Qrip sürətlə yayılır...
07.01.2026 [08:35]
Distant təhsilə ehtiyac var?
Son vaxtlar mövsümi qrip infeksiyasının sürətlə yayılması cəmiyyətdə narahatlıq doğurub. Xüsusilə, payız-qış aylarında bu tip xəstəliklərin artması adi hal sayılsa da, yoluxma hallarının kəskin çoxalması məsələyə daha ciddi yanaşmağı zəruri edir. Ən çox müzakirə olunan mövzulardan biri isə yoluxma artacağı təqdirdə məktəblərin onlayn təhsilə keçib-keçməyəcəyidir.
Maraqlıdır, yoluxma halları artacağı təqdirdə məktəblərin distant təhsilə keçməsi mümkün ola bilərmi?
Valideynlərin narahatlığı başadüşüləndir
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, məktəblər cəmiyyətin ən həssas məkanlarından biridir. Minlərlə şagirdin qapalı məkanda uzun müddət bir yerdə olması virusların sürətlə yayılması üçün əlverişli şərait yaradır: “Uşaqların immun sisteminin böyüklərlə müqayisədə daha zəif olması, həmçinin gigiyena qaydalarına hər zaman ciddi əməl edilməməsi riski daha da artırır. Bu baxımdan valideynlərin narahatlığı başadüşüləndir, heç kim övladının sağlamlığını təhlükə altına atmaq istəmir. Lakin hazırda müşahidə olunan vəziyyət mövsümi xarakter daşıyır və hər il dekabr-yanvar aylarında oxşar hallar qeydə alınır”.
Distant təhsil son çarədir
Ekspertin sözlərinə görə, qripə yoluxma faktları dərslərin distant formada təşkilini avtomatik gündəmə gətirmir: “Belə hallara görə dərslərin onlayn formata keçirilməsi yalnız hansısa ərazi üzrə kütləvi yoluxma aşkarlanarsa mümkündür. Bu zaman da bütün ölkə üzrə deyil, yalnız lokal xarakterli, bir neçə günlük tədbirlər görülə bilər.
Təbii ki, onlayn təhsilin təcrübəsi cəmiyyət üçün yeni deyil. Pandemiya dövründə tətbiq edilən məsafədən təhsil modeli həm müsbət, həm də mənfi cəhətləri ilə yadda qaldı. Bir tərəfdən, onlayn təhsil yoluxma riskini minimuma endirdi, tədrisin tamamilə dayanmasının qarşısını aldı. Digər tərəfdən isə texniki imkanların bərabər olmaması, internet problemləri, müəllim-şagird ünsiyyətinin zəifləməsi və dərs keyfiyyətinin aşağı düşməsi kimi ciddi problemlər ortaya çıxdı. Bu səbəbdən cəmiyyətin böyük hissəsi onlayn təhsilə yalnız son çarə kimi baxır”.
Ekspert qeyd edib ki, mövsümi qrip ciddi xəstəlik olsa da, genişmiqyaslı bağlanmalar üçün əsas sayılmır: “Daha çox fərdi qoruyucu tədbirlər, xəstə uşaqların müvəqqəti olaraq dərsdən kənarlaşdırılması, məktəblərdə gigiyena və profilaktik tədbirlərin gücləndirilməsi daha məntiqlidir. Valideynlər də diqqətli olmalıdırlar. Əgər övladlarında xəstəlik əlamətləri varsa, onları məktəbə göndərməsinlər. Bu, digər şagirdlərin yoluxmasının qarşısını almağa kömək edər”.
Qeyd edək ki, hazırda ölkə üzrə təhsil müəssisələrində dərslərin distant formada təşkili ilə bağlı rəsmi qərar yoxdur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

