Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Milli Hidrometeorologiya Xidmət: Çaylarda sululuq artıb

Milli Hidrometeorologiya Xidmət: Çaylarda sululuq artıb

12.05.2025 [09:51]

Avtomat hidroloji stansiyaların mayın 12-si saat 9:00-a olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Böyük Qafqaz ərazisindən axan Katexçay və Vəlvələçayda 2 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 5 sm, Quruçayda 4 sm, Zabuxçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Salyanda 9 sm, Kür-Şirvanda 4 sm, Kür-Bankədə isə 2 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 547 m3/san olmaqla normanın 73%-ni təşkil edir.

Paylaş:
Baxılıb: 243 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30