“Sovetski”nin darısqal küçələri, kiçik mənzilləri...
07.03.2014 [09:14]
Sakinlər daha geniş və daha rahat mənzillərdə yaşamaq arzusundadırlar
Məlum olduğu kimi, son dövrlər ölkə mətbuatında ən çox müzakirə olunan mövzulardan biri də “Sovetski” adlanan ərazidə həyata keçiriləcək yenidənqurma işləri və bu istiqamətdə atılan addımlardır. Yeniləşən və müasirləşən paytaxtımızın daha da gözəlləşməsi fonunda köhnə “Sovetski” adlanan ərazidə müasir standartlara uyğun infrastrukturun, gözəl istirahət məkanının yaradılması, nəqliyyat sisteminin yenidən qurulması ilə bağlı dövlət tərəfindən xüsusi fəaliyyət planı həyata keçirilir. Dünyanın ən gözəl şəhərləri ilə müqayisə olunan müasir Bakının inkişafında, yenidən qurulmasında tarixiliyə böyük önəm verilir. Bu, yerli sakinlər kimi, eyni zamanda turistlərin də ürəyincədir. Bəlkə, elə buna görədir ki, ölkəmizə, xüsusən də paytaxt Bakımıza üz tutan turistlərin sayı ilbəil artmaqdadır. Bakının müasirliyi, fərqliliyi, sosiallığının təmin olunması həyata keçirilən siyasətin tərkib hissəsidir. Bu siyasətin davamı gələcəkdə daha böyük layihələrin icra olunacağından xəbər verir. Məsələn, Bakıda yaşıllıqların sahəsi yaxın gələcəkdə artırılacaq, köhnə tikililər söküləcək, yeni yollar çəkiləcək, müasir standartlara cavab verən sosial obyektlər, çoxlu sayda parklar istifadəyə veriləcək.
Ekspertlər də bildirirlər ki, sözügedən ərazidə yeni binaların tikilməsi ölkənin mənzil infrastrukturunun yenilənməsi, əhalinin daha rahat və layiqli həyat şəraiti ilə təmin olunması baxımından mühüm hadisədir. Həmin ərazidə yerləşən evlərin yerində müasir tələblərə cavab verən binalar inşa olunacaq, parklar salınacaq ki, bu da insanların güzəranının daha da yaxşılaşmasına şərait yaradacaq.
“Sovetski”də zamana məğlub olmuş tikililərin yeniləri ilə əvəz olunması dövrün tələbidir
Son 10 ildə dövlət başçısı İlham Əliyev tərəfindən aparılan məqsədyönlü və praqmatik siyasət nəticəsində, həyata keçirilən sosial-iqtisadi islahatlar sayəsində Azərbaycan regionun ən güclü və lider dövlətinə çevrilib, beynəlxalq arenada öz yerini möhkəmlədib. Respublikamızın iqtisadi qüdrəti artdıqca əhalinin həyat səviyyəsi də yüksəlib, yeni iş yerləri açılıb, sənayeləşmə prosesi genişlənib. Bunların sayəsində bu gün paytaxt Bakıda və bölgələrdə sosial-iqtisadi infrastruktur yenidən qurulur, yeni yollar çəkilir, yaraşıqlı çoxmənzilli yaşayış evləri, xidmət, iaşə obyektləri tikilir, bir-birindən gözəl parklar, xiyabanlar salınır. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi, mədəni inkişafı ilə bağlı qəbul olunmuş Dövlət proqramları, strateji xarakterli inkişaf konsepsiyaları uğurla icra olunur. Buna əsaslanaraq deyə bilərik ki, son illərdə paytaxtımızda mühüm fəaliyyət sahələri, xidmət sferası, sosial infrastruktur yenidən qurulur.
