Lənkəranın 15 mindən çox sakini tibbi müayinədən keçib
12.03.2014 [09:40]
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi Lənkəran rayonunda da yüksək fəallıqla davam edir.
Lənkəranlılar onlar üçün yaradılmış əlverişli imkandan maksimum yararlanmağa çalışırlar. Hər gün yüzlərlə rayon sakini Lənkəran Mərkəzi Rayon Xəstəxanasına, Müalicə-Diaqnostika Mərkəzinə, tibb məntəqələrinə gələrək müayinə olunur, sağlamlıqları barədə ətraflı məlumat alırlar.
Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin baş həkiminin müavini Ağali Əliyevin AzərTAc-ın müxbirinə verdiyi məlumata görə, indiyədək bu tibb ocağında 2 min 500-dən çox rayon sakini müayinədən keçib. Tibbi müayinələrə mərkəzin yüksək ixtisaslı və təcrübəli həkim personalı cəlb olunub. Müraciət edən vətəndaşlarda ürək-damar, mədə-bağırsaq, şəkərli diabet, qan təzyiqi xəstəlikləri daha çox üstünlük təşkil edir. İlkin müayinələrdən sonra səhhətində ciddi problemlər qeydə alınan vətəndaşlar əvvəlcə daha dərin müayinəyə cəlb edilir və yalnız bundan sonra müalicəyə yazılır. Daha ağır xəstəliklər aşkarlanan vətəndaşlar isə müalicə olunmaq üçün Bakı şəhərinin tibb müəssisələrinə göndərilir.
Mərkəzdə müayinədən keçən şəhər sakini Solmaz Zöhrabova hərtərəfli müayinə üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirərək deyib: “Şəhər 3 saylı uşaq bağçasında tərbiyəçi işləyirəm. Uşaqların sağlamlığının qeydinə qalmaq üçün ilk növbədə, özümüz sağlam olmalıyıq. Azərbaycan Prezidentinin bütün sakinlərə belə bir imkan yaratması hamımızın ürəyincədir”.
Qeyd edək ki, martın 11-dək 15 min 410 nəfər rayon sakini tibbi müayinələrdən keçib. Ümumiyyətlə isə aksiya müddətində rayon üzrə qeydiyyatda olan 102 min 896 vətəndaşın müayinə edilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxHərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50

