Növbəti epidemiya gəlir?
12.07.2024 [10:55]
Denqe: Sümük sınığı qızdırması...
Yeganə BAYRAMOVA
Hələ mart ayından etibarən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Denqe” adlı təhlükəli virusun ölümcül olduğuna dair xəbərdarlıq etmişdi. Təşkilatın məlumatında qeyd olunub ki, bu xəstəlik son illər dünya səviyyəsində ciddi dərəcədə artmaqdadır. Belə ki, ÜST 2000-ci ildə 505 min civarında olan yoluxmanın, 2019-cu ildə 5,2 milyona yüksəldiyini qeyd edib.
Ötən ay ABŞ səhiyyə rəsmiləri (CDC) 2024-cü il yanvarın 1-dən iyunun 24-dək Amerika qitəsindəki ölkələrdə 9,7 milyondan çox denqe xəstəliyinə yoluxma hallarının olduğunu bildiriblər. Bu rəqəm 2023-cü illə müqayisədə iki dəfə çoxdur.
Denqe xəstəliyi nədir?
Denqe qızdırması (sümük sınığı qızdırması) ağcaqanadlardan insanlara yayılan viral infeksiyadır. Ən bariz simptomlara yüksək hərarət, baş ağrısı, bədən ağrıları, ürəkbulanma və dəri töküntüsü daxildir. Xəstəlik ağır hallarda ölümcül olur. Xüsusilə, bədəndə səbəb olduğu ağrı sınıq sümük ağrısına bənzədiyi üçün buna sümük sınığı qızdırması da deyilir.
Bu ölkələr risk altındadır...
Bəzi hesabatlar göstərir ki, hazırda 4 milyarda yaxın insan risk altındadır və onların arasında qlobal xəstəlik yükünün təxminən 70%-ini daşıyan Asiya ölkələri, eləcə də tropik və subtropik regionlar digər yerlərə nisbətən profilaktikaya daha çox ehtiyac duyurlar.
Artıq İranın 7 əyalətində, o cümlədən Hörmüzqan, Sistan-Bəlucistan, Buşehr, Xuzistan, Gilan, Mazandaran və Gülüstanda denqe qızdırması yayılıb. İranın Səhiyyə Nazirliyi “Denqe qızdırması” ilə bağlı həyəcan təbili çalıb.
COVİD-19 epidemiyasından sonra qonşu ölkədə “Denqe qızdırması” mövzusunda konfransın keçirilməsi və medianın diqqətini bu xəstəliyə cəlb etmək qərara alınıb. Hazırda İranda xəstəliyə 146 müsbət yoluxma faktı müəyyən edilib.
“Aedes” və zebra ağcaqanadı...
Yayılmaqda olan xəstəlik İrana Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) İrana daxil olub. İran Səhiyyə Nazirliyinin məlumatına görə, xəstələrin əksəriyyəti BƏƏ-yə, yeddisi isə Pakistan, Omana və Beninə səyahət edib. Məlumata görə, xəstəlik “Aedes” və ya zebra ağcaqanadı dişləmələrindən yaranır.
Azərbaycanda vəziyyət necədir?
Mövzu barədə “Yeni Azərbaycana” açıqlama verən infeksionist Mərdan Əliyev bildirib ki, ağcaqanadların dişləməsilə bəzi xəstəliklər keçir: “Malyariya, denqe qızdırması, sarı qızdırma, yapon ensefaliti kimi xəstəlikləri qeyd edə bilərik. Amma hepatitlər və QİÇS virusu ağcaqanadların dişləməsi vasitəsilə keçmir, çünki onlar ağız suyu, tər, göz yaşında olmur. Düzdü ağcaqanadın göz yaşı və təri olmur, amma ağız suyu var. Və o ikinci dəfə dişləyəndə birinci ağız suyu buraxır. Ağcaqanadın xortumunda belə bir xüsusiyyət də var ki, əvvəl sorduğu qan klapanla bağlanır və ikinci dəfə geri qayıtmır, yəni ağcaqanad udduğunu qusa bilmir. Malyariya, denqe qızdırması, sarı qızdırma, yapon ensefaliti kimi infeksiyalar isə ağız suyunda da yaşadığı üçün ağcaqanadla ötürülə bilir. Ölkəmizdə malyariya halları qeyd olunsa da, digər infeksiyalar qeyd olunmayıb. Amma Afrika kimi ölkələrə kiminsə yolu düşərsə, o zaman sarı qızdırmaya görə peyvənd olunmaq məsləhətdir”.
Ağcaqanadların çoxalması əngəllənməlidir...
Həkim qeyd edib ki, Denqe xəstəliyinin yaranmasına səbəb olan Aedes ağcaqanadının ömrü bir həftədən dörd həftəyə qədərdir: “Müvafiq olaraq, bu ağcaqanadların çoxalmasının qarşısını almaq infeksiya riskini azalda bilər. Yetkin ağcaqanadlar həyatları boyu hər 1-2 saatda 1 dəfə, orta hesabla isə gün ərzində 40-50 dəfə qan yeməyi qəbul edirlər və xəstəlik ötürə bilirlər.
Aedes ağcaqanadlarının yumurta qoyması və çoxalması üçün ideal mühit isti və rütubətli yerlərdir və buna uyğun olaraq isti hava və yağışın çox olduğu Afrika və Asiya ölkələri patogen ağcaqanadların çoxalmasına meyllidirlər”.
Bu simptomlar da var...
İnfeksionist “Denqe qızdırması”nın digər növləri və simptomlarından da söz açıb: “Yüksək hərarət, yorğunluq, əzələ ağrısı, baş ağrısı, mədə ağrısı, ishal, qusma və dəri tökülməsi xəstəliyin sipmtomlarıdır. Xəstəlik, həmçinin selikli qanaxma və tənəffüs çatışmazlığı kimi ciddi sağlamlıq problemlərinə səbəb olur”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21

