Bəşəri problemlərdən biri
04.04.2025 [08:37]
Hər il 15 milyon insan mina qurbanı olur...
Bütün ölkələrdə postmüharibə dövrünün ən acı reallıqlarından biri məhz mina terrorudur. Bu gün mina problemi qlobal problemlər sırasında yer alır. Təəssüf ki, partlayışın təsirləri dağıdıcıdır və təhlükəsi mövcud olduğu yerdən daha böyük əraziləri əhatə edir. İnsanlar həlak olur, heyvanlarla yanaşı, flora və faunaya, torpağın münbitliyinə, ekosistemə ciddi, dağıdıcı təsir göstərir.
2005-ci ildən etibarən hər il aprelin 4-ü Beynəlxalq Mina Xəbərdarlığı Günü kimi qeyd olunur. Minalar münaqişənin bitməsindən illər sonra da dinc insanlara və iqtisadiyyata zərər verərək təhlükəli vəziyyət yaradır. Bu gün dünyanın 78-dən çox ölkəsi minalarla çirklənib və hər il 15 milyon insan bu partlayıcı qurğuların partlaması nəticəsində ölür və saysız-hesabsız insan şikəst olur. Mina qurbanlarının 80 faizi mülki şəxslərdir, ən çox təsirlənən yaş qrupu isə uşaqlardır.
Partlayışların əksəriyyəti sülh dövründə baş verir. Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası vasitəsilə təşkil olunan bir sıra təşviqat qruplarının təzyiqi ilə 1997-ci ildə Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsinə dair konvensiya imzalanıb. Ottava müqaviləsi adlanan razılaşmaya bu günə qədər 164 dövlət qoşulub.
Mina torpağın altında gizlədilən və piyadalar, nəqliyyat vasitələri və tanklar üzərindən keçdiyi zaman partlayaraq onları öldürmək, sıradan çıxarmaq və ya məhv etmək üçün hazırlanmış partlayıcı qurğudur. Hədəf qurğunun üzərindən keçərkən tipik olaraq təzyiq səbəbindən avtomatik partlayır, bəzən digər partlama üsullarından da istifadə edilir. Hədəflər minanın birbaşa partlamasından, partlayış nəticəsində ətrafa saçılan qəlpələrdən və ya hər ikisindən zərər görə bilərlər.
Hansı minalar var?
Minalar tank və piyada əleyhinə olur, müasir minaların isə müxtəlif növləri mövcuddur. Mürəkkəb quruluşda olan infraqırmızı şüa və ya elektrik siqnalla işə düşən, ağırlığın təsirindən partlayan minalar da var. Mexaniki təsir nəticəsində və ya ağırlıq altında partlayan minaların istehsalı daha ucuz başa gəldiyindən bu tip minalar daha çox yayılıb.
Minaların müxtəlifliyinə rəğmən, tank əleyhinə minaların əksəriyyətini piyada əleyhinə minalardan fərqləndirən əsas cəhət minanı işə sala biləcək çəki, ağırlıq həddidir. Belə ki, piyada əleyhinə mina ayaq altında və ya insan ona toxunarkən partlayırsa, tank əleyhinə minanın işə düşməsi üçün ona təsir göstərən ağırlıq qüvvəsi ən azı 130-150 kilodan çox olmalıdır.
Odur ki, tank əleyhinə minanın dağıdıcı gücü piyada əleyhinə minanın gücünü qat-qat üstələsə də, insan üçün daha təhlükəli məhz sonuncudur. Piyada əleyhinə minaların müəyyən növləri insanı öldürməyə yox, onu məhz şikəst etməyə hesablanıb.
Minalar necə axtarılır?
Torpağa basdırılmış minanı aşkar etmək üçün mina detektorundan istifadə olunur. Həmin detektorlar minanın metal hissəsindən qayıdan elektromaqnit siqnalı tutaraq basdırılmış minanın yerini aşkar edir. Müasir dövrdə minaların ərazidə yerləşdirilməsi mexanikləşdirilmiş qurğu vasitəsilə həyata keçirilir, çox vaxt bu proses hərbi mühəndislər tərəfindən məsafədən idarə olunur.
Metal detektordan istifadə edilə bilmədiyi halda mina axtarışı işində bəzi heyvanların iti iyduyma qabiliyyətindən də istifadə olunur - söhbət ilk növbədə xüsusi təlim keçmiş itlərdən gedir.
