Suraxanı rayonunda əhalinin tibbi müayinəsi uğurla davam edir
14.03.2014 [09:24]
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin tapşırığına əsasən, fevralın 17-dən başlayaraq ölkəmizdə əhalinin dispanserləşdirilməsi aksiyası keçirilir. Bu aksiyaya Suraxanı rayonu da qoşulub.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd edib ki, əhalinin profilaktik tibbi müayinəsinin keçirilməsi ilə əlaqədar Suraxanı rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2014-cü il tarixli sərəncamı ilə vətəndaşlar arasında tibbi müayinənin ən yüksək səviyyədə və operativ təşkil edilməsi üçün müvafiq qurumların nümayəndələrindən ibarət komissiya yaradılıb. Rayondakı dörd xəstəxana, dörd poliklinika və bir ambulator mərkəzdə xüsusi qrafiklər tərtib edilib. Rayona daxil olan yaşayış məntəqələrinin sakinləri arasında təşkilati-izahat işi aparılıb. Bundan əlavə, müəssisə və təşkilatların işçilərinin iş yerlərində, habelə yataq xəstələrinin evdə müayinə edilməsi üçün səyyar həkim briqadaları yaradılıb. Fevralın 17-dən keçən müddətdə rayonun 55 mindən çox sakini və 80 kollektivin üzvləri tibbi müayinədən keçiblər. 1487 sakində müxtəlif xəstəliklər aşkar edilib, 102 nəfər stasionar müalicəyə göndərilib.
23 nömrəli şəhər poliklinikasının baş həkimi Şəhrəbanı Yusifzadə bildirib ki, rəhbərlik etdiyi müəssisə 2013-cü ildə Dövlət Proqramı çərçivəsində əsaslı təmir olunub və ən müasir tibbi avadanlıqla təchiz edilib. Fevralın 17-dən bəri bu poliklinikada rayonun 7024 sakini müayinədən keçib. 159 sakində müxtəlif xəstəliklər aşkar olunub, 49 nəfər stasionar müalicəyə göndərilib. Bu müddətdə 293 nəfər rentgen, 609 nəfər laboratoriya, 419 nəfər ultrasəs müayinəsindən keçib, 224 vətəndaş elektrokardioqraf vasitəsilə müayinə olunub.
Bu yolla müayinə olunmuş Hacəli Rəhmanov, Rəhimə Quliyeva və digər sakinlər dövlət başçısının bu nəcib təşəbbüsünü dərin minnətdarlıqla qarşılayıblar. Onlar poliklinika personalının işindən, burada yaradılmış şəraitdən çox razı olduqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

