada bizim haqlı mövqeyimizi müdafiə edən kifayət qədər deputat var. Hətta görüşlər olanda da orada dəfələrlə fikirlər səsləndirildi ki, Azərbaycan Almaniya üçün tərəfdaş bir dövlət kimi çox vacibdir. İki ölkə arasında ticarət dövriyyəsi ötən il 2 milyard dollar olub. Biz həmişə tənqidə dözümlü yanaşmışıq və tənqid olunanda da ondan faydalanırıq. Amma Almaniya mətbu orqanlarında Azərbaycana qarşı qarayaxmalar da var. Belə yazılara səthi yanaşmaq olmaz. Bizi narahat edən bu məsələdir ki,  Almaniyada  “Yaşıllar” fraksiyası Azərbaycanla bağlı qeyri-dəqiq mövqe nümayiş etdirir. Bu cür məsələlərə xüsusi fikir vermək lazımdır”.
Daha sonra Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təşkilatın yaz sessiyasının yekunları  barədə məlumat verib. S.Seyidov Azərbaycan nümayəndə heyətinin sessiyada aparılan müzakirələrdə fəal iştirak etdiyini, Dağlıq Qarabağ münaqişəsini daim gündəmdə saxladığını bildirib. Onun sözlərinə görə, Azərbaycan həmişə AŞPA qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Millət vəkili qeyd edib ki, qurumun Azərbaycan üzrə məruzəçisi K.Ştrasserin hesabatı dəyişdirilib və Azərbaycanda siyasi məhbus məsələsi adı altında təqdim olunub: “Bəzi qüvvələr var ki, Azərbaycanla bağlı öz maraqlarını diktə etməyə çalışırlar. Bu xüsusi olaraq AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Ştrasserlə bağlıdır, onun mövqeyi doğru deyil. Ştrasser ancaq Azərbaycanda siyasi məhbus axtarışındadır, bu adam Azərbaycanı hədəf götürüb. İnsan haqları ilə bağlı məsələ təbii ki, AŞPA-nın diqqətindədir və biz də buna normal yanaşırıq. Burada yalnız Azərbaycanı hədəf seçmək doğru deyil”.
S.Seyidov bildirib ki, məsələ ilə bağlı Ştrasserə məktub yazıb, onunla açıq müzakirə aparıblar. “Onunla görüşüm zamanı açıq şəkildə bildirdi ki, o Azərbaycanda yalnız siyasi məhbus axtarışında olacaq. Bu bizim üçün qəbuledilməzdir, əlimdə sənəd var, beynəlxalq təşkilatlar Ermənistanda 55 nəfərin siyasi məhbus kimi həbsdə saxlandığını bildirirlər və həmin 55 nəfər Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa əsgər kimi göndərilməkdən imtina etdiklərinə görə həbs olunublar. Amma AŞPA-da bunu insan haqları məsələsilə bağlı əlaqələndirmirlər. Halbuki, bu, çox dəhşətli bir məsələdir. Bununla Azərbaycana təzyiq edirlər və bu təzyiqdən Azərbaycanı hərtərəfli hədəfə götürmək istəyən qüvvələr var ki, onlar Avropa mediasından xüsusi yararlanmağa çalışırlar. Azərbaycan öz öhdəliklərini həmişə həyata keçirib, biz həmişə açıq müzakirələrə hazırıq. Amma bizə qarşı qərəzli yanaşanları biz heç vaxt qəbul etmərik” - deyə, nümayəndə heyətinin rəhbəri qeyd edib.
Spiker O.Əsədov isə məsələyə münasibət bildirərək deyib ki, K.Ştrasser Azərbaycanda keçirilən “Eurovision” mahnı müsabiqəsinin boykot olunmasına çağırış edib. “Bu onun səviyyəsini və Azərbaycana qarşı qərəzli yanaşmasını göstərir. Eyni zamanda, Almaniyadan gələn ombudsman da Azərbaycana qərəzlə yanaşır və Azərbaycanda “Eurovision”un boykotuna çağırır. Onlar yüz minlərlə, milyonlarla insanın hüquqlarını pozurlar, bir milyona yaxın qaçqının problemi barədə bir kəlmə də danışmırlar. Bəzi dairələr insan hüquqları adı altında Azərbaycana təzyiq göstərmək istəyirlər. Bu, hamıya məlumdur. Hər bir savadlı insan bilir ki, bu məsələlərin kökündə nə dayanır” - deyə, o əlavə edib.