Təbii ki, görülən bu işlər Bakı şəhərinin sakinlərinin və onun qonaqlarının rahatlığı üçündür. Ölkə Prezidenti İlham Əliyev hər zaman birmənalı olaraq qeyd edir ki, həyata keçirilən tədbirlər hər bir vətəndaşın mənafeyinə xidmət etməlidir. Elə buna görə də dövlət əhəmiyyətli proqramların həyata keçirilməsi zamanı o ərazidə yaşayan sakinlərin köçürülməsi, onların əmlakının dəyərinin qiymətləndirilməsi və yerindəcə ödənilməsi barədə aidiyyəti orqanlara və icra strukturlarının rəhbərlərinə ciddi göstərişlər verilir. Şəhərin “Sovetski” adlanan hissəsi də belə ərazilərdəndir. Bəs görəsən, “Sovetski”nin sakinləri ərazidə aparılacaq yenidənqurma işlərini, əhalinin daha rahat həyat şəraiti ilə təmin olunması istiqamətində atılan addımları necə qiymətləndirirlər? Bu suala cavab tapmaq üçün sözügedən əraziyə üz tutub sakinlərlə görüşmək qərarına gəldik.
“Sovetski” adlanan bu məhəllə Çənbərəkənddən başlayıb, Salyan kazarmasına qədər uzanır. Məhəllənin yaranma tarixi XIX əsrin sonlarına təsadüf etsə də, bura “Sovetski” adı ötən əsrin 20-30-cu illərində verilib. Belə ki, o dövrlərdə İçərişəhər ətrafında yeni məhəllələr yaranmağa başlayıb. Şəhərin aşağı hissələrində torpaq baha olduğundan, mərkəzdə gözəl memarlıq üslublu binalarda varlılar, kənarlarda (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxasından yuxarı qalxdıqca) isə nisbətən ucuz torpaqlarda tikilmiş “gecəqondularda” kasıblar yaşayıblar. 20-ci əsrin əvvəlinədək, Çənbərəkənd sakinləri bu yerlərdə əkin-biçinlə məşğul olublar. Neft sənayesinin inkişaf etdiyi bir dövrdə isə Bakıya kənar bölgələrdən gələnlərin sayında artım başlayıb. Xüsusən, şəhərə yaxın rayonlardan insanlar Bakıda neft sənayesində fəhlə kimi işləməyə gəlib və indiki “Sovetski” ərazisində məskunlaşıblar. Zaman keçdikcə, bu ərazidə tikilən evlərin sayı daha da artıb. Uzun illər burada “sadəcə” dekorativ xarakterli müəyyən işlər görülsə də, ərazinin əsaslı yenilənməsi işləri aparılmayıb. Bu gün isə artıq dəyişən, gündən-günə gözəlləşən Bakıda əski, istifadə müddətini başa vurmuş tikililərin sökülməsi, onların yerində isə müasir, gözoxşayan binaların, istirahət və əyləncə mərkəzlərinin, parkların, yeni yol və körpülərin tikilməsi günümüzün reallığıdır. Ona görə də, “Sovetski”də zamana məğlub olmuş tikililərin yeniləri ilə əvəz olunması bir şərt, dövrün tələbidir.
Ədalətli kompensasiya
Dünən görüşdüyümüz “Sovetski” sakinlərindən Valeh Atakişiyev qeyd etdi ki, evlərin sökülməsi ilə bağlı şəxsən onun özünün heç bir narazılığı yoxdur: “Hardasa 15 ildən artıq müddətdir ki, bu ərazidə yaşayıram. Sağ olsunlar, müvafiq icra strukturları gəldilər, hesabladılar, evin ölçüsü nə qədərdirsə, ona uyğun da qəbul olunan formada ödəmə etdilər. Bundan əlavə, dövlətimiz 1000 manat da kirayə pulu verdi. Həmçinin, köçürmə pulu olaraq da 400 manat nəzərdə tutulub ki, onu da yəqin ki, yaxın günlərdə alacağıq. Bilirsiniz ki, bu işlərlə məşğul olan Xüsusi Komissiya yaradılıb. Komissiyanın iclaslarında bir neçə dəfə iştirak etmişəm. Orada da kimin nə təklifi var idisə, dinlədilər, uyğun gələn təklifləri böyük mənmuniyyətlə dəyərləndirdilər”.
