Yevlaxda Xocalı faciəsi qurbanları anılıb
27.02.2014 [09:16]
Ölkənin hər yerində olduğu kimi, Yevlaxda da Xocalı faciəsi qurbanları anılıb. Bu soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım tədbirinin iştirakçıları-şəhər rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər, ziyalılar, gənclər, o cümlədən, ictimaiyyət nümayəndələri həmin gün Şəhidlər Xiyabanına toplaşıblar.
Öncə mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edərək, onların üzərinə təzə-tər gül dəstələri düzüblər.
Şəhidlərin Xatirə Kompleksi önündə düzənlənən anım mərasimini giriş sözü ilə Yevlax şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsləhətçi-psixoloqu Sevil Əliyeva açıb. Sonra çıxış edən 6 nömrəli tam orta məktəbin tarix müəllimi Əbdüləziz Məmmədov Xocalı soyqırımı barədə ətraflı məlumat verib.
Yevlaxda məskunlaşmış Xocalı qaçqını İlayə Hüseynova öz acı xatirələrini iştirakçılarla bölüşüb. O, “əminəm ki, ölkə başçısının yeritdiyi məqsədyönlü daxili və xarici siyasəti nəticəsində biz xocalılılar tezliklə öz doğma yurd-yuvamıza qayıdacağıq” deyib.
Sonra “Xocalıya ədalət” mövzusunda məktəblilər arasında keçirilən müsabiqəsinin qalibi 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Münəvvər Quliyeva inşa yazısını iştirakçılara təqdim edib.
Anım mərasimində çıxış edən Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Xocalı soyqırımının bəşəri cinayət olduğunu vurğulamaqla yanaşı, onu da xüsusilə bildirib ki, Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına siyasi, hüquqi qiymət verildi. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” kampaniyası çərçivəsində aparılan təbliğat və təşviqat sayəsində artıq dünyanın bir sıra dövlətləri erməniləri bu faciənin əsl səbəbkarı kimi tanıyıb.
Sonda tədbir iştirakçıları şəhər məktəblilərinin və Uşaq Yaradıcılıq Mərkəzinin balaca rəssamlarının “Xocalıya ədalət” mövzusunda akvarel və boya ilə işlənmiş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05

