Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev “Caspian European Club”un üzvləri ilə görüşüb

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev “Caspian European Club”un üzvləri ilə görüşüb

06.03.2014 [09:35]

Martın 5-də Bakıdakı “Avropa” mehmanxanasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin “Caspian European Club”unun (CEIBS) üzvləri ilə görüşü olub.
AzərTAc xəbər verir ki, görüşdə E.Mehdiyev CEIBS-lə müxtəlif sahələrdə daim genişlənən əməkdaşlığının önəmli ola biləcəyini vurğulayıb. Bildirilib ki, bu gün Azərbaycanda əmək pensiyaçıları dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ölkəmizdə vətəndaşların əmək pensiyası hüquqlarının əsaslarını, onların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatını tənzimləyən “Əmək pensiyası haqqında” Qanunun uğurla icra olunması nəticəsində pensiyaların baza və sığorta hissəsi hər il əhəmiyyətli şəkildə artırılır.
“Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin daim inkişaf etdirilməsinə səy göstərdiyini, qarşıdakı dövrdə sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu bildirib.
Görüşdə “Caspian European Club” və DSMF əməkdaşlıq imkanlarını nəzərdən keçirib, bu istiqamətdə atılacaq addımlar müzakirə olunub.

Paylaş:
Baxılıb: 1011 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30