Rusiyaya sadiqlik, yoxsa Avropa İttifaqına üzvlük?
08.03.2024 [10:25]
İrəvanın Aİ üzvlüyünə namizəd olmaq istəyi bu ölkəyə müsbət heç nə vəd etmir
Ermənistan Rusiyanı Qərblə əvəzləmək istiqamətində növbəti addım atır. Bu dəfə Paşinyan hakimiyyəti ölkənin Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirib. Nə qədər gülünc görünsə də, parlamentin spikeri Alen Simonyan Ermənistanın Avropa İttifaqının üzvlüyünə namizədliyi üçün hazır olduğunu deyib: “Biz mütləq hazırıq və təhlükəsizliyimizi maksimum təmin edəcək istiqamətdə hərəkət edəcəyik”. Onun sözlərinə görə, bu məsələdə tələsməyə ehtiyac yoxdur, çünki dövlət məsələsində tələsik addımlar atmaq olmaz.
Məsələ ilə bağlı “Past” nəşri yazıb ki, Simonyanın belə bir açıqlaması sırf baxış bucağından daha çox anons xarakteri daşıyırdı: “Məsələ burasındadır ki, rəsmi mənbələrimizin məlumatına görə, Nikol Paşinyan qərar qəbul etdiyini və yaxın günlərdə, ən çoxu bir ay ərzində Ermənistanın Avropa İttifaqına üzvlük üçün namizəd olmaq ərizəsi təqdim edəcəyini öz partiya “elitası”na bildirib. Etibarlı məlumatımıza görə, hakim partiyanın deputatları arasında qarşı çıxanlar da olub və onlar bu addımın mümkün təhlükələrini qeyd ediblər. Nikol Paşinyan isə qeyd edib ki, nə olacaqsa olacaq, Rusiyadan heç bir ümid və ya gözlənti yoxdur və Qərb təhlükəsizlik zəmanəti verə bilər”.
Bundan başqa, Ermənistan parlamentinin hakim partiyadan olan deputatları Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə qapalı görüş keçiriblər. “Hraparak” qəzetinin yazdığına görə, görüşdə Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizədlik ilə bağlı müzakirələr aparılıb. Deputatlar Aİ üzvlüyünə namizəd olmaq üçün müraciət zamanı gözlənilən həm təhlükələri, həm də imtiyazları, eləcə də digər təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi ediblər.
İclasın əvvəlində maliyyə nazirinin müavinlərindən biri deputatlara Ermənistanın Rusiyadan iqtisadi asılılığı ilə bağlı geniş məruzə təqdim edib və ölkənin Rusiyadan Avropaya keçid nəticəsində hansı iqtisadi risklərlə üzləşəcəyi, yəni xarici siyasət kursunun dəyişməsi nəticəsində yaranacaq iqtisadi risklər dəyərləndirilib.
A.Qriqoryan da Ermənistanın Rusiyadan asılı olduğunu etiraf edib və kəskin addımlar atılacağını, nəticədə həm Yuxarı Lars yolunun bağlana biləcəyini, həm də ciddi təhlükəsizlik təhdidləri yaranacağını deyib. Qərbin Ermənistanın problemlərini “şaxələndirməyə” hazır olub-olmaması ilə bağlı suala cavabında Qriqoryan bildirib ki, onlar belə hazırlıq olduqlarını bildirməyiblər. Nəşr yazır ki, A.Qriqoryan hakim komandanı Avropa İttifaqına üzvlük üçün müraciət edilməsinə inandıra bilməyib, pessimist cavablarla onlarda şübhə yaradıb.
Qriqoryan, həmçinin yaxın vaxtlarda KTMT-dən çıxmaq və Rusiyaya qarşı başqa addımlar atmağı planlaşdırmadıqlarını bildirsə də, Ermənistan hakimiyyətinin Rusiya əleyhinə bəyanatlarının öz nəticəsini verdiyini qeyd edib. Məsələn, Lavrov Ararat Mirzoyana zəng vurub, “onlar regional məsələləri müzakirə ediblər”.
“Joğovurd” qəzetində dərc edilən məqalədə isə bildirilib ki, baş nazir Nikol Paşinyan və nazirlər yenidən parlamentə hakim qanadın deputatları ilə qapalı görüş keçirəcəklər. Gündəm mövzusu yenə Avropa İttifaqına üzvlüyə namizəd olmaq məsələsidir. Qeyd olunur ki, Aİ üzvlüyünə namizədlik prosesinin əsas kuratoru Təhlükəsizlik Şurasının katibi olacaq. Nəşrin mənbələrinin dediyinə görə, Nikol Paşinyan bu məsələni çox tez bitirmək niyyətindədir, ona görə də Ermənistanın qısa müddət ərzində Avropa İttifaqına üzvlüyə namizəd olmaq üçün ərizə verəcəyi istisna edilmir.
Rusiya XİN Ermənistan hakimiyyətinin davranışlarının “dost erməni xalqının maraqlarına cavab vermədiyini” bəyan edib. Xarici işlər naziri Sergey Lavrov İrəvandan gələn bəyanatların ikitərəfli münasibətlərə yenidən baxılmasına səbəb ola biləcəyini deyib. Müxalifət isə hakimiyyətin Rusiyadan, KTMT-dən üz çevirərək Qərbə yönəlməsini Ermənistan üçün yaxşı heç nə vəd etmədiyini düşünür. Ermənistanın sabiq prezidenti Robert Koçaryanın müxalif “Ermənistan” parlament fraksiyasının katibi Artsvik Minasyan jurnalistlər üçün təşkil olunan brifinqdə deyib ki, hakimiyyətin Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı siyasəti respublikanın təhlükəsizlik sisteminin sıradan çıxmasına və fəlakətə gətirib çıxaracaq. “Ermənistanın təhlükəsizliyi elə bir vəziyyətdədir ki, hər an bütün tərəflərdən bizə hücum edilə bilər. Onlar bizim müttəfiqimizi düşmənə çevirdilər. Bu, rüsvayçılıqdır”, - deyə Artsvik Minasyan bildirib. Onun sözlərinə görə, İrəvan mövcud təhlükəsizlik sistemini daha effektiv etmək üçün yol tapmalı, tərəfdaşlarla “ultimatum dilində” danışmamalıdır.
Bütün bunlar son vaxtlar Ermənistan hakimiyyətinin Rusiya ilə bağlı tənqidi bəyanatlarının sayının artması ilə əlaqədardır. Xatırladaq ki, baş nazir Nikol Paşinyan Minskdə keçirilən KTMT sammitində iştirak etməyib və respublikanın həmin təşkilatda iştirakını dayandırdığını açıqlayıb. Bir müddət əvvəl isə Rusiya sərhədçilərinin İrəvan aeroportundan çıxarılması məsələsi gündəmə gəlib. Belə bir şəraitdə rəsmi İrəvanın Avropa İttifaqına üzvlüyünə namizəd olmaq üçün müraciət etməyə hazırlaşması tərəflər arasında gərginliyi daha da artırır.
NARDAR
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

