“Cinayət və cəzanın fəlsəfəsi” kitabının təqdimat mərasimi keçirilib
27.11.2013 [09:31]
Noyabrın 26-da Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın Əməkdar Hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” kitabının təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, kitabın təqdimatının bu ali təhsil ocağında keçirilməsi təsadüfi deyildir. Çünki Azərbaycanda hüquq elmi məhz BDU-da formalaşıb.
Rektor bildirib ki, müəllif kitabda cinayətlərin baş vermə səbəblərinin fəlsəfi izahını verib. Qeyd edilib ki, kitab yalnız hüquq fakültəsinin müəllimləri və tələbələrinin deyil, başqa sahələrdə çalışan insanların da marağına səbəb olacaq. A.Məhərrəmov kitabın Azərbaycan və ingilis dillərinə də tərcümə olunmasının vacibliyini vurğulayıb.
Ümummilli lider Heydər Əliyevin “Dövlətə iki amil zərər gətirə bilər: günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda” kəlamını xatırladan BDU-nun rektoru deyib ki, professor İ.Rəhimov tərəfindən bu problem hərtərəfli, hüquqi, tarixi planda təhlil edilib və ona fəlsəfi əsaslandırma verilib.
Rusiya Federasiyası İstintaq Komitəsinin sədri, professor Aleksandr Bastrıkin, BDU-nun kafedra müdirləri, professorlar Kamil Səlimov və Rüstəm Məmmədov, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Yuri Qolik, professorlar Mina Hacıyeva, Dmitri Şestakov, Tatyana Nipomniyaşaya, Aleksandr Korobeyev, Xanlar Ələkbərov, Vladimir Catiyev, filosof Elmir Quliyev kitab haqqında fikirlərini bölüşüblər. Qeyd ediblər ki, kitabda cinayət və cəzanın xüsusiyyətləri araşdırılır, cinayət hüququnun problemləri təhlil edilir, cinayətə qarşı mübarizənin yeni yolları nəzərdən keçirilir. Diqqətə çatdırılıb ki, hüquq fakültəsinin tələbələri, müəllimləri və bu mövzu ilə maraqlananlar üçün nəzərdə tutulan kitabın rəyçiləri Rusiyanın tanınmış hüquqşünaslarıdır.
Vurğulanıb ki, kitabda cinayətin səbəbləri və mənşəyi, cəzanın mahiyyətinə fəlsəfi nöqteyi-nəzərdən yanaşma öz əksini tapıb.
Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib, bu sahədə fəaliyyətini gələcəkdə də davam etdirəcəyini söyləyib.
İlham Rəhimov bildirib ki, o, kitabda cinayətin və cəzanın mahiyyətini özünəməxsus yanaşma ilə təhlil edib, cinayət fəlsəfəsinin izahını verib.
İ.Rəhimov deyib ki, cinayətin kökünü tam şəkildə kəsmək qeyri-mümkündür, lakin mübarizə aparmaqla onun qarşısını cüzi də olsa almaq olar. Hər bir cəmiyyətdə qanunu pozan insanlar layiq olduqları cəzanı alsalar, cinayətlərin və cinayətkarların sayı da azalar.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, səfirlər, Rusiyanın tanınmış alimləri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