Valeh Atakişiyev dedi ki, dövlətin hər kvadratmetr üçün müəyyən etdiyi 1500 manat qənaətbəxşdir. Ona görə də düşünmədən müqaviləyə imza atıb: “Burda hansısa bir narazılıqdan söhbət gedə bilməz. İndi bəzi qüvvələr çıxıblar ortaya, bu ərazidə yaşayan insanları təxribata çəkirlər. Hay - küy salmaqla deyil ki. Mən necə deyim pulumu 1500 manatdan yox, 3000 manatdan verin. İxtisasca mühasibəm, ali təhsilli insanam, şükür Allaha ki, dünyadan az - çox anlayışım var. Bilirəm ki, bu hay - küy salmağa çalışılanların hamısı təxribatçılardır. Mən necə tələb edim ki, dövlət mənə hər kvadrat metrə görə 3000 manat, yaxud da 5000 manat versin. Bu, mümkün deyil. Mən dövlətimi də, dövlətçiliyimi də sevən insanam. Çünki, bu, mənim dövlətimdir. Əgər təxribata uyub mən də tələb etsəm ki, zəhmət çəksinlər mənə də kompensasiyanı 3000 manatdan versinlər, bu düzgün olmaz. Heç ədalətli də olmaz. Adam var ki, vaxtilə evini 100 kvadratmetr ərazidə tikib, onun evi böyükdür, o da, təbii ki, yüksək kompensasiya alacaq. Adam da var ki, evi kiçikdir və ona da az vəsait təklif olunur. Bu tam ədalətlidir”.
V.Atakişiyev dedi ki, kim dövlətin təklifi ilə razılaşır, müqaviləyə imza atır, kim də razılaşmır, bu da onun öz seçimidir: “Heç kim heç kimi məcburi köçürmür. İstəyirsən, sat, istəmirsən, satma. Bu ərazidə yaşayanların əksəriyyəti verilən kompensasiya ilə özləri üçün ev alıblar. Əslində, verilən 1500 manat buranın şərtləri üçün normaldır”.
Uzun illərdir ki, burada mövcud olan çətinliklər insanlara əziyyət verir
“Sovetski” sakini V.Atakişiyev ərazinin problemlərindən də xeyli danışdı. Onun sözlərinə görə, uzun illərdir ki, burada mövcud olan çətinliklər insanlara əziyyət verir: “Özünüz də baxın və diqqət yetirin: evlərə günəş işığı düşmür, anti - sanitariya hökm sürür. Evlər bir - birinə bitişib. Allah göstərməsin, sabah bir bədbəxt hadisə, deyək ki, yanğın baş versə, əlimiz heç yerə çatmayacaq. Bu vəziyyətdə yaşamaq hara, daha rahat, daha müasir binalarda yaşamaq hara? Azərbaycan da günü-gündən inkişaf edir. Təbii ki, biz də istəyirik ki, geniş evlərdə, gözəl təmir olunmuş mənzillərdə yaşayaq. Düşünürəm ki, burada salınacaq yeni parklar uşaqların, yaşlı insanların daha çox sevincinə səbəb olacaq. Əsas odur ki, şəhərimizdə görülən bu işlər hər kəsin ürəyincə olsun”.
Bu ərazidə yaşayan insanların köçürülməsi bizi belə ağır şəraitdə yaşamaqdan xilas edəcək
1988-ci ildən “Sovetski”də yaşayan Məlahət Səmədova da ərazidə aparılacaq yenidənqurma işlərinin əhəmiyyətini qeyd etdi. Onun sözlərinə görə, bu gün ölkəmizdə görülən hər bir iş vətəndaşlar üçündür. Dövlət vətəndaşlarımızın daha rahat həyat şəraiti ilə təmin olunması, onların güzəranının yaxşılaşdırılması üçün çalışır. Biz də bu işlərə dəstək verməliyik: “Ona görə də, ilk dəfə “Sovetski”nin köçürülməsi ilə bağlı məsələni eşidəndə mən dərhal razılaşdım. Biz dövlətimizin qayğımıza qalmasından olduqca razıyıq”.
