Dövlət İmtahan Mərkəzi rezidenturaya ərizə qəbulu elan edir
13.04.2026 [15:54]
Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün rezidenturaya ərizə qəbulu elan edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 1-ci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə aprelin 13-dən 20-dək DİM-in internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdinin mayın 3 də keçirilməsi planlaşdırılır.
Ötən illərdə rezidenturaya qəbulun I mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) “məqbul” nəticə əldə etmiş namizədlər də rezidenturaya qəbulun II mərhələsində (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) iştirak etmək üçün “Namizədin elektron ərizəsi” formasını doldurur, müvafiq bənddə qeydiyyat aparmaqla ərizəni təsdiq edir (etdirir). İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmış namizədlər tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə (22-30 iyul 2026-cı il tarixinə planlaşdırılır) qeydiyyatdan keçməlidirlər.
İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox olan bal toplayan) namizədlər buraxılırlar.
Qəbul elanının tam mətni “Rezidentura” jurnalının 2-ci nömrəsində dərc olunub. Jurnalın elektron versiyasını (PDF formatda) "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturanı bitirdikdən və ya rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar;
2. Əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (IV-V kurslarda təhsil alan) tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. İmtahanda iştirak etmək arzusunda olan tələbələr DİM tərəfindən müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.
3. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak edib nəticəsi “məqbul”la qiymətləndirilən xarici ölkələrdə ali təhsil alan və əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (IV-V kurslarda təhsil alan) tələbələr də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni tələb olunan sənədləri SQK-ya (Bakı şəh., Həsən Əliyev küçəsi, 299) təqdim etməklə qeydiyyatdan keçdikdən sonra buraxılacaqlar.
4. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 il müddətində qüvvədə qalır.
Xəbər lenti
Hamısına baxAnalitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35

