Qida təhlükəsizliyi üçün...
06.06.2026 [09:16]
Nələrə diqqət etməliyik?
Sağlamlığımız üçün əsas şərtlərdən biri düzgün qidalanmadır. Lakin qidalanmadan öncə daha vacib bir nüans var: Ərzaqların düzgün şəkildə saxlanılması, sanitar qaydalara riayət edilməsi. Bu fakt qida təhlükəsizliyi nöqteyi-nəzərindən çox vacibdir. Dünyada hər keçən gün qida çeşidliliyi artır, ancaq bu çoxçeşidlilik heç də faydalı qidaların artımı demək deyil. Əksinə, istehlakçıları çaş-baş salacaq, fərqli, bir çox hallarda isə keyfiyyətsiz qidalar daha çox ortaya çıxmaqdadır.
Qida təhlükəsizliyi yalnız dövlət qurumlarının və istehsalçı müəssisələrin məsuliyyəti deyil. Hər bir vətəndaşın gündəlik həyatında diqqət yetirməli olduğu vacib məsələlər var. Məhsulların son istifadə tarixinin yoxlanılması, düzgün saxlanma qaydalarına riayət edilməsi və etibarlı mənbələrdən alış-veriş edilməsi kimi sadə görünən addımlar bir çox sağlamlıq problemlərinin qarşısını almağa imkan yaradır.
Məlumdur ki, insana lazım olan 20 amin turşusundan orqanizm yalnız 12-ni sintez edə bilir. Qalanlarını isə zülallarla zəngin qida vasitələri ilə almalıyıq. Heyvan və bitki mənşəli qidaların tərkibində zülallardan başqa çoxlu bioloji əhəmiyyətli maddələr də var ki, insanlar hələ uzun müddət bundan istifadə edəcəklər. Araşdırmalara görə, məhsul nə qədər təzədirsə, onun keyfiyyəti bir o qədər yüksək olur. Məsələn, süd sağılan an keyfiyyətli hesab edilir. Bir qədər sonra isə onun qaynadılması vacibdir.
Hər il 600 milyon insan...
Artıq 8 ildir ki, iyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur. Əlamətdar gün BMT Baş Assambleyası tərəfindən 2018-ci ildə qəbul edilən qərara əsasən rəsmi olaraq elan edilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına əsasən, hər il 600 milyon insan qida ilə ötürülə bilən 200 növ xəstəlikdən əziyyət çəkir. Bu xəstəliyə yoluxanlar arasında isə gənclər üstünlük təşkil edir. Təşkilatın məlumatına görə, qida ilə yoluxan xəstəliklər dünyada hər 10 nəfərdən 1-nə təsir edir. Ümumdünya Qida Təhlükəsizliyi Gününün builki devizi “Hər yerdə təhlükəsiz qida” adlanır.
Düzgün qablaşdırma vacibdir
Qida təhlükəsizliyinin təmin olunmasında ən vacib amillərdən biri düzgün qablaşdırma hesab olunur. Çünki istehsal edilən məhsul nə qədər keyfiyyətli və yüksək standartlara uyğun olsa belə, onun xarici təsirlərdən qorunmasını təmin edən etibarlı qablaşdırma olmadığı halda məhsulun təhlükəsizliyi və istehlak üçün yararlılığı ciddi risklərlə üzləşə bilər.
Müasir dövrdə qablaşdırma yalnız məhsulu daşımaq və ya satış üçün cəlbedici görünüş yaratmaq funksiyasını daşımır. Eyni zamanda məhsulu mikroorqanizmlərdən, tozdan, nəmdən, günəş işığından və digər zərərli amillərdən qoruyaraq onun keyfiyyətinin, qida dəyərinin və təhlükəsizliyinin istehlakçıya çatana qədər saxlanılmasında mühüm rol oynayır. Düzgün seçilmiş qablaşdırma materialları məhsulun saxlanma müddətini artırmaqla yanaşı, onun xarab olmasının qarşısını alır. Beləliklə, həm istehlakçıların sağlamlığını qoruyur, həm də qida tullantılarının azalmasına töhfə verir ki, bu da qlobal miqyasda qida ehtiyatlarından daha səmərəli istifadə olunmasına imkan yaradan mühüm amillərdən biri hesab edilir.
Xüsusilə süd məhsulları, ət və balıq kimi tez xarab olan qidaların xüsusi texnologiyalarla hazırlanmış qablaşdırmalarda saxlanılması məhsulun tərkibində zərərli bakteriyaların çoxalmasının qarşısını almağa kömək edir. Nəticədə istehlakçılar daha təhlükəsiz və keyfiyyətli məhsullardan istifadə etmək imkanı əldə edirlər.
Ağıllı qablaşdırmaların tətbiqi
Qablaşdırma üzərində yerləşdirilən etiketlər də qida təhlükəsizliyinin ayrılmaz hissəsidir. Çünki məhsulun tərkibi, istehsal və son istifadə tarixi, saxlanma şəraiti və allergenlər haqqında məlumatların aydın şəkildə təqdim olunması istehlakçıların düzgün seçim etməsinə və sağlamlıqları üçün risk yarada biləcək hallardan yayınmasına şərait yaradır.
Texnologiyaların inkişafı ilə birlikdə ağıllı qablaşdırma həllərinin tətbiqi də geniş yayılmağa başlayıb. Bu sistemlər məhsulun temperatur dəyişikliklərinə məruz qalmasını, təzəlik səviyyəsini və saxlanma şəraitini izləməyə imkan verdiyi üçün qida təhlükəsizliyinin daha effektiv şəkildə təmin edilməsinə xidmət edir.
Unutmaq olmaz ki, qida təhlükəsizliyi yalnız istehsal prosesində deyil, məhsulun istehlakçıya çatdırıldığı son ana qədər qorunmalıdır. Bu prosesdə düzgün qablaşdırma görünməyən, lakin insanların sağlamlığını qoruyan ən vacib müdafiə vasitələrindən biri kimi çıxış edərək təhlükəsiz qidalanmanın təmin edilməsində əvəzsiz rol oynayır.
Sürətli urbanizasiya, sənayeləşmə və qlobal ticarətin genişlənməsi qida məhsullarının keçdiyi mərhələlərin çoxalmasına və risklərin artmasına səbəb olur. Bütün bu problemlərin effektiv həllinə dövlət nəzarəti zərurət yaradır. Ölkəmizdə bu sahəyə dövlət nəzarətini təmin edən əsas qurumlardan biri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyidir (AQTA). Agentlik 1 iyul 2018-ci ildən etibarən fəaliyyətə başlayıb. Agentliyin yaradılması Azərbaycanda qida təhlükəsizliyi sahəsində vahid dövlət nəzarətinin təmin edilməsi, əhalinin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təmin olunması, həmçinin qida sahəsində beynəlxalq standartlara inteqrasiyanı sürətləndirmək məqsədi daşıyır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25

