Gəncədə şəhər sakinləri ilə növbəti səyyar görüş keçirilib
11.01.2014 [09:55]
Görüşdə ABŞ səfirinin müavini Derek Hoqan da iştirak edib
Yanvarın 9-da Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə Atatürk prospekti 247-də yerləşən nümunəvi məhəllənin sakinlərinin növbəti görüşü keçirilib. Görüşdə sakinlər şəhərdə aparılan geniş abadlıq-quruculuq işlərindən söhbət açıb, Prezident İlham Əliyevin gəncəlilərə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər. Sakinlər görüşün keçirildiyi məhəllənin tamamilə yenidən qurulmasının, binaların müasir səviyyədə təmir olunmasının, dam örtüklərinin dəyişdirilməsinin, kommunikasiya xətlərinin yenilənməsi və yerin altına salınmasının, ərazinin asfaltlanmasının, işıq dirəklərinin yeniləri ilə əvəz olunmasının, uşaqlar üçün oyun meydançasının, sakinlərin istirahəti üçün lazım şəraitin yaradılmasının və yeni yaşıllığın salınmasının Gəncədə gedən sürətli inkişafın göstəricisi olduğunu deyiblər.
Görüşdə iştirak edən sakinlərdən Aygün Babayeva, Hüseyn Hüseynov, Fəxrəddin Sultanov, Suliddin Əhmədov, Elmira Bayramova, Kəmalə Məmmədova, Sürəyya Bağırova, İlahə Musayeva, Qurban Şükürov, Səbuhi Məlikov və başqaları Gəncə şəhər rəhbərliyinin bütün əməkçi kollektivlərlə, sadə vətəndaşlarla yaratdığı ünsiyyət və səmimiyyətin nəticəsi olaraq, daha böyük nailiyyətlərin əldə olunacağına əminliklərini bildiriblər.
Sakinlərin müraciətləri və müəyyən problemləri görüşdə aidiyyəti təşkilatlara tapşırılaraq yerindəcə həll edilib.
ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqanın başçılıq etdiyi nümayəndə heyətinin bu görüşdə iştirak etməsi isə tədbirin maraqlı məqamlarından olub. D.Hoqan görüşdə iştirak etmək üçün ona yaradılan şəraitə görə təşəkkür edib və şəhər rəhbərliyi ilə vətəndaşlar arasındakı səmimiyyətdən razı qaldığını bildirib.
Görüşdə iştirak edən sakinlər şəhərdə aparılan abadlıq quruculuq işlərindən, onlara göstərilən diqqət və qayğıdan danışıblar.
Vəfa Səfərova: 57 saylı binanın 22-ci mənzilində yaşayıram. 27 saylı məktəb-liseydə müəllim işləyirəm. 1993-cü ildən burada yaşayıram. Bütövlükdə Gəncədə, həmçinin, yaşadığım binada və məhəllədə görülən işlər ürəyimcədir.
Qədir Zeynalov: Qarabağ döyüşlərində II qrup əlil olmuşam. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev əlillərə və şəhid ailələrinə, qaçqın və köçkünlərə, ağsaqqallara, veteranlara çox böyük hörmət və qayğı göstərir. Şəhərimizdə Ulu öndər Heydər Əliyevin əziz xatirəsini əbədiləşdirmək üçün salınan Heydər Əliyev parkı, möhtəşəm Heydər Əliyev Mərkəzi, Heydər Əliyev prospekti, Ulu öndərin adını daşıyan şəhərin baş meydanı gəncəlilərin Ümummilli liderimizə dərin məhəbbətinin ifadəsidir.
Aygün Babayeva (Gəncə Dövlət Universitetinin müəllimi): Hörmətli Prezidentimiz cənab İlham Əliyevə minnətdarıq ki, bizim həm səmərəli fəaliyyət göstərməyimizə, həm də yaxşı istirahət etməyimizə geniş imkanlar yaradır. Bir vaxtlar indi nümunəvi məhəllə kimi tanınan bu həyətə baxanda könlümüzdən çox şeylər keçirdi. İki oğlum, dörd nəvəm bu binada yaşayırlar. Elə uşaqlarım üçün də, mənim və nəvələrim üçün də məhəllədə asudə vaxtlarımızı xoş keçirməyə şərait var. Hətta gecələr də həyətimiz işıqlı və çıraqban olur. Hər tərəfə yamyaşıl ağaclar əkilib. ətrafımızdakı binaların hamısı təmir olunub. Bu gözəllikdən hər bir gəncəli kimi biz də mənəvi zövq alırıq.
Fəxrəddin Sultanov (II qrup Qarabağ əlili): Bu gün doğma şəhərimiz Gəncə Avropanın ən gözəl şəhərləri ilə müqayisə olunur. Yaraşıqlı prospektlər, hündürmərtəbəli binalar, geniş küçələr, gözəl parklar, xiyabanlar, möhtəşəm tikililər, hər bir sahədə qazanılan nailiyyətlər bizi fərəhləndirir. Şəhər rəhbərliyi mütəmadi olaraq, bizlərlə, şəhərin bütün sakinləri ilə məhəllə-məhəllə görüşlər keçirir, müraciətlərimizi, xahişlərimizi səmimiyyətlə dinləyir, problemlərimiz yerindəcə həll olunur.
Suliddin Əhmədov: Deyirlər, görünən dağa nə bələdçi? Ölkə başçısı cənab İlham Əliyevin gəncəlilərə sonsuz diqqətinin ifadəsi olaraq şəhərimizdə son iki ilyarımda görülən işlər göz qabağındadır. Heç bir sahə unudulmayıb. İqtisadi sahədə də, sosial sahədə də, mədəni sahədə də sürətli dirçəliş, tərəqqi var.
Əli Quliyev (Veteranlar Şurasının üzvü): Şəhərimizdə tez-tez beynəlxalq tədbirlər, festivallar keçirilir. Dünyanın görkəmli şəxsiyyətləri Gəncəyə qonaq gəlir, xarici ölkələrin rəsmi nümayəndələri bizimlə əməkdaşlığa, işgüzar əlaqələr yaratmağa maraqlı olduqlarını bildirirlər. Hər gün bu şəhərdə yeniliklər baş verir. Elə vaxt olur ki, bir gündə bir neçə məktəbin, mühüm xidmət obyektlərinin açılış mərasimləri olur, yeni tikililərin təməli qoyulur. İstifadəyə verilən də, tikilən də yalnız gəncəlilərin firavan həyatı və rahat yaşaması üçündür. Bizə ərmağan olan bu töhfələri layiqincə qorumaq və hər bir işdə şəhər rəhbərliyinə dəstək olmaq vətəndaşlıq borcumuzdur.
Süsən Tağıyeva
Xəbər lenti
Hamısına baxGündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29