Millət vəkili Fuad Muradov Azərbaycanın Avropada qalib olduğunu deyib: “Bəzi qüvvələr deyirlər ki, “biz Azərbaycanda keçiriləcək “Eurovision-2012” beynəlxalq mahnı yarışmasında iştirak edəcəyik”, bəziləri isə deyir “iştrak etməyəcəyik”. Biz bununla bağlı hansısa öhdəlik götürməmişik. Biz qalib olmuşuq və mümkün qədər ən yaxşı şəkildə bu mahnı yarışmasını keçirəcəyik. Kim gəlirsə, xoş gəlsin, kim gəlmirsə, öz işidi, gəlməsin. Biz onlarla bağlı xüsusi bir öhdəlik götürməmişik. Bu Azərbaycanın beynəlxalq səviyyədə qələbəsidi və Azərbaycana da qələbə yaraşır. Azərbaycanın 20 faiz torpağı 20 ildir işğal olunub. İnsanlar 20 ildir haqlarının pozulmasından əziyyət çəkirlər, niyə Avropadan bu məsələ ilə bağlı kimsə maraqlanmır?”
F.Muradov onu da qeyd edib ki, Almaniya Bundestaqında Azərbaycanın haqlı mövqeyini müdafiə edən kifayət qədər deputatlar  var: “Biz bu məsələni də diqqətdən qaçırmamalıyıq”.
Millət vəkili çingiz Qənizadə isə deyib ki, Almaniyadan Azərbaycana yönələn tənqidlərin başında bu ölkə parlamentindəki “Yaşıllar” fraksiyası və bu ölkənin ombudsmanı, həmçinin, Azərbaycandakı bəzi şəxslər durur. O AŞPA-nın sessiyası zamanı dəfələrlə K.Ştrasserlə görüşməyə cəhd etdiyini desə də, qarşı tərəfin bundan qaçdığını bildirib. Onun sözlərinə görə, “Sərhədsiz reportyorlar” təşkilatının Azərbaycanda 5 jurnalistin həbsdə olduğunu iddia etməsi yanlışdır: “Mən araşdırma aparmışam. Həmin şəxslərin 3-ü narkotikə görə, 1-i isə xuliqanlıq əməllərinə görə həbs olunub”.
Millət vəkili Fəzail İbrahimli də Almaniyanın bəzi dairələrini tənqid edib. O deyib ki, bu kampaniyanın arxasında erməni lobbisi dayanır.
Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələlərin kökündə hansı məsələlərin dayandığı araşdırma mövzusudur: “Bir məsələni qeyd etmək istəyirəm ki, 1992-93-cü illərdə Azərbaycanda Fridrix Nauman Fondu fəaliyyət göstərib. Bu gün Azərbaycana qarşı fəaliyyət göstərənlər vaxtilə həmin fondun ekspertləri olublar. Aydın məsələdir ki, bu nə deməkdir. Amma onu deyim ki, Almaniya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Almaniya Bundestaqı ilk dəfə olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edib. Almaniya 16 nəfər “yaşıllar”dan ibarət deyil” - deyə, spiker vurğulayıb. O.Əsədov bildirib ki, Bakıda evləri sökülən vətəndaşlara mənzilin bir kvadratmetri üçün 1500 manat kompensasiya verilir: “Bu çox sərfəli rəqəmdir. çünki şəhərin mərkəzində 1 kv.m sahənin qiyməti 1200 manatdır, bir az ətrafda isə bu rəqəm 600-800 manatdır. Yəni, vətəndaşlara verilən kompensasiya ilə ev tikmək, onu təmir etmək tamamilə mümkündür”.
YAP İcra katibinin müavini, millət vəkili  Siyavuş Novruzov deyib ki, burada söhbət Almaniya dövlətindən, xalqından getmir. Onun sözlərinə görə, problemi yaradan bəzi qüvvələrdir ki, onları yaxşı tanıyırıq. Millət vəkili bildirib ki, həmin qüvvələr Fridrix Nauman Fondu vasitəsilə bəzi müxalifət partiyalarını maliyyələşdirir, onları müəyyən addımlar atmaq üçün qızışdırırlar. “Almaniyanın səfiri deyib ki, Bakıda sökülən evlərə laqeyd qala bilmirəm. Bəs Azərbaycanın işğal olunan torpaqlarına, orada sökülən evlərə, mədəniyyət abidələrinə, qəbiristanlıqlara, məscidlərə, qaçqın və məcburi köçkünlərə necə laqeyd qala bilir? Onun vicdanı oyanmadı ki, etiraz səsini qaldırsın? Bu gün Almaniyada türklərə də qarşı kampaniya aparılır”.
