Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Astaralılar tibbi müayinələrin təşkilindən razıdırlar

Astaralılar tibbi müayinələrin təşkilindən razıdırlar

14.03.2014 [09:23]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, fevralın 17-dən başlayaraq respublikanın hər yerində olduğu kimi, Astarada da əhalinin tibbi müayinəsi mütəşəkkil qaydada davam edir.
Bu məqsədlə rayonda xüsusi komissiya yaradılıb, qrafik tərtib olunub. Astara Mərkəzi Rayon Xəstəxanasında yaradılmış dörd həkim briqadası tərəfindən əhali kütləvi şəkildə tibbi müayinədən keçirilir.
Xəstəxananın baş həkimi Emin Hüseyn AzərTAc-ın müxbirinə bildirib ki, martın 13-dək rayon sakinlərinin 6532 nəfəri müayinədən keçib. Müayinələr zamanı 830 şəxsdə müxtəlif xəstəliklər aşkar edilib, onlardan 21 nəfəri stasionar, 756 nəfəri ambulator müalicəyə cəlb olunub. Daha 53 xəstə isə Bakı şəhərinin ixtisaslaşmış tibb müəssisələrinə göndərilib.
Sakinlər Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ayrılmış vəsait hesabına əsaslı təmir edilərək yenidən qurulmuş və ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş Mərkəzi Rayon Xəstəxanasında yüksək səviyyədə təşkil olunan pulsuz müayinədən razı qaldıqlarını, bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Humanitar aksiya müddətində Astara rayonu üzrə qeydiyyatda olan 30 minə yaxın vətəndaşın müayinədən keçirilməsi nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 986 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30