Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sahibsiz itlər Şəki sakinlərinə xəsarət yetirib

Sahibsiz itlər Şəki sakinlərinə xəsarət yetirib

15.11.2025 [23:19]

Şəkinin Oxud və Qoxmuq kənd sakinləri sahibsiz itlərin hücumuna məruz qalıblar.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsindən məlumat verilib.

Belə ki, Oxud kənd sakini 70 yaşlı Nərman Məmmədov və Qoxmuq kənd sakini 26 yaşlı Murad Məhərrəmov it dişləməsi xəsarətləri ilə həkimə müraciət ediblər. Müayinələr zamanı Nəriman Məmmədova sağ və sol baldırın, Murad Məhərrəmova isə göbək nahiyəsinin it dişləməsi xəsarəti diaqnozu qoyulub. Hər iki şəxsə tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub, müayinədən keçdikdən sonra kompleks müalicə başlanıb.

Xəsarət alanların həyatı təhlükəsi olmadığından həkimlər onları ambulator müalicə almaq şərti ilə evə buraxıblar. Hər iki şəxs sahə həkim məntəqələrində müalicə müddətində nəzarətdə saxlanılacaq.

Paylaş:
Baxılıb: 470 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31