Daha sabit və ədalətli cəmiyyət!
10.07.2025 [08:11]
Hüquq sağlam və güclü demokratiyanın təməlidir...
Tarix boyu insanlar sosial, iqtisadi, siyasi və hüquqi sahələrdə bərabərlik uğrunda mübarizə aparıb. Nəticədə, bir çox dövlətin qanunvericiliyində bu prinsip əsas hüquqlardan biri kimi təsbit olunub. Belə ki, irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanlar bərabər hüquqlara sahibdir.
Bu gün bütün dünyada Dünya Hüquq Günü kimi qeyd olunur. 10 iyul tarixinə qədər “Hüquq yolu ilə dünya sülhü” adlı 2 beynəlxalq konfrans keçirilsə də, 1967-ci ildə Cenevrədə keçirilən 3-cü konfransdan başlayaraq, hər il 10 İyul Dünya Hüquq Gününun qeyd edilməsi qərara alınır.
Demokratik cəmiyyətdə insana qayğı yüksək və ali məqsəd sayılır. Bu baxımdan da müvafiq olaraq insan hüquqları və azadlıqlarının konstitusiyada və qanunlarda təsbit və təsdiq edilməsi dövlət idarəçiliyinin əsas məqsədi kimi çıxış edir.
Müasir dünyada inkişaf etmiş demokratik dövlətlər öz ölkəsində insan hüquqlarının təmin edilməsi ilə yanaşı, başqa ölkələrdə də onların qorunmasına, demokratik cəmiyyət quruculuğuna yardım etməyə çalışırlar. Hələ 1941-ci ilin yanvar ayında ABŞ prezidenti Franklin Ruzvelt özünün Konqresə göndərdiyi müraciətində Amerika milləti qarşısında duran yeni məqsədin bütün dünyada insan hüquqlarının pozulması hallarına qarşı mübarizə aparmaqdan ibarət olduğunu bəyan etmişdi. O, “Dörd aylıq azadlıq” əsərində göstərirdi ki, “... sağlam və güclü demokratiyanın təməlində müəmmalı bir şey yoxdur. Xalqımızın siyasi və iqtisadi sistemdən gözlədiyi əsas şeylər çox sadədir...
- işləyə bilənlər üçün iş;
- ehtiyacı olanların təhlükəsizliyi;
- seçmə adamlar üçün xüsusi imtiyazların ləğvi;
- hamı üçün vətəndaş azadlıqlarının saxlanılması;
- həyat səviyyəsinin daim yüksəlməsi üçün elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə olunması”.
Bərabərlik hüququnun əhəmiyyəti
Bərabərlik hüququ hər bir cəmiyyətin inkişafı və rifahı üçün mühüm əhəmiyyət daşıyır. Hüquqi bərabərlik olmadığı halda, ayrı-seçkilik, sosial narazılıq və ədalətsizlik yaranır. Tarixi təcrübə göstərir ki, hüquqi və sosial bərabərlik təmin edildikdə, cəmiyyətlər daha sabit və ədalətli olur.
Bu hüququn qorunması üçün yalnız qanunların mövcud olması kifayət etmir. Hər bir vətəndaş bərabərlik mədəniyyətini formalaşdırmalı, həm öz hüquqlarını, həm də başqalarının hüquqlarını müdafiə etməyə töhfə verməlidir. Cəmiyyətin bütün üzvü bərabərlik hüququndan istifadə edərək daha ədalətli və bərabər bir dünya qurmağa çalışmalıdır.
Bərabərlik hüququ təkcə hüquqi norma deyil, həm də insan ləyaqətinin və ədalətin qorunmasının əsas vasitəsidir. Bu prinsipi qorumaq və inkişaf etdirmək hər kəsin ümumi vəzifəsidir.
Dövlətdaxili hüquq
Bu gün dünyada mövcud olan dövlətlərin hər birinin, ayrıca olaraq daxili hüququ mövcuddur. Ona görə də milli hüquqa dövlətdaxili hüquq da deyilir.
Azərbaycanın hüquq sistemi
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinin tamhüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul etməklə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində atılan addımları görmək üçün ilk növbədə Konstitusiyaya nəzər salmaq lazımdır. Konstitusiyamızın təqribən yarıdan çoxu vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə yönəlib və bu sahədə olan münasibətləri özündə ehtiva edir. Bu baxımdan insanların hüquqi-siyasi və mədəni səviyyəsinin yüksəldilməsi üçün də dövlət lazımi tədbirlər həyata keçirir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