M.Səmədova bizimlə söhbətində maraqlı bir məqamı da diqqətə çatdırdı. O dedi ki, bu gün bəzi maraqlı dairələrin iddialarının əksinə olaraq, hər kəsin mənzilləri və ona məxsus tikililər artıqlaması ilə hesabata qatılıb: “Evimi ölçüb biçəndə üstəlik toyuq - cücə saxladığım tikilini də hesabladılar. Hər kv.m.-ə görə 1500 manat ödənildi. Biz özümüz də bilirik ki, darısqal küçələrdə yığılıb qalan zibil iyindən, evlərdəki rütubətdən nəfəs almaq mümkünsüz idi. Özünüz görürsünüz, küçələr çox darısqal olduğudan tez-tez yaranan tıxac problemini heç cür həll etmək mümkün deyil. Evlər də bir-birinin içinə keçib. Bu ərazidə yaşayan insanların köçürülməsi bizi belə ağır şəraitdə yaşamaqdan xilas edəcək. Dövlətimizin məqsədi bizi bu cür ağır şəraitdə yaşamaqdan xilas etmək, daha yaxşı şəraitli mənzillərlə təmin etməkdir. Bildiyimiz qədər, yaşadığımız ərazidə abadlıq işləri həyata keçiriləcək, müasir infarstruktur, geniş və adab yollar, yeraltı keçid, parklar yaradılacaq. Qoy olsun! Bakımız abad və geniş yolları, parkları, keçidləri ilə göz oxşasın”.
“Obşiy” həyət və həyatdan canımız qurtaracaq
Sakinlərdən Gülnaz Əliyeva da əvvəlcə buradakı yaşayış şəraitinin dözülməzliyindən danışdı. O, da əksəriyyətin fikri ilə razılaşaraq dövlətin “Sovetski”nin müasirləşdirlməsi, yenilənməsi istiqamətində planlarından razılığını bildirdi: “Biz bu ərazidə keçmiş Sovet dönəmindən yaşayırıq. Şəraitimizi də özünüz görürsünüz. İndi görülən işləri birmənalı olaraq yüksək qiymətləndiririk. Ancaq bəzən görürsən elələri də olur ki, hansısa kənar qüvvələrin təsiri ilə, belə demək mümkünsə, cığallıq edirlər. Bizə evlərimizin əvəzində normal, bazar qiymətlərinə uyğun ödəmələr təklif olundu və biz də həmin qiymətlə razılaşdıq.
Buradakı tikililərin çoxu yaşayış və tikinti normalarına qətiyyən uyğun deyil. Bir neçə kvadratmetrdə iki ailə yaşayırıq, evlərimiz qəzalı vəziyyətdədir, suyun, qazın, işığın verilməsində xətlərin köhnəlməsi ucbatından çətinliklər yaranır. Necə deyərlər, yaxın zamanda darısqallıqdan, üfunətdən və “obşiy” həyət və həyatdan canımız qurtaracaq. Sevindirici haldır ki, bu evləri sökərək yerində şəhərin abadlaşması və insanların rahatlığı üçün yeni istirahət ocaqları salacaqlar”.
Bir sözlə, sakinlər “Sovetski”nin tezliklə söküləcəyinə ümid edir və dövlətin ərazinin abadlaşdırılması ilə bağlı planlarını dəstəkləyirlər. Onlar əmindirlər ki, “Sovetski”nin sökülməsi ilə Bakı şəhərinin sakinləri daha gözəl parklara və geniş, təhlükəsiz istirahət məkanına qovuşacaqlar.
OKTAY
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

