AQTA xəbərdarlıq edib
16.08.2024 [17:16]
Son vaxtlar ictimai iaşə müəssisələrində, xüsusilə də ev şəraitində hazırlanan qida məhsullarının kütləvi tədbirlərdə, o cümlədən şənlik və yas mərasimlərində istehlak edilməsı nəticəsində zəhərlənmə hallarına rast gəlinir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar zamanı bir sıra ictimai iaşə müəssisələrində keçirilən müxtəlif tədbirlərdə qida təhlükəsizliyi ilə bağlı tələblərin pozulması hallarına yol verildiyi aşkarlanır. Həmçinin araşdırmalar zamanı ictimai iaşə müəssisələrinin sahibləri tərəfindən həmin obyektlərin məclis sahiblərinə gündəlik əsaslarla icarəyə verilməsi halları müəyyən olunur. Təbii ki, belə hallar ictimai iaşə müəssisələrinin rəhbərlərini baş verən hadisələrlə bağlı məsuliyyətdən azad etmir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bəzi hallarda icarəyə götürülmüş ictimai iaşə müəssisələrində verilən qidalar məclis sahibləri tərəfindən evdə heç bir gigiyenik tələblərə əməl olunmadan hazırlanaraq temperatur rejimi və sanitar-gigiyenik daşıma qaydaları gözlənilmədən həmin müəssisələrə gətirilərək qonaqlara təqdim edilir və həmin hallar kütləvi qida zəhərlənmələrinin baş verməsinə zəmin yaradır. Əksər hallarda ev şəraitində hazırlanan müxtəlif turşu, soyuq qəlyanaltı və salatlar, sərinləşdirici içkilər isə heç bir sağlamlıq sənədi olmadan digər yüksək riskli məhsullarla birlikdə kütləvi şəkildə istehlakçı süfrəsinə təqdim edilir.
Ona görə də milli adət-ənənələrə ehtiram və xüsusi həssaslıq göstərməklə yanaşı, həmin tədbir iştirakçılarının həyat və sağlamlığı nəzərə alınmalı, bu sahədə mövcud qanunvericiliyin tələb və qaydalarına əməl olunmasının həyati əhəmiyyəti diqqət mərkəzində saxlanılmalıdır.
Agentlik bir daha ictimai iaşə müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edərək onları bu cür qanunsuz fəaliyyətdən çəkinməyə çağırır. Bildirilir ki, kütləvi mərasimlərin keçirilməsi zamanı istehlaka təqdim olunan qida məhsulları mütləq şəkildə ictimai iaşə müəssisələrində mövcud norma və tələblərə uyğun şəkildə hazırlanmalı və istehlaka təqdim edilməlidir.
Həmin tələblərin gözlənilmədiyi və qanunsuz fəaliyyətlə bağlı hər hansı fakt aşkarlandığı təqdirdə mərasimin keçirildiyi ictimai iaşə müəssisəsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə sərt tədbirlər görüləcək.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