S.Novruzov Almaniyada islamofobiya olduğunu, bunu sübut edən fotoları özü ilə parlamentə gətirdiyini deyib və şəkilləri nümayiş etdirib: “Məscidlərin üzərində qadağa işarəsi qoyurlar. Paytaxtlarından tutmuş ayrı-ayrı şəhərlərində belə hallar var ki, bu cür reklamla özlərinin mövqeyini göstərirlər. Dünyada bütün dinlər bərabərdir.  Gəlsinlər, Azərbaycandan tolerantlığı öyrənsinlər. Azərbaycanda şeyximizlə yanaşı, digər dinlərin nümayəndələri də fəal əməkdaşlıq edirlər. Eyni zamanda, Almaniya mətbuatında dərnək səviyyəsində olan bəzi siyasi partiyaların rəhbərlərinin məqalələri dərc olunur ki, onlar da Azərbaycan haqqında böhtanlar danışırlar”.
YAP İcra katibinin müavini bildirib ki, “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi Azərbaycanın haqqıdır. Onun sözlərinə görə, bu nüfuzlu tədbirin Bakıda keçirilməsi erməni lobbisini narahat edir. Ona görə də, belə təxribatlara əl atırlar.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Kolumbiya Senatının Xocalı soyqırımını tanımasını böyük hadisə kimi qiymətləndirib. Onun fikrincə, bu hadisə göstərir ki, Azərbaycan həqiqətləri, diplomatiyamız dünyada özünə layiqli yer tutur: “Azərbaycanın Kolumbiyada, Kolumbiyanın isə Azərbaycanda diasporu yoxdu. Həmçinin, səfirliklərimiz də  yoxdur. Xocalı soyqırımının orada tanınması Azərbaycan diplomatiyasının uğuru deməkdir. Parlamentimizdə dostluq qrupu da yoxdur. Təklif edirəm Kolumbiya Senatına təşəkkür məktubu göndərilsin, parlamentdə Kolumbiya parlameti ilə dostluq qrupu yaradılsın”.
Spiker O.Əsədov isə millət vəkilinin təklifinin nəzərə alınacağını, Kolimbiya parlamenti ilə dostluq qrupunun yaradılacağını deyib.
İclasda çıxış edən YAP İcra katibinin müavini, millət vəkili  Mübariz Qurbanlı isə martın 16-da Milli Məclisin iclasında Almaniyanın xarici işlər nazirinin ölkəmizə səfəri gedişində diplomatik əlaqələr haqqında Vyana konvensiyasına zidd olaraq bəzi əməllərə yol verdiyi haqqında çıxış etdiyini xatırladıb: “Bundan sonra Almaniyanın ölkəmizdəki səfiri mənə məktubla müraciət edib. Məktubunu belə başlamışdı ki, çıxışıma təəccüb edib. Doğrusu, mən də cənab səfirin məktubuna və onların atdıqları addımlara təəccüb etməkdəyəm. Vyana konvensiyasına görə, diplomatın ölkələrin daxili işlərinə qarışmasına yol verilmir. Almaniyanın səfiri bunu bilir, amma bu vəziyyət yenə də davam edir. Səfirlərin məqsədi ölkələr arasında əlaqələrin, dostluğun inkişafına kömək etməkdir. Amma biz bunun əksini görməkdəyik. Azərbaycanla Almaniya arasında əlaqələr inkişaf edir və ölkəmiz bunu dəyərləndirir. Lakin Almaniyada bəzi dairələr bu əlaqələri pozmağa çalışır, anti-Azərbaycan kampaniyasının başında dayanırlar”.
M.Qurbanlının sözlərinə görə, Almaniyanın ombudsmanı M.Löninq ölkəsində milli azlıqlara qarşı törədilən cinayətlərlə bağlı səsini qaldırsaydı, onun ədalətli olduğunu demək olardı. “Amma Almaniyada neofaşistlər müsəlmanlara, türklərə, ərəblərə qarşı dəfələrlə cinayətlər törədiblər, ailələri yandırıblar. Amma biz nə “yaşılların”, nə M.Löninqin bu barədə fikirlərini eşitməmişik. Eləcə də, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı ilə bağlı onlardan ədalətli mövqe görməmişik. Biz YAP olaraq Xocalı soyqırımı ilə bağlı dəfələrlə tədbirlər keçirmişik və bu tədbirlərə səfirləri dəvət etmişik. Amma Almaniyanın səfiri bu tədbirlərdə bir dəfə də iştirak etməyib. Əgər səfir insan hüquqlarına biganə deyilsə, onda  insanlığa qarşı törədilmiş bu hadisəyə niyə laqeyd yanaşır?” - deyə, YAP İcra katibinin müavini vurğulayıb. Millət vəkilinin fikrincə, Almaniyada bəzi dairələr başqa ölkələrə qarşı “mənəvi jandarm” rolunu oynamaq istəyirlər: “Alman xalqının özü belələrini rədd edəcək”.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 881 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30