Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Salyanda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb

Salyanda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb

03.04.2025 [16:21]

Salyan rayonu, Y.Qasımov küçəsi 3B ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağayev Rüstəm Cavanşir oğluna məxsus “Era” restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama aparılıb.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, baxış zamanı ictimai iaşə müəssisəsinin mətbəx sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin müvafiq geyimlə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və nöqsanlar aradan qaldırılanadək müəssisənin mətbəx sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi barədə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Paylaş:
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30