Beyin, zəka məhsulu...
26.04.2025 [08:54]
Əqli mülkiyyət bəşəriyyət üçün əvəzolunmaz dəyərdir!
Əqli mülkiyyət dünya ictimaiyyətinin böyük maraq göstərdiyi məsələlərdən biridir. “Bütün incəsənət əsərləri və ixtiralar insan zəkasından yaranır. Bunlar insanın layiqli həyatı üçün təminat mənbəyidir. İncəsənət və ixtiraların bütün növlərinin etibarlı qorunması dövlətin borcudur”. Doktor Arpad Boqşa məxsus olan bu əhəmiyyətli sözlər BMT-nin xüsusi təşkilatı olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Cenevrədə yerləşən mənzil-qərargahının günbəzində yazılıb. Yazı mahiyyətcə və fəlsəfi baxımdan parlaq və anlaşıqlı şəkildə əqli mülkiyyətin müasir dünyada rol və əhəmiyyətini təsvir edir.
“Biliklər dövranı”
Əqli mülkiyyət biliklərlə sıx təmasdadır: biliklərdən əmələ gəlir və bilik mənbəyinə çevrilir. Daha dəqiq desək, əqli mülkiyyət biliklər dövranının eyni zamanda xammalıdır və onun məhsuludur. “Biliklər dövranı” maraqlı prosesdir və burada başlıca məqam insanın əqli fəaliyyətidir. Bu fəaliyyətin nəticələri beyin, zəka məhsulu olduğuna görə, ideal xarakter daşıyırlar.
Yeri gəlmişkən, bu gün dünya ölkələrində “Beynəlxalq əqli mülkiyyət günü” kimi qeyd edilir. Əqli mülkiyyətin qorunması və bunun üçün qanuni bazanın yaradılması cəmiyyətin zəruri sosial tələbi olub, qədim tarixə malikdir. Bu əlamətdar günlə bağlı keçirilən tədbir, görüş, dəyirmi masa, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyətin, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək verməkdir. Hələ qədim dövrlərdən yazıçı və şairlər öz əsərlərinin başqası tərəfindən mənimsənilməsinin qarşısını almağın yollarını axtarırdılar. Bəşəriyyətin sonrakı inkişaf mərhələlərində baş vermiş bütün innovativ yeniliklər, ideya, ixtira və kəşflər də yaradıcı əməyin məhsulu kimi intellekt sahibinin adına nüfuz gətirib.
Beynəlxalq aləmdə ölkələrin sosial-iqtisadi inkişafına əqli mülkiyyət məhsullarının müsbət təsiri son qloballaşma dövründə daha da artmaqdadır. Artıq dünyada baş verən proseslər dövlətlərin əqli mülkiyyətlə bağlı məsələlərə xüsusi diqqət yetirməsinə səbəb olub. Bu baxımdan hər bir ölkədə əqli mülkiyyəti qorumaq, müdafiə etmək və ümumiyyətlə əqli mülkiyyət hüquqlarını idarə etmək məqsədi ilə hüquqi alətlər, vasitələr yaradılır, bu sahədə davamlı tədbirlər görülür.
Azərbaycan da əqli mülkiyyət hüquqlarına önəm verən ölkələrdən biridir. Dövlət başçısının göstərişi ilə şəffaflığın, səmərəliliyin və cavabdehliyin təmin olunması məqsədilə Əqli Mülkiyyət Agentliyi yaradılıb. Onun mandatı həm müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsini, həm də sənaye mülkiyyəti sahəsini əhatə edir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

