Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / DİM: Qabiliyyət imtahanı vermək üçün 37 mindən çox abituriyent qeydiyyatdan keçib

DİM: Qabiliyyət imtahanı vermək üçün 37 mindən çox abituriyent qeydiyyatdan keçib

04.08.2025 [22:34]

Bu gün idman istiqamətinə aid 61 (məşqçilik) komissiya üzrə ixtisas imtahanları keçirilir. İmtahanlarda 1032 abituriyentin (subbakalavrın) iştirakı nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlarda iştirak etmək üçün ümumilikdə 37 mindən çox abituriyent (subbakalavr) qeydiyyatdan keçib. İmtahanlar iyunun 20-də başlanıb və avqustun 11-də yekunlaşacaq.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumat Mərkəzin saytında yerləşdirilib.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31