Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub

20.04.2025 [19:42]

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub. Qərb bölgəsində yaşayan pravoslavlar ötən gecədən başlayaraq məbədə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini qeyd ediblər.

Mərasimlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin və DQİDK Gəncə-Daşkəsən regional bölməsinin nümayəndələri də iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram münasibətilə icra edilən ayinlərdən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pravoslavlara ünvanladığı təbrik məktubu oxunub. Ölkəmizdə daimi sülh, əmin-amanlıq və xoşbəxtliyin hökm sürməsi arzulanıb, şəhidlərin ruhuna dualar edilib.

Daha sonra Pasxa bayramında vacib sayılan bir sıra dini ayinlər yerinə yetirilib, şamlar yandırılıb.

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Nevski Rus Pravoslav Kilsəsinə bayram sovqatı göndərilib.

Paylaş:
Baxılıb: 456 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Kreditlə istirahət

21 İyul 11:55

Ədəbiyyat

Mədəniyyət

Yeni proqram...

21 İyul 10:59

Analitik

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31