Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qubada vaxtından əvvəl doğulan üçəmlərin həyatı xilas olunub

Qubada vaxtından əvvəl doğulan üçəmlərin həyatı xilas olunub

08.05.2025 [12:12]

Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Regional Perinatal Mərkəzində riskli hamiləlik keçirən ananın üçəmləri dünyaya gəlib. Həkimlərin intensiv müalicə tədbirləri nəticəsində ananın və yenidoğulmuşların həyatı üçün təhlükə aradan qalxıb.

TƏBİB-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 12 ildən sonra riskli hamiləlik dövrü keçirən 1996-cı il təvəllüdlü Quba rayon sakini aprelin 22-də hamiləliyinin 35–36-cı həftəsində Quba Regional Perinatal Mərkəzinə hospitalizasiya olunub.

İcra olunan qeysəriyyə kəsiyi əməliyyatı nəticəsində ananın ilk hamiləliyindən 3 körpə (kişi cinsli) dünyaya gəlib. Üçəmlər doğulduğu zaman vəziyyətləri ağır qiymətləndirilib. İkisi 2 kiloqram, biri isə 1 kiloqram 800 qram çəkidə doğulan körpələr küvəz rejimində uzun müddət tənəffüs dəstəyi ilə təmin ediliblər.

Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsində körpələr 14 gün ərzində stasionar müalicəyə cəlb olunublar.

Zəruri müayinə və müalicə prosesindən sonra üçəmlərin və ananın vəziyyəti stabil qiymətləndirilib, ötən gün sağlam şəkildə evə buraxılıblar.

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31