Beynəlxalq Yaşlılar Günüdür
21.08.2024 [10:40]
26 il sonra dünyada ən çox hansı yaş qrupu olacaq?
Yeganə BAYRAMOVA
Əhalinin yaşlanması qlobal və irimiqyaslı demoqrafik prosesdir. Təbiidir ki, insanlar qocalır və hər bir dünya ölkəsində yaşlı əhalinin sayı və onların digər yaş qruplarına nisbətdə fərqlilik təşkil edir. Dünyada yaşı 60-dan yuxarı olanların sayı 1980-ci ildən 2017-ci ilə qədər iki dəfə artıb və 962 milyon olub.
İnsanların maksimum nə qədər ömür sürə biləcəkləri daim araşdırma mövzusu olub, hətta bu sahədə müxtəlif polemikalar aparılıb. Bəzi insanlar genetik özəllikləri, həyat tərzləri və s. amillərlə bağlı uzun illər yaşa bilib.
Dünyadakı ən yaşlı insanlar
Dünya ölkələri arasında ən uzun ömür sürən qadınlar Honqkonqda yaşayırlar. Bu ölkədə qadınların orta ömrü 87 ildir. Qadınlar arasında orta ömür uzunluğuna görə sonrakı yerləri 86 illə Yaponiya və San Marino tutur. Fransa, İtaliya, İspaniya və İsveçrədə qadınlar orta hesabla 85 il, Avstraliya, Avstriya, İslandiya, İsrail, Cənubi Koreya, Lüksemburq, Malta, Norveç, Portuqaliya, Sinqapur və İsveçdə 84 il, Belçika, Kanada, Almaniya, Yunanıstan, İrlandiya, Hollandiya, Yeni Zelandiya və Sloveniyada 83 il yaşayırlar.
Ən çox yaşlı insanlar olan ölkə
Kişilərin orta ömrü qadınlara nisbətən 5-6 il qısadır. İsveçrə və İslandiyada kişilər orta hesabla 81 il ömür sürürlər ki, bu da dünyada ən yüksək göstərici sayılır. Sonrakı yerləri 80 il orta ömürlə Avstraliya, Honqkonq, İsrail, İtaliya, Malta, San Marino, Sinqapur və İsveç tutur. Türkiyədə orta ömür qadınlar arasında 78, kişilər arasında 71 ildir. Ən çox yaşlı insanların olduğu ölkə Yaponiyadadır. Bu ölkədə hər dörd nəfərdən biri 65 və daha yuxarı yaşdadır. Almaniya və İtaliyada yaşı 65 və daha yuxarı olan insanlar əhalinin hər yüz nəfərindən 21-ni təşkil edir. Bolqarıstan, Portuqaliya, İsveç və Yunanıstanda bu göstərici yüzdə 19, Finlandiya, Avstriya, Belçika, Estoniya və İspaniyada isə yüzdə 18-dir. Çində hər yüz nəfərdən 9-nun yaşı 65 və daha yuxarıdır. Hindistanda hər yüz nəfərdən cəmi 5-i 65 il və bundan yuxarı ömür sürür.
2050-ci ildə yaşlı əhalinin sayı...
Birləşmiş Millət Təşkilatı (BMT) tərəfindən hazırlanan “Dünya Əhalisinin Gözləntiləri” proqramında maraqlı məqamlar əks olunub. Belə ki, statistik hesablamalara görə, 2050-ci ilə qədər hər 6 nəfərdən birinin 65 və ya daha yuxarı yaşı olacağı və bununla da 2050-ci ilə qədər yaşlı insanların sayının 1,5 milyard olacağı bildirilir. Yaşlı əhali arasında ən böyük artımın 312 milyonla Şərqi və Cənub-Şərqi Asiyada reallaşacağı gözlənilir.
Təxmini hesablamalara əsasən, 2050-ci ildə qlobal miqyasda yaşlı əhalinin təqribən 80 faizi az inkişaf etmiş olacaq. Qeyd edək ki, 2020-ci ildə tarixdə birinci dəfə 60 yaş və daha yuxarı yaşlı insanların sayı 5 yaşadək uşaq sayını üstələyib. 2050-ci ilədək 60 yaşdan yuxarı insanların sayının 5 yaşınadək uşaqların sayından iki dəfədən çox, 15-24 yaşlı yeniyetmə və gənclərdən isə daha çox olacağı təxmin edilir.
Yeri gəlmişkən, avqustun 21-i BMT-nin qərarı ilə Ümumdünya Yaşlılar Günü kimi qeyd olunur. Yaşlı şəxslərin sağlamlığı ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə hər il dünyada bu günü qeyd edirlər. BMT-nin Əhali Fondu əhalinin yaşlı təbəqəsinin rifahının artırılması istiqamətində aidiyyatı hökumət qurumları ilə fəal əməkdaşlıq edirlər.
Xəbər lenti
Hamısına baxDünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09

