Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Lökbatan qəsəbəsində reyd zamanı istehlaka yararsız ət aşkarlanıb

Lökbatan qəsəbəsində reyd zamanı istehlaka yararsız ət aşkarlanıb

03.04.2025 [18:21]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fiziki şəxs İsmayılov Gülabba Ələkbər oğluna məxsus 77-AL-754 dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində daşınma zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena tələbləri pozulan 100 kiloqram mənşəyi məlum olmayan ət aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı ətlərin baytarlıq ekspertizasından keçmədiyi, baytarlıq müşayətedici sənədi olmadığı və orqanoleptik göstəricilərinə görə normativ sənədin tələblərinə cavab vermədiyi məlum olub.

Ətlərdən götürülən nümunələrin laborator müayinəsi nəticəsində At DNT-si müəyyən edilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb və ət dövriyyədən çıxarılıb.

Araşdırmalar davam etdirilir.

Paylaş:
Baxılıb: 425 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31