"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 39-cu cildi çapdan çıxıb
03.07.2012 [22:03]
Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
çoxcildliyin 39-ci cildində Ulu öndər Heydər Əliyevin respublikamızın sürətli iqtisadi tərəqqisi və yüksəlişi, xalqımızın rifahının yaxşılaşdırılması naminə keçirdiyi görüşlərdə səsləndirdiyi fikir və tövsiyələr öz əksini tapıb. Kitabda ümummilli lider Heydər Əliyevin “Xəzərneftqaz-2002” IX Beynəlxalq sərgi-konfransdakı nitqi, Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşü, ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan diasporunun nümayəndələri ilə danışıqları, həmçinin Dağlıq Qarabağ, Xəzər dənizinin statusu məsələlərinə aid ölkəmizin prinsipial mövqeyini əks etdirən sənədlər yer alıb.
Kitabda ümummilli lider Heydər Əliyevin Naxçıvana səfəri zamanı “N” saylı hərbi hissənin şəxsi heyəti və şəhər sakinləri ilə görüşləri, Olimpiya İdman Kompleksinin, Bəhruz Kəngərli muzeyinin açılış mərasimlərindəki, Naxçıvan MR-nın Ali Məclisindəki nitq və çıxışları da öz əksini tapıb.
Bu cilddə, həmçinin Ulu öndər Heydər Əliyevin İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 10 illiyi ilə əlaqədar bu quruma üzv ölkələrin dövlət başçılarının zirvə görüşündə dövlət və hökumət nümayəndələri ilə apardığı danışıqları, bəyanat və müsahibələri, Türkiyə Prezidenti Əhməd Necdət Sezərlə, İstanbul, Ankara və Qarsda nüfuzlu dairələrin nümayəndələri ilə görüşlərindəki nitqləri, rəmzi olaraq “üç dənizin əfsanəsi” (Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi) adlandırılan konfransdakı çıxışı və ayrı-ayrı dövlət və hökumət başçılarına ünvanladığı məktublar toplanıb.
Əvvəlki cildlərdə olduğu kimi, 39-ci cilddə də ümummilli lider Heydər Əliyevin keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı prinsipial mövqeyinə dair materiallar kitabda yer alıb.
Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar, məktublar, məruzələr 2002-ci ilin iyunundan iyulunadək olan dövrü əhatə edir.
“Azərnəşr” tərəfindən çap olunan çoxcildliyin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə edilib.
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35

