Təbiəti qorumaq uğrunda...
15.04.2025 [10:14]
Bəşəriyyət üçün təhlükəsiz gələcəyin açarı!
15 aprel-Ekoloji Bilik Günüdür
Təbiətə münasibət özünə münasibətdən irəli gəlir. Bizi yaşadana naxələf çıxmaq, özümüzə qarşı bir növ üsyan deməkdir. Bu baxımdan insanla təbiət arasındakı ahəngdar münasibəti qorumaq indiki nəslin qarşısında duran mühüm vəzifələrdən biridir. Ona görə də təbiətin və cəmiyyətin birgə inkişaf prinsipləri üzrə yeni ekoloji təfəkkürün formalaşması geniş ekoloji bilik olmadan mümkün deyil.
Ekoloji biliyə ehtiyac insan həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən doğur. Bu biliyin aktuallığı bəşəriyyətin üzləşdiyi ekoloji problemlərin qlobal xarakter daşıması ilə əlaqədardır. 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin ətraf mühit problemlərinə həsr olunan konfransında bəşəriyyətin davamlı inkişafı üçün ekoloji təhsilin əhəmiyyəti vurğulanıb. Həmin vaxtdan etibarən hər il aprelin 15-i Ekoloji Bilik Günü kimi dünyanın bir çox ölkələrində qeyd olunmağa başlayıb.
Adətən bu gün ətraf mühit problemlərinə diqqəti cəlb etmək, ekoloji təmiz təcrübələri təşviq etmək və təbii həyatı qorumaq üçün maarifləndirməni artırmaq məqsədilə müxtəlif tədbirlərlə qeyd olunur.
Ekoloji təhsil hər kəs üçün hər yerdə lazımdır!
Müasir dünyada ekoloji təhsilin əhəmiyyəti artıq şübhə doğurmur və bir çox ölkələrdə təlim və təhsilin prioritet sahəsidir. Əhali arasında ekoloji mədəniyyətin formalaşdırılması və təbii mühitə hörmətlə bağlı fəaliyyət bütün bəşəriyyət üçün təhlükəsiz gələcəyin açarıdır. Ekoloji təhsil hər kəs üçün hər yerdə lazımdır. Buna təhsil sisteminin bütün pillələrində - məktəbəqədər təhsildən tutmuş doktaranturaya qədər cəmiyyətin bütün yaş kateqoriyalarını əhatə etməklə ekoloji savadlılığı yaymaq, təbiətlə cəmiyyət arasında qarşılıqlı əlaqənin müxtəlif aspektləri haqqında müvafiq biliklər vermək kimi baxılmalıdır.
Uşaqların məsuliyyətli böyüməsini istəyiriksə...
Ekoloji bilik fasiləsizliyi tələb edir və insanın həyatı boyu təlim, tərbiyə və inkişafının bir-biri ilə əlaqəli prosesidir. Ekoloji tərbiyə uşaq doğulduğu andan onun ailəsində başlayır. O, ilk dərslərini valideynlərinin və ona yaxın olan digər insanların davranışlarını, ətrafımızdakı dünyaya münasibətini müşahidə etməklə alır. Uşaqlarımızın məsuliyyətli, yaxşı vətəndaşlar kimi böyüməsini istəyiriksə, onların tam ekoloji tərbiyəsi və təhsili üçün mümkün olan hər şeyi etməliyik.
“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”
Ötən ilin noyabr ayında Azərbaycanın sədrliyi ilə COP 29-un Bakıda keçirilməsi xalqımızın həyatında əlamətdar tarixi hadisəyə çevrildi. Bu möhtəşəm tədbirin paytaxtımızda reallaşdırılması qərarı ciddi siyasi və iqtisadi səbəblərə əsaslanırdı. Xüsusilə, ətraf mühitin mühafizəsi və qlobal ekoloji problemlərin həllində Azərbaycanın milli və beynəlxalq səviyyədə göstərdiyi fəallıq buna şərait yaradan mühüm amillərdən biri olmuşdu. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, Ekoloji Bilik Günü təkcə ekoloji maarifləndirmə ilə məşğul olanlar üçün deyil, həm də planetimizin bütün sakinləri üçün əlamətdardır. Çünki söhbət hamımız üçün gələcəkdə təhlükəsiz həyatdan gedir. Bu gün ekoloji mədəniyyətin aşılanması gələcək nəsillərin sağlamlığının qorunması üçün əsas vasitələrdən biridir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxXəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32