Böyük ərazilərdə minaların axtarışı məsafədən idarə olunan və ya robotlaşdırılmış maşınlar vasitəsiylə də aparıla bilər. Lakin bu cür maşınlar minalanmış sahəni təmizləyəndən sonra, sonda həmin ərazi yenə də mütəxəssis - istehkamçı tərəfindən yoxlanmalıdır.
Minaaxtarma işində heyvanlardan - itlərdən və son zamanlarda siçovullardan istifadə olunması təsadüfi deyil. Minalar arasında insan üçün ən təhlükəlisi piyada əleyhinə minalardır, onları isə adi metal detektoru ilə aşkar etmək isə çox çətindir, çünki bu cür minanın gövdəsi plastik materiallardan hazırlanır.
Minanın hazırlandığı material plastik olsa da, bütün minalardakı partlayıcı maddənin tərkibi təxminən eyni kimyəvi maddələrdən ibarətdir. Həmin maddələri iyduyma qabiliyyəti güclü olan xüsusi təlim keçmiş itlərin köməyilə aşkar etmək mümkündür.
1990-cı illərin sonlarından başlayaraq mina axtarışı işində mütəxəssislər siçovulların iyduyma qabiliyyətindən də istifadə etməyə başlayıb. İtlərin istifadəsiyə müqayisədə siçovullardan istifadə daha ucuz, faydalı iş əmsalı isə daha yüksəkdir.
Mina axtarışı işində istifadə olunan siçovullardan heç biri indiyədək zərər çəkməyib. İlk belə təcrübə Tanzaniyada həyata keçirilib və Qambiya siçovullarına mina axtarmaq öyrədilib. Minaları və partlamamış bombaları axtarıb tapmaq bacarığını bu siçovullara Belçikanın Apopo qeyri-hökumət təşkilatı öyrədir.
Təşkilat siçovullara metalı deyil, partlayıcıların içərisindəki kimyəvi birləşmələrin iyini tanımağı öyrədir. Bu, o deməkdir ki, siçovullar metal qırıntılarını iyləməyə vaxt itirmədən kimyəvi partlayıcı maddələri aşkar edir və beləliklə, mina tapmaq prosesi daha sürətli olur. Siçovul partlayıcı tapdıqda, komandada işləyən insanları xəbərdar etmək üçün pəncəsi ilə yer qazmağa başlayır.
Təşkilatın bu sahədə 20 illik təcrübəsi var və məlumata görə, həmin dövr ərzində “bir dənə də olsun siçovul” minadan zərər çəkməyib. İnsan çəkisinə nisbətən siçovulların çəkisinin yüngül olması onları partlayış təhlükəsindən qoruyur. Onların aşkar etdikləri minalar partlamır.
Tennis kortu boyda sahədə basdırılmış minaların aşkar edilməsi üçün minaaxtaran siçovula cəmi yarım saatadək vaxt tələb olunur. Minaaxtaran istehkamçı mütəxəssis üçün bu işi görməyə bir neçə gün vaxt tələb oluna bilər.
Onlarla piyada əleyhinə mina aşkar etmiş minaaxtaran siçovul 2021-ci ildə qızıl medalla təltif olunub. “Magawa” adlı Afrika siçovulu bu mükafata Kambocadakı minalanmış ərazilərin minalardan təmizlənməsi işində iştirakına görə layiq görülüb. “Magawa” 2022-ci ilin yanvarında 8 yaşında vəfat edib. O, 7 yaşında olanda səhərlər yalnız yarım saat işləyirdi. Bu siçovul Tanzaniyada bir illik hazırlıq kursu keçib. Partlama riski olmayan gəmirici karyerası ərzində 70-dək mina və partlamamış hərbi sursat aşkar edib. 2020-ci ilin sentyabrında Britaniyanın PDSA xeyriyyə təşkilatı “Magawa”ya qızıl medal verib.
Qeyd edək ki, 1943-cü ildən bəri PDSA müharibə dövründə şücaət göstərdiklərinə görə fərqlənən heyvanlara və 2002-ci ildən bəri sülh dövründə xüsusi qəhrəmanlıq göstərən heyvanlara mükafatlar təqdim edir. “Magawa” PDSA medalını alan ilk siçovul idi. Əvvəlki qaliblərin hamısı isə itlər olub.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01

