Bu, həmin Xankəndidir!
08.02.2024 [10:15]
Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndinə qanunsuz səfərində “Qarabağ - Ermənistandır və nöqtə” deməyindən heç beş il keçməyib. Səmimi etiraf edim ki, o vaxt yerli mətbuatdan oxuduğum bu sözlər hər bir azərbaycanlı kimi məni də sonsuz hiddətləndirmiş, gələcəyə olan ümidlərimi qısa zamanlıq da olsa, azaltmağı bacarmışdı.
Çox keçmədi ki, tarix dəyişdi, hadisələr başqa istiqamətdə irəliləməyə başladı və indi mən həmin o mətbuatdan tamamilə başqa bir cümlə oxuyuram: “Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər”.
Bəli, bu, həmin o Xankəndidir. Düşmənin öyündüyü, illərlə əsir etdiyi, xalqımızın və Müzəffər Ali Baş Komandanımızın bir an belə olsun əl üzmədiyi Xankəndi...
O Xankəndi ki, 2020-ci ilin noyabrında 44 günlük Vətən müharibəsində kapitulyasiya aktı imzalanarkən qazandığımız böyük Zəfərə kölgə salmaq istəyənlərin əlində bayrağa çevrilmişdi: “bəs Xankəndi?” Təəssüf ki, bu sual təkcə qələbəmizi gözdən, dəyərdən salmaq istəyənlərin deyil, onların əsl niyyətlərini anlamayan bəzi saf, sadə vətəndaşlarımızın da dilində səslənirdi, ağlını bulandırırdı.
Yadıma gəlir, müharibə yenicə bitmişdi. Təbii ki, hər kəs kimi bizim də sözümüz, söhbətimiz müharibə, Qarabağ, zəfər və şəhidlərimiz idi. Tanışlarımdan biri söhbətin şirin yerində dərindən bir ah çəkib dedi: “Nə olsun e, bu qədər qurban verdik, amma yenə də işimiz yarımçıq qaldı, Xankəndinə, Xocalıya girmədik. Bəs onlar necə olsun? Belə qələbə olar?” Bu sual məni təəccübləndirməmişdi. Çünki demək olar ki, tez-tez eşidirdik bu cür giley-güzarları. Təhərimi pozmadan demişdim: “Onun da zamanı var!”
2021-ci ilin yayında Şuşa səfərimiz zamanı Şuşa həbsxanasını ziyarət edərkən oradakı hərbçilərimizdən Xankəndini xəbər almışdıq. O da bizi bir uçurumun başına gətirib əlini aşağıya doğru uzatmışdı: “Odeee, aşağıdakı o işığı görürsünüz? Bax, ora Xankəndidir. O gedən yük avtomobili də onlarındır, Xankəndiyə gedir”.
Sonra isə əlini yuxarı qaldırıb həmin yerin üstündəki bir postu göstərmişdi: “Baxın, onların başının üstündəki post isə bizimdir. Orada bizim hərbçilərimiz var”.
Gözlərimizi dörd açıb, acgözlüklə göstərdiyi yerlərə baxırdıq. Xankəndini- qədim yurdumuzu, düşmənin lovğalandığı, əlində silaha çevirdiyi o başıbəlalı torpağımızı görməyi o qədər çox istəyirdim ki. Onun Şuşadan bu qədər aşağıda yerləşməsi isə, düzü, məni çox
təəccübləndirmişdi. Baxmayaraq ki, uşaq vaxtı Şuşaya bir neçə dəfə səfər etmiş anam elə hər dəfə deyirdi: “Şuşadan baxanda Xankəndi çox aşağıdadır”. Mən də indi buraları seyr edərkən orada yaşayan erməniləri, keçib gedən erməni yük maşınını nəzərdə tutub ixtiyarsızca dilimdən bu sözlər süzülmüşdü: “Ayağımızın altındadırlar ki...”
Sonra isə olduğumuz yerdən bir azca aşağıdakı tanka ilişmişdi gözlərim: “Bu tank kimindir?” Hərbçimizin üzündə güllər açdı sanki: “Mənimdir, hər gün təmizləyib saxlayıram, İnşallah, işimizi başa çatdıranda lazım olacaq”-deyib Xankəndinə tərəf baxmışdı.
Əgər həmin günə qədər mənim də qəlbimdə zərrə də olsa şübhə vardısa, məhz o gün, o anda bu şübhə də yerli-dibli silindi və mən heç nəyə inanmadığım qədər inanırdım ki, çox keçməz Xankəndinə də bu cür qayıdarıq!
Bu gün səhər tezdən Prezident İlham Əliyev və ailəsinin Xankəndidə səs vermək xəbərini oxuyub, həmin görüntüləri izləyərkən, o hərbçimizin üzü canlandı gözüm önündə: “işinizi nə gözəl başa çatdırmısınız, qəhrəmanım!”
Vətən müharibəsindən düz üç il sonra, 2023-cü ilin sentyabrında cəmi bir günün içində, hətta ondan da az zamanda məğrur Azərbaycan ordusu Xankəndini, Xocalını, işğalda qalan bütün o gözəl torpaqlarımızı düşməndən azad etdi, Azərbaycanın suverenliyini əbədi bərpa etdi. Hətta cəmi iki ay sonra- noyabr ayında Xankəndində “Zəfər paradı” keçirildi və Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev illərdən bəri çoxlarının düşüncələrini məşğul edən bütün o suallara aydınlıq gətirdi: “Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər - sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün”.
Bəli, qarşı tərəfin baş nazirinin Xankəndidəki o təkəbbür dolu açıqlamasından cəmi 4 il keçmişdi. Bütün tarixi, bütün keçmişi və gələcəyi dəyişdirən, çox şeyi anladan 4 il...
Bu gün isə ölkəmizdə ən əlamətdar, ən önəmli tarixi hadisələrdən biri yaşanır: suveren Azərbaycanımızda ilk prezident seçkiləri keçirilir. Dörd il öncə Paşinyanın qanunsuzca ayaq basdığı torpaqlar bu gün öz qanuni prezidentini seçir, sonsuz qürur və sevinclə...
Qalib Prezidentimiz, məğrur Ali Baş Komandanımızın Xankəndi şəhərində bütün dünyaya meydan oxuyan dimdik duruşu, sevinc və fərəh dolu təbəssümü ilə seçki qutusuna bülleteni atdığı görüntülər isə dosta bayram, düşmənə ölüm oldu.
Düzdür, mən bu sətirləri yazarkən hələ seçki davam edir, nəticələr açıqlanmayıb, amma bütün hallarda böyük əminlik və bütün məsuliyyətimlə deyə bilərəm ki, bu gün seçkilərin azad Qarabağımızda keçirilməsi, cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xankəndində səs verməsi hər zaman xalqına güvənən, 20 illik hakimiyyəti boyunca xalqına verdiyi bütün vədləri ən layiqli şəkildə yerinə yetirən Ali Baş Komandanın və Azərbaycan xalqının ən böyük tarixi qələbəsidir!
Artıq dünya da əmin oldu ki,
“Qarabağ Azərbaycandır və nida!”
Şahanə Müşfiq
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

