İctimai nəqliyyatda səhhəti pisləşənlər...
18.07.2024 [11:06]
Metroda niyə tibb məntəqəsi yoxdur?
İsti havalarda ictimai nəqliyyatda, xüsusilə metrolarda sıxlığın yaşanması bir sıra neqativ hallara yol açır ki, onlardan biri də sərnişinlərin səhhətinin pisləşməsi hallarıdır. Nəzərə alsaq ki, insanın orqanizmi üçün ən komfortlu temperatur 20-24 C sayılır, yayda bu göstəricinin artması, xüsusilə də yüksək rəqəmlərə çatması sağlamlıq üçün ciddi risk faktoru yaradır. Məlumdur ki, isti havalarda insan orqanizmi tərləmə ilə əlaqədar çox miqdarda su, duz və minerallar itirir. Bunun isə ürək-damar sisteminə mənfi təsirləri yaranır.
İstidə damarlar genişlənir, ürək döyüntüsü artır, qan qatılaşır, damarlarda tromblar əmələ gələ bilər - bütün bunlar da ürək tutması, insult və infarktın riskini xeyli artırır. Bu mənada, kəskin istilər zamanı metro və avtobuslarda, insanların sıxlıq təşkil etdiyi ictimai nəqliyyatlarda ürəkgetmə, səhhətin pisləşməsi, hətta infarkt halları ilə tez-tez qarşılaşırıq.
Nəzərə alsaq ki, paytaxt Bakının sakinlərinin böyük əksəriyyəti Bakı Metropoliteninin xidmətindən istifadə edir, məsələ bu ququm üçün də aktuallıq daşıyır. Metrolarda təcili tibbi yardım göstərilməsi üçün mövcud şəraitin olmaması isə belə hallarda çətinliklər yaradır. Vətəndaşlar halı pisləşən şəxslərin həyatını xilas etmək üçün ilk müdaxilənin vacib olduğunu, bunun üçün metrolarda tibb məntəqlərinin mövcudluğunu zəruri hesab edirlər. Bəs bununla bağlı aidiyyatı qurumlar nə düşünür?
Metropolitenin fəaliyyəti sərnişindaşımadır...
Sualımızı cavablandıran “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, ilkin tibbi yardımla bağlı metropoliten işçiləri məlumatlandırılır, bu cür məsələlər müzakirə edilir. Lakin “Bakı Metropoliteni” sərnişindaşıma fəaliyyəti ilə məşğuldur: “Metronun tibblə bağlı hər-hansı bir səlahiyyəti yoxdur. Tibb məntəqələri, tibb işçiləri isə səhiyyə sahəsinə aiddir. “Bakı Metropoliteni” QSC bu gün səhiyyə qurumları, xüsusilə də Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi ilə birgə operativ, sürətli iş qurub deyə, buna həm zərurət yoxdur, həm də bu məsələ dövrü olaraq iki qurum arasında müzakirə olunur. Stansiyaların birində hadisə baş verdikdə operativ şəkildə təcili tibbi yardım xidmətinə müraciət edilir, operativ əlaqələrin optimal şəkildə qurulması nəticəsində stansiyaların birindən müraciət daxil olubsa təcili yardım göndərilir”.
Qurum rəsmisi qeyd edib ki, indiyə kimi bu məsələ ilə bağlı heç bir problem yaşanmayıb: “Əgər ehtiyac yaranarsa, metropoliten lazım olan bütün şəraiti yaradacaq”.
Sıxlığı nəzarət altında saxlamağa çalışırıq...
B.Məmmədov qatarlar arasında dəqiqə intervalı ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, tədris mövsümünə görə metroda 2 dəqiqəlik interval tətbiq olunurdu: “Tədris mövsümünün bitməsi ilə əlaqədar interval artırılıb. Bu sərnişin axınını tənzimləmək məqsədilə atılan addımdır. İntervalın əvvəlki qaydada saxlanılması sərnişin axınının tənzimlənməsində bir sıra problemlər yaradardı. Səhər saatlarında 08:20 və 08:25 arasında xüsusi sıxlıq yaşanırdı. Həmin müddətdə xətdə olan qatarların manevrindən istifadə etməklə sıxlıq aradan qaldırılmağa çalışılırdı. Bu qrafik isə bizə ehtiyat qatarları lazım vaxtda xəttə buraxmağa imkan yaradır. Çünki 2 dəqiqəlik interval tətbiq olunduqda ehtiyat qatarlardan istifadə edilmir. Bu zaman digər tənzimləmə mexanizmlərinə müraciət etmək olmur. Səhər və axşam saatlarında intervalın artırılması istənilən vaxt ehtiyat qatardan istifadə etməyə şərait yaradır. Metroda insanların sıx olma vaxtları dəyişdiyinə görə ehtiyat qatarlara ehtiyac duyulur. Tənzimləmənin daha çevik mexanizmlərindən istifadə etməklə sıxlığı nəzarət altında saxlamağa çalışırıq.
Payız və qış mövsümündə bu mexanizmdən istifadə etməməyin əsas səbəbi tədris mövsümü və insanların işə getməsi ilə əlaqədardır. Həmin dövrdə saat 10-a qədər olan vaxt ən sıx vaxtdır. Həmin vaxtda maksimal sıxlıq vaxtı təyin olunur və yanlız xətdə olan qatarların manevrindən istifadə etmək olur. Hər hansısa bir ehtiyat qatar xəttə buraxılmır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

